XUMS HAQQINDA BƏZİ MƏSƏLƏLƏRƏ CAVAB

:

XUMSU NECƏ HESABLAYAQ?

İlk öncə bu sahədə bəzi məqamları xatırladaq:

* Mərceyi-təqlidi təyin etmək;

Xums hesablanmazdan əvvəl xums ilini təyin etmək üçün xüms vermək istəyən şəxsdən soruşmaq lazımdır ki, hansı müctəhidə təqlid edir. Çünki bəzi xüms məsələlərində fətva ixtilafı var, təbii ki, bu fərqin bir hissəsi hökmə, bir hissəsi isə mövzunun təyin olunmasına qayıdır.

* XÜMS İLİNİN ƏVVƏLİ VƏ SONU

Xums ilinin “başlanğıcı” və “sonu” mövzusu da diqqət etməli olunası mövzulardandır.

XÜMS İLİNİN BAŞLANĞICI:

Diqqət etmək lazımdır ki, “Xums ilinin əvvəli” səbəbsiz və ya səbəblə dəyişdirilə bilən saxta və müqaviləli bir məsələ deyil (hər kəs ürəyi istədiyi kimi xums ili və günü təyin edə bilməz). Əksinə Xüms ilinin başlanğıcı “həqiqi (fundamental)” bir işdir ki, aşağıdakı iki yoldan biri ilə əldə edilir:

İlk gəlirindən xüms vermiş şəxslərin “xüms ilinin əvvəli” ilk gəlirləridir və hər il eyni vaxtda öz hesablarına baxmalıdırlar.

Əvvəldən xümslərini hesablayıb verməmiş, sonra isə Camiuş-şərait müctəhidin müsalihəsi ilə xüms ilinə başlayanlar üçün xüms ilinin əvvəli müctehidi ilə müsalihə edərək xüms ili təyin etdikləri həmin zamandır.

XÜMS İLİNİN SONU:

Xums babındakı “il”in mənası zəkat fəslindəki kimi on bir ay deyil, on iki aydır.

İndi sual oluna bilər ki, bu on iki ay qəməri ayı ilədir, yoxsa şəmsi ay? Bu barədə mərceyi-təqlidlərin nəzəri fərqlidir; Bəzi fəqihlər Xums ilinin sonunu tamamilə qəməri, bəziləri isə günəş ili ilə hesab etmişlər və bir qrup da hər kəsin öz müvafiq istinadına istinad etməli olduğunu bildirmişdir.

* DƏSTGƏRDAN

Bu dəstgərdan termini və ya “xümsünü hissə-hissə ödəmək”, insanın xums verməyə kifayət qədər pulu olmadığı halda istifadə olunur; Bu halda mərceyi-təqlidin vəkili eyni az miqdarda pulu onun xümsü miqdarında malı olana qədər bir neçə dəfə onunla mübadilə edər, nəticədə malı pak olar; amma o, “Mərceyi-Təqlid”ə borclu qalar.

Misal: Tutaq ki, bir şəxsin malı hesablanıb və beş min manat xüms borcu var; Amma onun beş yüz manatdan artıq pulu yoxdur. O zaman bu şəxs, həmin beş yüz manatı öz mərcei-təqdilinin vəkilinə verir, vəkil o pulu qəbul edir, ondan sonra yenə (həmin pulu) ona borc verir, o şəxs də borcu qəbul edir və həmin şəxs də həmin beş yüz manat məbləği mərceyi-təqlidin vəkilinə xüms verir və bu cür on dəfəyə mübadilə edilir. Sonuncu dəfə o şəxs mərceyi-təqlidinin vəkilinə 500 manatı ödəyir və onun hesabında 4 min 500 manat müctehidə borclu qalır ki, onu da tədricən ödəyir.

İKİ QEYD:

a) Dəstgərdan o hala aiddir ki, xümsu hesablayan “vəkil”, xümsün alınması ilə bağlı mərceyi-təqlidindən səlahiyyət alıb və dəstgərdan etməsinə ona icazə verilib.
b) Dediklərimiz əvvəlki ilin gəlirindən xümsu hissə-hissə ödənilməsinə aiddir; Lakin yeni xüms ilinin gəlirindən xümsü hissə-hissə ödəmək istəsə, öz mərceyi-təqlidindən təklif alması lazımdır; Çünki bəzi fəqihlər bu halda taksitin (hissə-hissə ödənişin də) beşdə birinin ödənilməsini vacib hesab edirlər, Çünki ilin gəlirinin xümsü vardır, ancaq yaşayış xərcində istifadə olunanlar istisna olunur və xümsün hissə-hissə ödənilməsi isə dolanışığın bir hissəsi sayılmır. Məsələn, xümsü iyirmi min manat olan və yeni ilin gəlirindən xums vermək istəyən şəxs iyirmi min manat deyil, iyirmi dörd min manat verməlidir.

