İMAM ƏLİ (ə) HƏZRƏT ZƏHRANI (əs) MÜDAFİƏ ETMƏDİMİ?

:

Ömər ibn Xəttabın Fatimeyi-Zəhraya (s.ə) hücumu və döyülməsi iddiasını inkar etmək üçün vəhhabilərin və əhli-sünnənin, insanların duyğularını təhrik edərək ortaya atdıqları ən mühüm şübhələrdən biri də Əmirəl-möminin (ə.s.) nə üçün xanımını müdafiə etmədi şübhəsidir. Onlar deyirlər Məgər Əli (ə), Əsədullah əl-Qalib və dövrünün ən cəsur insanı və s üstünlüyü olan şəxs deyildimi?...

Tarix boyu şiə alimləri bu şübhəyə müxtəlif cavablar vermişlər və biz də bir neçə cavabla kifayətlənəcəyik.

 1- Həzrət Əlinin (ə), Ömərə qarşı kəskin reaksiyası

Birinci mərhələdə həyat yoldaşına hücum etmək istədikləri zaman Əmirəl-möminin (əleyhissalam) buna reaksiya verdi və Ömərin qarşısına çıxdı, onu yerə yıxdı, üzünə və boynuna yumruq vurdu. Amma səbirli olmağa əmr olunduğu üçün münaqişəni davam etdirməkdən çəkindi və Allah Rəsulunun (ona Allahın salavatı və salamı olsun) əmrinə əsasən səbir etdi. Əslində bunu etməklə onlara başa salmaq istəyirdi ki, əgər mən səbr etməyə əmr olunmasaydim və Allahın əmri başqa cür olsaydı, heç kim Fatimənin evinə hücum etmək fikrini düşünməyə belə cürət etməzdi. Amma o İmam həmişəki kimi burada da, Allahın əmrlərinə tabe olub.

1.1- Suleym ibn Qeysin rəvayəti 
Əmirəl-möminin imam Əli (əleyhissalam)-ın səmimi səhabələrindən olan Süleym bin Qeys Hilali bu haqda yazır:

وَدَعَا عُمَرُ بِالنَّارِ فَاَضْرَمَهَا فِی الْبَابِ ثُمَّ دَفَعَهُ فَدَخَلَ فَاسْتَقْبَلَتْهُ فَاطِمَةُ (علیه‌السّلام) وَصَاحَتْ یَا اَبَتَاهْ یَا رَسُولَ اللَّهِ فَرَفَعَ عُمَرُ السَّیْفَ وَهُوَ فِی غِمْدِهِ فَوَجَاَ بِهِ جَنْبَهَا فَصَرَخَتْ یَا اَبَتَاهْ فَرَفَعَ السَّوْطَ فَضَرَبَ بِهِ ذِرَاعَهَا فَنَادَتْ یَا رَسُولَ اللَّهِ لَبِئْسَ مَا خَلَّفَکَ اَبُو بَکْرٍ وَعُمَرُ.

فَوَثَبَ عَلِیٌّ (علیه‌السّلام) فَاَخَذَ بِتَلابِیبِهِ ثُمَّ نَتَرَهُ فَصَرَعَهُ وَوَجَاَ اَنْفَهُ وَرَقَبَتَهُ وَهَمَّ بِقَتْلِهِ فَذَکَرَ قَوْلَ رَسُولِ اللَّهِ (صلی‌الله‌علیه‌و‌آله‌وسلّم) وَمَا اَوْصَاهُ بِهِ فَقَالَ وَالَّذِی کَرَّمَ مُحَمَّداً بِالنُّبُوَّةِ یَا ابْنَ صُهَاکَ لَوْ لا کِتابٌ مِنَ اللَّهِ سَبَقَ وَعَهْدٌ عَهِدَهُ اِلَیَّ رَسُولُ اللَّهِ (صلی‌الله‌علیه‌و‌آله‌وسلّم) لَعَلِمْتَ اَنَّکَ لا تَدْخُلُ بَیْتِی.

