HƏZRƏT İMAM HÜSEYNİN (ə) TÜRBƏTİNDƏN HAZIRLANAN TƏSBEHİN NECƏ TƏSİRLƏRİ VAR?

Müəllif Seyid Nəşr edilib . Bölüm SUALLARA CAVAB

:

Sual:  İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehi daima əldə tutmağın nə kimi bərəkət və təsirləri vardır?
Cavab: Dini mənbələrimizdə İmam Hüseynin (ə) türbətinin bərəkət və təsirləri haqqında bir çox məlumatlar öz əksini tapmışdırdır.  Lakin Seyyid əş-Şühəda (ə) türbətindən hazırlanmış təsbeh barədə İmam Kazım (ə) belə buyurur: Şiələrimiz dörd şeydən ehtiyacsız qalmazlar: Üzərində namaz qıldıqları həsir, barmaqlarına taxdıqları üzük, dişlərini fırçaladıqları misvak və otuz üç dənəsi olan Seyyid əl-Şühəda (ə) türbətindən hazırlanmış təsbeh. Hər vaxt bu təsbehlə zikr desə, Allah o zikrin müqabilində dörd savab yazar. Hər zaman zkr etmək yadından çıxsa və adət etdiyindən dolayı təsbehi zikrsiz çevirsə belə, Allah onun müqabilində iyirmi savab yazar.1
Bu hədisin maraqlı tərəfi budur ki, İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehi hətta zikr demədən əldə saxlamağın belə savabı vardır.
Başqa bir rəvayətdə O Həzrətdən (ə) soruşulur: Bir insanın İmam Hüseynin (ə) türbətiylə təsbeh demək caizdir? Türbət hansısa bir fəzilətə malikdirmi? İmam (ə.s) cavabında buyurur: Seyyid əs-Şəhadənin türbətindən daha fəziləti nə ola bilər ki, əgər bir şəxs əlində türbətdən hazırlanmış təsbeh varsa və onu zikr etməyi unudaraq, yalnızca əlində çevirsə onun üçün zikr savabı yazılacaqdır.2

Mənbə: islamquest.net/az
Hazırladı: Rəsul Mahmudzadə


1.Şeyx Hürr Amuli,Vəsailuş-şiə,Cild,14,Səh,536,Qum,Alu-Beyt muəssisəsi,Qum,birinci çap,1409 qəməri
2.Həmin mənbə.

 

Tags: SUALLARA CAVAB

Çap