AYƏTULLAH XAMENEİDƏN QƏDR GECƏLƏRİ ÜÇÜN 12 TÖVSİYƏ

:

Mübarək Qədr gecələrinin başlaması ilə əlaqədar Ali Rəhbər Ayətullah Xamenei bu gecələrdən daha yaxşı yararlanmaq üçün bəzi tövsiyələr verib:

1. Qədr gecələrinə mənəvi hazırlıqla girin.
2. Qədr gecələrinin saatlarını qənimət bilin. Qədr gecələrinin qədrini bilin və hər anını qənimət bilin.
3. Maddi çirkinliklərdən uzaq durun.
4. Bu gecələrdəki ən gözəl əməl duadır.
5. Duaların mənalarına daha çox diqqət edin.
6. Allah ilə danışın. Əgər ərəbcə oxunan duaların mənasını bilmiriksə, öz dilimizdə Allah ilə münacat edək.
7. Allah-təaladan əfv istəyin. Qədr gecəsi məğfirət və əfv istəmək üçün ən gözəl fürsətdir.
8. Qəlblərinizi İmam Əlinin (ə) uca məqamı ilə tanış edin.
9. Əsrin vəlisi, zamanın imamını yada salın.
10. Yaradılış ayələri və insanın alın yazısı barədə düşünün.
11. Müsəlmanlar üçün dua edin.
12 Özünüz və möminlərin hacətlərini Allahdan istəyin.

Mənbə: Maidə.az
Hazırladı: Rəsul Mahmudzadə

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!