Ömər od istədi və evin qapısını yandırdı, sonra qapını itələdi və açıb içəri girdi! Həzrət Zəhra (Allahın salavat və salam və rəhmət və bərəkəti olsun ona) Ömərin yanına gəlib fəryad etdi: Ey ata can, ey Allahın Rəsulu! Ömər qınında olan qılıncını qaldırıb Fatimənin böyrünə vurdu və qışqırdı. O həzrət (s) yenə fəryad edərək dedi: Ey ata can! Ömər qamçıni qaldırıb Fatimənin (əs) qoluna vurdu. O, həzrət səsləndi:
Ey Allahın Rəsulu, Əbu Bəkr və Ömər səndən sonra sənin sağ qalanlarınla necə də pis rəftar edirlər!
Əli (əleyhissalam) qəfil ayağa qalxıb Ömərin boynundan tutdu və onu bərk dartıb yerə vurdu və burnuna və boynuna vurdu və onu öldürmək istədi. Amma o, Peyğəmbərin (sallallahu aleyhi və alihi və səlləm) sözlərini və ona verdiyi vəsiyyəti xatırlayaraq dedi: Ey Sühək oğlu! Məhəmmədi peyğəmbər göndərənə and olsun ki, əgər ilahi təqdir və peyğəmbərin mənimlə bağladığı əhd olmasaydı, mənim evimə girə bilməyəcəyini bilərdin”1

 1.2 - Alusinin rəvayəti

Həmçinin məşhur sünni təfsirçisi Alusi, şiə mənbələrindən bu rəvayəti nəql etmişdir:

“انه لما یجب علی غضب عمر واضرم النار بباب علی واحرقه ودخل فاستقبلته فاطمة وصاحت یا ابتاه ویا رسول الله فرفع عمر السیف وهو فی غمده فوجا به جنبها المبارک ورفع السوط فضرب به ضرعها فصاحت یا ابتاه فاخذ علی بتلابیب عمر وهزه ووجا انفه ورقبته؛.

Ömər qəzəbləndi və Əlinin (ə) evinin qapısını yandırdı və evə daxil oldu, Fatimə (əleyha salam) Ömərin yanına gəlib qışqırdı: “Ey ata, ey Allahın Rəsulu!” Ömər qınında olan qılıncını qaldırıb Fatimənin (əs) böyrünə vurdu, qamçı qaldırıb Fatimənin qoluna vurdu və həzrət qışqırdı: “Ya ata” (bu hadisəni görən kimi) Əli (əleyhissalam) qəfil ayağa qalxıb Ömərin boynundan yapışdı, onu tutdu və möhkəm dartaraq yerə yıxıb, burnuna və boynuna vurdu”.2

2-Əmirəlmöminin İmam Əlinin (ə) ilahi təqdirə təslim olması
Əmirəl-möminin (əleyhissalam) bütün həyatı boyu Allahın əmrlərinin tam itaətində idi və onu reaksiya verməməyə vadar edən yalnız Allahın əmrləri idi və o, heç vaxt qərəz, qəzəb və şəxsi maraqlara görə reaksiya verməzdi.
Allah və Onun peyğəmbəri tərəfindən o həzrətə bu böyük müsibətlər qarşısında səbirli olmaq əmr edilmiş və məhz bu əmrə görə qılınca əl atmadı.

3-Peyğəmbərin (ə) vəsiyyəti ilə hərəkət etmək ona vacib idi
Mərhum Seyid Rəziəddin Musəvi Xəyazül-Əimmə (əleyhissalam) adlı şərəfli kitabında yazır:

اَبُو الْحَسَنِ فَقُلْتُ لِاَبِی فَمَا کَانَ بَعْدَ اِفَاقَتِهِ قَالَ دَخَلَ عَلَیْهِ النِّسَاءُ یَبْکِینَ وَارْتَفَعَتِ الْاَصْوَاتُ وَضَجَّ النَّاسُ بِالْبَابِ مِنَ الْمُهَاجِرِینَ وَالْاَنْصَارِ فَبَیْنَا هُمْ کَذَلِکَ اِذْ نُودِیَ اَیْنَ عَلِیٌّ فَاَقْبَلَ حَتَّی دَخَلَ عَلَیْهِ قَالَ عَلِیٌّ (علیه‌السّلام) فَانْکَبَبْتُ عَلَیْهِ

