ÖVLADIMIZI KİM SAXLAMALIDIR?

:

Sual: Körpəni kim daha yaxşı saxlaya bilər?
Cavab: Körpə üçün ən münasib qəyyum ata-anadır. Başqaları bu sahədə nə qədər böyük bilik və təcrübəyə malik olsalar da, körpənin valideyn məhəbbətinə olan ehtiyacını ödəməkdə acizdirlər. Valideyndə mövcud olan himayə hissi bəşər nəslinin davamı üçün ən əsas amildir. Əgər Yaradan ata-anaya belə bir hiss əta etməsəydi, nələr baş verə bilərdi!

Valideyni övlad qarşısında məsuliyyətli edən hiss dərk edilməyən bioloji bir qüvvədir. Bu qüvvə sayəsində valideynin rəftarı körpədə təsir qoyur və qarşılıqlı olaraq, körpə valideyni mütəssir edir. Körpənin fəaliyyəti artdıqca valideyn bu fəaliyyətlərdə daha çox iştirak edir. İlk təbəssümünün sizdə oyatdığı həyəcanı görən körpə təkrar-təkrar gülümsəməklə sizdən xoş emosiyalar gözləyir. Valideyn bu rəftarı ilə öz hisslərini körpəyə tanıtdırır və biliklərini növbəti nəsilə ötürür. Beləcə, hər gün yeni analar və yeni körpələr haqqında eşidirik. Onların çöhrəsindəki razılıq hissi, övladdan duyulan sevinc, ona qayğı ehtiyacı təbiətin möcüzələrindəndir.
Müxtəlif canlılar arasında ana-bala yaxınlığının insanda yaratdığı xoş təəssürata diqqət etmisinizmi? Bu səhnələr insana bir zaman valideynləri ilə yaxınlıqdan duyduğu asayiş hissini xatırladır. Valideynlə övlad arasındakı bioloji bağlılıq insanı öz övladını qorumağa vadar edir.

Sual: Körpə öz valideynini ona qulluq edən başqalarından seçə bilirmi?
Cavab: Bəli, körpə onu ağuşuna alan, ona süd verən ananın səsinə, hətta qoxusuna adət edir. Körpə öz valideynini başqalarından çox tez fərqləndirir. Bəzi körpələr dörd-beş aylığında, bəziləri isə daha tez valideynini tanıyır.
Unutmaq olmaz ki, ananın doğuşdan sonra körpədən müəyyən müddət uzaq düşməsi körpənin bu hissini puça çıxara bilər. Əgər körpəni gündə bir adam saxlasa, əlbəttə ki, o öz valideyninə yaxşı baxmayacaq. Bu məsələyə diqqətli olmaq lazımdır. Körpənin öz ata-anasını tanıması çox mühümdür. İlkin dönəmlərdəki valideyn-övlad münasibətləri körpənin gələcəkdə başqaları ilə münasibətlərinin əsasını təşkil edir. Uşaqlıqda valideynini yaxşı tanımayan körpələr gələcəkdə başqaları ilə münasibət qurmaqda çətinlik çəkirlər.

Kitabın adı: Kaş valideynlərim biləydi
Müəllif: Doktor li Salk
Hazırladı: Rəsul Mahmudzadə

Tags: SUALLARA CAVAB, AİLƏ VƏ CƏMİYYƏT

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!