* XÜMS İLİNİN SAYI

Xums ili ilə bağlı verilən suallardan biri də budur ki, hər bir gəlirə görə ona uyğun xüms ili müəyyən etmək olarmı? Yəni bir nəfərin iki və daha çox gəlir yeri var və hər biri də ayrı-ayrı zamanda gəlir gətirməyə başlamışdır. Buna görə hərəsi üçün bir xüms ili təyin edilməlidir yoxsa yox?

Bununla bağlı müxtəlif fikirlər var. Ola bilsin ki, belə demək olar: fəqihlərin əksəriyyətinin rəyi budur ki, “bir mənbədən” gələn gəlirləri bir istiqamətə qoymaq və onlar üçün xümsi ili təyin etmək olar. Məsələn, fərz edək ki, bir şəxs həm dövlətdən maaş alır, həm də kənd təsərrüfatı sahəsindən gəlir əldə edir. Bu şəxs özünə iki xüms ili təyin edə bilər.

*MƏUNƏ (insanın gündəlik və illik ehtiyaclarının məxarici)

Xümsün hesablanmasının əsaslarından biri də insanın “məunəsi”ni hesablamamalı, öz yaşayışları üçün sərf etdiklərini hesabdan çıxarmalıdır; Necə ki, İmam Məsum (əleyhissalam) buyurur:

Xüms, özünün və ailəsinin xərclərini [verdikdən] sonra və sultanın xəracını (vergilərini) [ödədikdən] sonradır (Vəsailuş-şiə, c9, səh-500).

Buna əsasən cari ilin gəlirindən yaşayışın ehtiyaclarının alınmasına sərf olunan pula xüms düşmür.

Bu sahədə bir neçə məqama diqqət yetirmək lazımdır:

1) Bir şəxsin zaman, məkan və şəninin “Məunə” kateqoriyasına aidiyyatı və dəxaləti vardır. Yəni ola bilsin bəzi şeylər bir vaxtlar və müəyyən məkanlarda bir şəxsin yaşayışının bir hissəsi kimi hesab olunsun lakin həmin şeylər başqa vaxt və məkanlarda “məunə”-nin bir hissəsi hesab olunmasın və o da mümkündür ki, bir insanın ləyaqəti buna imkan yaradır ki, bəzi şeylər onun həyatının zəruri ehtiyacları hesab olunsun lakin başqa bir insanın həyatında həmin vaxt və həmin məkanda o şeylər onun zəruri ehtiyacları sayılmasın. Buna görə də, insanların vaxtına, məkan və şəninə əsasən o pullar ki, zəruri ehtiyaclarından sayılır və xums ili çatmamışdan öncə həmin pullar ehtiyacları yolunda xərclənirsə o xərclənən pullara xüms düşmür.

2) Məunədə meyar (şə`niyyət) ləyaqət deyil, aktuallıqdır (fe`liyyətdir), (yəni yaşayışında xərclədiyi və istifadə etdiyidir); Başqa sözlə desək, yaşayış xərcləri üçün istifadə edilən xərclər yəqinliklə bildiririk ki, xümsdən saqit olur. Bu, biznesdən gələn gəlirlə həyat üçün lazım olan əşyaları alıb istifadə etmək kimidir. Elə bil ki, biznez və işdən əldə olan gəlirlə yaşayış ehtiyaclarını alıb istifadə etmiş kimidir.
Məsələnin əksi odur ki, insan öz gəlirini yığır, özünə yaşayışı çətinləşdirir, güzəranını təmin etmir. Bu halda nəzər ixtilafı vardır ki, görəsən belə bir iş görməklə malını saxlayan adamın həmin malına da xüms düşür yoxsa yox?!

3) “Həddindən artıq - ifrat” xərclər xümsdən azad olunmur, başqa sözlə desək, yaşayış xərcləri yetirildiyi halda, bu yolda baş verən israfların xümsünü vermək lazımdır baxmayaraq bu israf məsələsi yaşayış xərcində baş verib. Sözügedən maddənin səbəbi odur ki, “məunə” anlayışında “qənaət və orta hədd” götürülüb, ona görə də zəruri olmayan və israf xərclər ümumiyyətlə “məunə” sayılmır.

4) Malın və pulun haramda yolda istifadə olunması da “məunə” hesab olunmur. Məsələ burasındadır ki, haram mal heç vaxt “məunə” və həyat xərclərinə aid edilmir. Buna əsasən, həyatın haram xərclərinin xümsünü vermək lazımdır; Haram səfər kimi xərclər (istər səfərin özü haram olsun, istərsə də haram etmək üçün səfər edib), günah məclislərinin keçirilməsi xərcləri, haram yemək və içkilərin hazırlanması xərcləri və ya hər hansı bir günahın xərcinin xümsu verilməlidir

5) “Məunə” dedikdə məqsəd təkcə şəxsin özünün ehtiyac duyduğu xərclər deyil; Əslində, şəxsin özünün və himayəsində olan şəxslərin xərclərindən söhbət gedir; İstər o adamlar onun arvadı, övladları, yoxsul ata-anası kimi onun himayəsində olanlar olsunlar, istərsə də onların nəfəqəsi vacib olmayan şəxslər olsun, məsələn, qonaq və s.

