QADIN İTAƏTSİZLİK EDƏNDƏ KİŞİNİN VƏZİFƏSİ NƏDİR?

:

 Cavab: Qurani Kərim bu barədə belə buyurur:
“İtaətsizlik və özbaşınalıqlarından qorxduğunuz qadınlara nəsihət və moizə edin.”1

Moizə (nəsihət) olunan sözlər mehribanlıq və məhəbbətlə dolu olmalıdır. Moizə günəş təki ona nur və istilik saçıb dəlil-sübut əsasında olmalıdır.
Camaatın ruhiyyəsi müxtəlif və bir-birindən fərqlənir. Məsələn, qadınlarla söhbətdə atifəli, zərif dəlillərdən istifadə etmək lazımdır, təkcə dəqiq əqli dəlillərin lazımlı təsiri yoxdur. Belə ki, Qurani Kərim də dostluq və mehribanlığa işarə edərək buyurur:
“Allah-Taala sizin aranızda məhəbbət və dostluq yaratdı.”
Buna əsasən əgər qadın vəzifələrinin yerinə yetirilməsində süstlük etsə, onu məhəbbətli və mülayim nəsihətlə moizə etmək lazımdır. Məsələn, evə daxil olub yoldaşınızı kədərli və yorğun görsəniz, özünüzdən çıxaraq onu danlamayın, əksinə mülayim və məhəbbətlə rəftar edib, bu cür rəftarın ailə münasi- bətlərinin soyuqluğuna səbəb ola bilməsini xatırladın.
BİR PSİXOLOQUN NƏZƏRİ
Psixoloqlardan biri bu barədə belə deyir: “Yaxşı kişi odur ki, evə daxil olmazdan əvvəl ayaqqabısına palçıq yapışmış olarsa onu təmizləyib sonra evə daxil olsun. Qəm-qüssə və narahatlıq da ayaqqabının altına yapışmış palçıq misalına bənzəyir ki, evə daxil olmazdan gərək təmizlənsin. Eləcə də ləyaqətli qadın evi süpürüb zibili otaqdan çıxartdığı kimi, ailə mühitindəki qəm-qüssə və narahatlığı da bir zibil kimi təmizləməlidir.”

Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif: Ayətullah Hüseyn Məzahiri
Hazırladı: Rəsul Mahmudzadə


1. “Nisa” surəsi, ayə:34

Tags: SUALLARA CAVAB, AİLƏ VƏ CƏMİYYƏT

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!