İNSANA HƏQİQƏTİ ANLAMAQDA MANE OLAN NƏDİR?

:

CAVAB
Həqiqət nə qədər aşkar görünsə də, onu kor gözlə görmək mümkün deyil. Həqiqəti tanımaq üçün onun aşkar görünməsi nə qədər zəruridirsə, görən gözə də bir o qədər ehtiyac vardır. Axı kor, günəşin işığını necə görə bilər?!

İnsanın həqiqəti tanımasına mane olan yanlış mühakimələr, nəfs istəklərinə tabeçilik, kor-koranə tərəfbazlıq, təkəbbür və bu kimi başqa mənfi təzahürlərdir. Ruh çirkləndikcə, həqiqəti dərk etmək də çətinləşir.
Bir hədisdə buyurulduğuna görə, əgər şeytanlar Adəm övladının qəlbini dövrəyə almasaydılar, insanlar fəzanın dərinliklərini seyr edə bilərdilər. Bəs şeytanlardan necə qurtulmalı? Qurani-Kərimdə buyurulur: “Həqiqətən iman gətirib, yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib, Allaha şərik qoşanlar üzərindədir.” (“Nəhl” surəsi, ayə: 99-100.)
Demək, doğru yol yolçuları üçün ilkin şərt, nəfsin paklandırılması və təqvadır. Qurani-Kərim doğru yol göstərən ilahi kitab olduğu halda, nəfsinə uyan insanlar hətta Qurandan da öz yanlış mühakimələrinin sübutu üçün istifadə edirlər. Ona görə də, “Bəqərə” surəsinin 2-ci ayəsində buyurulur: “Bu heç bir şəkk-şübhə olmayan və müttəqilərə doğru yol göstərən kitabdır.”

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!