* SƏRMAYƏ

Əksər fəqihlərin fətvasına əsasən sərmayəyə xüms düşür. Buna görə də, (xümsu verilməsi vacib olan) malların siyahısında qeyd edilməli olan şeylərdən biri də sərmayədir. Qeyd etmək lazımdır ki, sərmayənin mənası gəlir mənbəyi olan cəmlənmiş sərvətdir. Məsələn, mağazalardakı mallar, sənaye işləri üçün alətlər, kənd təsərrüfatı torpaqları, fabrik (o cümlədən onun binası, alətləri və torpaq sahəsi), icarəyə götürülən bina, bağça və ya gəlir əldə edilən avtomobil, ehtiyatlar və bir sözlə hər hansı məhsuldar gəlir istehsalı ilə baş verən mal və sərvət. Təbii ki, bir çox fəqihlərin fətvasına əsasən, həyatının təmin edən (yəni sərmayəsi onun məunəsi hesab olan) sərmayənin xümsü yoxdur; Odur ki, əgər bir şəxsin gəliri yalnız öz sərmayəsi hesabınadırsa, o zaman hesablamaq lazımdır ki, görəsən bu gəlirin nə qədəri onun “məunəsini” qarşılayır. Məsələn, o sərmayənin yarısı “məunə” üçün kifayət edərsə, sərmayənin yarısının xümsü yoxdur, əgər sərmayənin hamısı “məunə” üçün lazımdırsa, bu sərmayənin xümsü yoxdur.

* XÜMS VƏ ZƏKAT

Zəkat və xüms bir-birini əvəz etmir. Odur ki, sərmayəsi dördlük taxıllar (buğda, arpa, xurma və kişmiş) və ya üçlük heyvanlar (dəvə, inək və qoyun) olanlar, əgər zəkat şərtini ödəsələr, zəkat verməlidirlər. Əgər bundan yerdə qalan hissəsi Xums ilindən çox gələrsə, xümsünü vermək lazımdır.

* MUXƏMMƏS (XUMSU VERİLMİŞ MAL)

Xümsün hesablanmasında başqa bir meyar da budur:

“«أنَ المُخَمَّسَ لَا یُخَمَّسُ وَ اِن بَقِیَ الدَّهر مَعَکَ؛»”. Bir dəfə xümsü verilən mal, ömür boyu sənin yanında olsa belə, bir daha ona xüms düşmür.

Bu mövzuda heç bir mübahisə yoxdur, Üstəlik, bu, bütün fəqihlərin yekdil nəzəridir; Bununla belə, iki məqamı qeyd etmək zəruridir ki, –bu həm “əl-Müxəmməsu - lə yuxəmmisu (xumsu verilmiş malın xümsu yoxdur)” qanununu xüsusiləşdirir, həm də onu daha şəffaf edir:

Əgər xümsü verilmiş malın bazar qiyməti artarsa, bu halda bəzi fəqihlərin fətvasına əsasən, həmin qiymət artımına xüms düşür. Necə ki, insan torpağın xümsünü verib, amma sonra torpağın qiyməti artır.
“Əl-muxəmməsu la yəximmusu” qanunu o haldadır ki, xümsün vacibliyi üçün bir unvan gerçəkləşsin; Çünki əks halda xüms iki dəfə və ya daha çox vacib ola bilər. Məsələn, haram və halal mal qarışıbsa, haramın nə miqdarı, nə də sahibi məlum deyilsə, bu halda xümsün xaric verilməsi həmin malın pak edir. İndi həmin xümsu verilmiş mal, sahibinin əlində bir il qalsa və xüms ilindən artıq olsa, ilin “məunəsindən” artıq olduğuna görə, yenidən ona xums gəlir.

* BORC

Borc və ya kredit kimi alınan şeyin xümsü uzun illər qalsa da xümsu yoxdur; Amma hissə-hissə ödəməyə başlandıqda, verilən hər bir hissənin xümsü ödənilir, təbii ki, xüms ilindən çox gəlmək şərti ilə.

* TƏLƏB

Mümkündür bir şəxs başqasına borc verə və ya hər hansı bir şəkildə ondan tələbkar ola bilər. Bu halda xümsün meyarı “malikiyyətin” zərər və mənfəətidir; İstər mal malikin ixtiyarında olsun ya olmasın. Buna görə də “tələb” üçün də xüms ödənilir, bu şərtlə ki, o tələbi şərti olaraq almaq mümkün olsun. Ona görə də nə vaxt alınsa, dərhal onun xümsünü verilməlidir.

Hazırladı; Rəsul Mahmudzadə
Mənbə; www.hawzahnews.com

Tags: SUALLARA CAVAB, FİQH

Çap