АYӘtəl-KURSİ

:

AYƏNİN FƏZİLƏTİ
Əbazər məclislərin birində Peyğəmbərimiz Həzrət Mühəmməd(s)dən soruşdu: Sizə nazil olmuş ən üstün və dəyərli ayə hansıdır? Rəsulullah (s) buyurdu: “Ayətəl-kürsi”. Çünki o mübarək ayədə, şərafətli “Həyy və Qəyyum” sözləri vardır.

İmam Sadiq (ə) buyurmuşdur: Hər nədə zirvə vardır, Quranın da zirvəsi “ayətəl-kürsi”dir. Onu bir dəfə oxuyan şəxsdən Allah Taala min dünya ağrı-acısını və min axirət narahatçılığını uzaqlaşdırar ki, dünya ağrı-acısının ən yüngülü yoxsulluq və axirət narahatçılığının ən yüngülü qəbir əzabıdır. Mən də o məqama nail olmaq arzusu ilə onu (ayətəl-kürsi) oxuyuram. (Qamusi Quran, cild 6, səh: 101 - 103)

Qeyd etmək lazımdır ki, Hz. Rəsuldan (s) nəql olmuş rəvayətə və İmam Əli(ə)dən nəql olmuş təcrübəyə əsasən “ayətəl-kürsi” 50 kəlmədən ibarətdir. Buna əsasən də son iki əsrdə müsəlmanlar arasında Bəqərə surəsinin üç ayəsinin birlikdə oxunmasına baxmayaraq 255-ci ayə “ayətəl-kürsi”dir.

AYƏNİN FAYDASI
Mühəmməd (s) Peyğəmbər buyurmuşdur: Ayətəl-kürsi oxunan evdən İblis uzaqlaşar, sehr və cadu o evə daxil olmaz.

AYƏNİN ƏRƏBCƏ OXUNUŞU
(Bismillahir-Rəhmanir-Rəhim) Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la tə`xuzuhu sinətun vəla nəvmun, ləhu ma fis səmavi və mə fil vəl ərz, mən zəlləzi yəşfəu indəhu illa bi iznih, yə`ləmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bişəyin min ilmihi illa bima şaə, vəsiə kursiyyuhus-səmavati vəl-ərzi və la yəuduhu hifzuhuma və huvəl-əliyyul-əzim. (Bəqərə - 255)
(Əlavə məlumat üçün)
La ikrahə fid-dini, qəd tabəyyənər-ruşdu minəl-ğəyyi, fəmən yəkfur bit-tağuti və yu`min billahi, fəqədistəmsəkə bil-urvətil-vusqa lənfisamə ləha, vəllahu səmiun əlim. (Bəqərə - 256)
Əllahu vəliyyulləzinə amənu yuxricuhum-minəz-zulumati ilən-nur, vəlləzinə kəfəru əvliyauhumut-tağut, yuxricunəhum minən-nuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiha xalidun. (Bəqərə - 257)

AYƏNİN TƏRCÜMƏSİ
(Mehriban və bağışlayan Allahın adı ilə) Bəqərə surəsi 255-ci ayə (Ayətəl-kürsi). Tək olan Allahdır ki, Ondan başqa bir məbud yoxdur! (Öz zatı ilə var olan) diri və (varlıq aləmini) bərqərar saxlayan qadir və əbədidir. Onu əsla nə mürgi tutar, nə də yuxu! (Yaradılış, qorumaq, idarə etmək və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məxsusdur. İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dünyada səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dünyada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixtiyari şəfaət) edə bilər?! İnsanların qarşısında olanı da, arxalarında olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun (səltənət və rübubiyyət) kürsüsü (taxtı) göyləri və yeri əhatə etmişdir. Onları (göyləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu deyildir. O, çox uca və böyükdür.
(Əlavə məlumat üçün)
256. Dində (əqidənin əsaslarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Quran vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir.
257. Allah iman gətirənlərin Mövlasıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.

AYƏNİN ƏRƏBCƏSİ

بسم الله الرحمن الرحیم- الله لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ -بقرة -255
لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِيعٌ عَلِيمٌ -256
اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ -257

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!