GÜNAHLARI BAĞIŞLADAN ƏMƏL

:

ZİL-QƏDƏ AYI VƏ TÖVBƏNİN BU AYDA ƏHƏMİYYƏTİ
İmam Baqir əleyhissalam buyurub: Allah Öz bəndəsinin tövbəsinə görə, uzun və qaranlıq gecədə miniyə süvar olub öz azuqəsini itirdikdən sonra onu tapdığına görə sevinən bir şəxsdən çox sevinir.

Allahın itaətini ələ gətirmək üçün bu ayda (Zil-qədə ayında) hər şeydən öncə, əvvəllər giriftar olduğun bütün işlərdən ötrü sidq ürəkdən tövbə et.

Allahın Rəsulundan (s) hədis nəql olunur ki, Zil-qədə ayınının bazar günü belə buyurdu: Camaat! Sizlərdən kim tövbə etmək istəyir? Ravi deyir; biz dedik: Ey Allahın Rəsulu (s)! Hamımız tövbə etmək istəyirik. Həzrət buyurdu: qüsl edib, dəstəmaz alıb, dörd rükət namaz qılın. Hər rükətdə bir dəfə “Fatihə”, üç dəfə “Qul huvəllahu əhəd” və bir dəfə “Muəvvəzətəyn” (Fələq və Nas) surələrini oxuyun. Bundan sonra yetmiş dəfə istiğfar (Əstəğfirullahə rəbbi və ətubu iləyh) edib sonda “la hovlə vəla quvvətə illə billəh” deyin.
Sonar deyin: Ya Əziz! Ya Ğəffar! İğfirli zunubi və zunubə cəmiil-mumininə vəl muminati, fə innəhu la yəğfiruz-zunubə illə əntə (Ey Əziz! Ey çox bağışlayan! Mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla ki, Səndən başqa kimsə günahları bağışlamır.
Sonra buyurdu: Mənim ümmətimdən bir bəndə bu işi görərsə göydən oa nida gələr: Allah bəndəsi! Əməllərini yenidən başla ki, sənin tövbən qəbul oldu və günahların bağışlandı. Başqa bir mələk ərşin altından nida edəcək: Ey bəndə! Mübarək olsun sənə, ailənə və qəbilənə. Başqa bir carçı çağırar! Qiyamət günü sənin düşmənlərini səndən razı edəcəklər. Başqa bir mələk nida edəcək! Ey bəndə imanla dünyadan gedəcəksən. Dinin səndən alınmadı və qəbrin geniş və nurani olacaq. Başqa bir carçı çağıracaq. Ata-anan və qəbilən bağışlandı, dünya və axirətdə xoş ruzili olacaqsan. Cəbrail nida edəvək: mən ölüm mələyi ilə sənin yanına gələr və ona göstəriş verəcəm ki, səninlə xoşrəftar olub, ölümə görə sənə zərər vurmadan ruhu yumşaqlıqla (rahatlıqla) bədənindən çıxarsın.
Biz dedik: Ey Allahın Rəsulu (s)! Əgər kimsə (zil-qədə ayından) başqa bir vaxt bu cür desə necə? Buyurdu: Dediklərim onun üçün də, olacaq. Cəbrail (ə) bu mətləbi mənə merac gecəsində dedi.

İmam Baqir əleyhissalam Məhəmməd ibn Müslimə belə buyurdu: Möminin tövbə etdiyi günahı bağışlanıbdır və tövbədən sonra gələcəyi üçün yaxşı işlər görməlidir. Mən dedim əgər tövbə və istiğfardan sonra yenə günah edib yenidən tövbə etsə necə? Cavabında buyurdu: Ey Məhəmməd ibn müslim sən düşünürsən ki, mömin bəndə günahından peşiman olub, ondan ötrü bağışlanmaq istəsə və tövbə etsin, sonra Allah onun tövbəsini qəbul etməsin? Dedim: Bir neçə dəfə bu işi görüb və Allahdan bağışlanmaq istəyib. Buyurdu: dəfələrin çox olmasına baxmayaraq, nə qədər mömin bağışlanmaq istəyindən ötrü Allaha tərəf üzünü çevirsə və tövbə etsə, Allah da o qədər onun bağışlanmasına qayıdar. Həqiqətən Allah çox bağışlayan və mehribandır və tövbəni qəbul edib pis rəftarlardan keçir (pis rəftarları bağışlayır). Olmasın ki, sən möminləri Allahın rəhmətindən ümidsiz edəsən.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!