İSLAM QADINI AĞILDAN NAQİSMİ SAYIR?

:

 Cavab: İslamın qadının ağıldan az və naqis yaradılaraq ictimaiyyətə bu cür tanıtdırması yalanı qərblilər tərəfindən planlaşdırılmış bir bəhanədir. Xatırlatmaq lazımdır ki, qadında ağıl azlığı yoxdur. Amma qadının ağlı güclü məhəbbət, atifi hislərin təsiri altında olduğu, atifi qanunlara tabe olduğu üçün öz əsl qabiliyyətini əldən verir. Elə bu səbəbdən İslam qadınları qəzavət, hökm vermə, hökumət, cihad və s. kimi atifənin təsiri altında olmamalı məsuliyyətlərdən çəkindirmişdir.

Beləliklə, qadın bu cəhətlərdən asayiş və rahatlıq meyarı hesab olunaraq nigaranlıq və pərişanlığı aradan apardığına görə kişidən yüksək dərəcəyə malikdir. Kişi də ictimaiyyətin ağır işlərini yerinə yetirmək və mənzil tədarük görmək üzündən qadından üstün sayılır.
Elə isə, qadın və kişinin dünya nəzmini idarə etməsində bir olmaları gərəkdir. Elə bu cəhətdən kişinin vücudu yüksək fikir və düşüncəyə malik olduğu üçün pul və maliyyə tədarükü, evin idarəsi, ailə üzvlərini tərbiyə etmək onun öhdəsinə verilmişdir. Buna görə qadın gərək əri qarşısında təvazökar və sözeşidən olsun.

Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri
Hazırladı: Rəsul Mahmudzadə

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!