RƏCƏB AYINDA VACIB NAMAZLARDAN SONRA OXUNAN DUA

:

DUA HAQQINDA:
Səccad adlı bir şəxs altıncı imam Hz. İmam Cəfər Sadiqin (ə) hüzuruna gəlib söylədi: Rəcəb ayı üçün mənə bir dua öyrədin ki, onu oxumaqla Allah Taala mənə xeyir və mənfəət yetirsin.
Hz. İmam Sadiq (ə) buyurdu: Rəcəb ayında hər gün vacib gündəlik namazlardan sonra bu duanı oxu.

DUANIN ƏRƏBCƏ MƏTNI:

يا مَنْ اَرْجُوهُ لِكُلِّ خَيْرٍ وَ آمَنُ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ * يا مَنْ يُعْطِى الْكَثيرَ بِالْقَليلِ يا مَنْ يُعْطى مَنْ سَئَلَهُ * يا مَنْ يُعْطى مَنْ لَمْ يَسْئَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّناً مِنْهُ وَرَحْمَةً * اَعْطِنى بِمَسْئَلَتى اِيّاكَ جَميعَ خَيْرِ الدُّنْيا وَ جَميعَ خَيْرِ الاْخِرَة * وَاصْرِفْ عَنّى بِمَسْئَلَتى اِيّاكَ جَميعَ شَرِّ الدُّنْيا وَشَرِّ الاْخِرَةِ * فَاِنَّهُ غَيْرُ مَنْقُوصٍ ما اَعْطَيْتَ  وَ زِدْنى مِنْ فَضْلِكَ يا كَريمُ *

يا ذَاالْجَلالِ وَالاِكْرامِ يا ذَاالنَّعْماَّءِ وَالْجُودِ يا ذَاالْمَنِّ وَالطَّوْلِ حَرِّمْ شَيْبَتى عَلَى النّارِ  

DUANIN LATIN ƏLIFBASI ILƏ ƏRƏBCƏ OXUNUŞU:

Ya mən ərcuhu likulli xəyr və amənu səxətəhu ində kulli şərr,
Ya mən yu'til-kəsirə bil-qəlil,
Ya mən yu'ti mən səələhu,
Ya mən yu'ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhməh,
Ə'tini bi-məsələti iyyakə cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh,
Vəsrif ənni bi-məsələti iyyakə cəmiə şərrid-dunya və şərril-axirəh,
Fə-innəhu ğəyru mənqusin ma ə'təytə və zidni min fəzlikə ya Kərim.

Bu məqamda qadınlar saçlarından, kişilər isə saqqallarından sol əllə (işarə mənasında) tutaraq, sağ əlin şəhadət barmağını sağa-sola tərpədib, oxuyur:

Ya zəl-cəlali vəl-ikram,
Ya zən-nə’mai vəl-cud,
Ya zəl-mənni vət-təvli,
Hərrim şəybəti ələn-nar.

DUANIN AZƏRBAYCAN DILINƏ IZAHLI TƏRCÜMƏSI:

Ey hər xeyir üçün Ona ümid bəslədiyim və hər şərdə qəzəbindən amanda olduğum (törətdiyim günahlar və pis əməllərə görə layiq olduğum halda bu dünyada qəzəbinə düçar olmadığım)!
Ey azın (az ibadətin) müqabilində çoxlu (nemətlər) əta edən!
Ey (dərgahına əl açıb) Ondan istəyənə bəxş edən!
Ey məhəbbət və mərhəmətindən (Onu unudub yaxud saymayıb) Ondan istəməyən və Onu tanımayana (münkir və müşrikə dünyada nemətlər) əta edən!
Yalnız Sənə üz tutub istədiyimə xatir bütün dünya və axirət xeyrini mənə əta et və məndən bütün dünya və axirət şərrini uzaq et.
Çünki Sənin ətalarınla (xəzinə və sərvətin) bəxşişlərin azalmaz, ey Alicənab (lütfkar) öz kərəmindən mənə bəxşişlərini (verdiyin və verəcəyin nemətləri) artır.
Ey şövkət və kəramət Sahibi!
Ey nemət və bəxşiş Sahibi!
Ey minnət və fəzilət Sahibi! (Vücudumu təmsil edən bu) Saçımı-saqqalımı cəhənnəm odundan uzaq saxla.

You must have the Adobe Flash Player installed to view this player.

Amin! Allah qəbul etsin. (Rizvan.Net - İslam Maarifi Jurnalı)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!