فَقَالَ یَا اَخِی... اَنَّ الْقَوْمَ سَیَشْغَلُهُمْ عَنِّی مَا یَشْغَلُهُمْ فَاِنَّمَا مَثَلُکَ فِی الْاُمَّةِ مَثَلُ الْکَعْبَةِ نَصَبَهَا اللَّهُ لِلنَّاسِ عَلَماً وَاِنَّمَا تُؤْتَی مِنْ کُلِّ فَجٍّ عَمِیقٍ وَنَاْیٍ سَحِیقٍ وَلَا تَاْتِی وَاِنَّمَا اَنْتَ عَلَمُ الْهُدَی وَنُورُ الدِّینِ وَهُوَ نُورُ اللَّهِ یَا اَخِی وَالَّذِی بَعَثَنِی بِالْحَقِّ لَقَدْ قَدَّمْتُ اِلَیْهِمْ بِالْوَعِیدِ بَعْدَ اَنْ اَخْبَرْتُهُمْ رَجُلًا رَجُلًا مَا افْتَرَضَ اللَّهُ عَلَیْهِمْ مِنْ حَقِّکَ وَاَلْزَمَهُمْ مِنْ طَاعَتِکَ وَکُلٌّ اَجَابَ وَسَلَّمَ اِلَیْکَ الْاَمْرَ وَاِنِّی لَاَعْلَمُ خِلَافَ قَوْلِهِمْ فَاِذَا قُبِضْتُ وَفَرَغْتَ مِنْ جَمِیعِ مَا اُوصِیکَ بِهِ وَغَیَّبْتَنِی فِی قَبْرِی فَالْزَمْ بَیْتَکَ وَاجْمَعِ الْقُرْآنَ عَلَی تَاْلِیفِهِ وَالْفَرَائِضَ وَالْاَحْکَامَ عَلَی تَنْزِیلِهِ ثُمَّ امْضِ[ذَلِکَ] عَلَی غیر لائمة[عَزَائِمِهِ وَ] عَلَی مَا اَمَرْتُکَ بِهِ وَعَلَیْکَ بِالصَّبْرِ عَلَی مَا یَنْزِلُ بِکَ وَبِهَا[یعنی بفاطمة] حَتَّی تَقْدَمُوا عَلَیَّ.

 İmam Kazim (əleyhissalam) buyurur: Atam İmam Sadiqdən (ə) soruşdum: Allah Rəsulu (s) özünə gələndən sonra nə oldu? Buyurdu: Qadınlar içəri daxil olub ağlamaq səslərini ucaltdılar, mühacir və ənsar toplaşaraq öz dərdlərini bildirdilər. Əli (ə) buyurdu: Birdən məni çağırdılar, içəri girdim və özümü Peyğəmbərin (s) mübarək bədəninin üstünə atdım, (o zaman peyğəmbər) dedi:

Qardaşım, bu insanlar məndən ayrılıb öz dünyası ilə məşğul olacaqlar; Amma bu, sənin mənim qayğıma durmağına mane olmur, sənin bənzərin Kəbəyə bənzəyir ki, Allah onu onlara uzaqdan ora gəlmələri üçün bir nişanə olaraq təyin etmişdir... Beləliklə, mən bu dünyanı tərk edəndən sonra sənə vəsiyyət etdiyim şeydən ötrü elə ki, qalxıb cənazəmi qəbrə qoydun, öz evində otur, vacibatlara, hökmlərə və tərtiblə nazil qaydasına uyğun olaraq əmr etdiyim kimi Quranı topla. Səndən səbr etməni istəyirəm. Bu dəstədən sənə və Fatimeyi-Zəhraya (salamullahi əleyha) yetişən şeylər barəsində mənə çatana qədər səndən səbirli olmağını istəyirəm.3-4

3.1 – Suleym ibn Qeys Hilalinin rəvayəti
Başqa bir hədisdə Səlim ibn Qeys Hilali nəql edir:

ثُمَّ نَظَرَ رَسُولُ اللَّهِ (صلی‌الله‌علیه‌و‌آله‌وسلّم) اِلَی فَاطِمَةَ وَاِلَی بَعْلِهَا وَاِلَی ابْنَیْهَا فَقَالَ یَا سَلْمَانُ اُشْهِدُ اللَّهَ اَنِّی حَرْبٌ لِمَنْ حَارَبَهُمْ وَسِلْمٌ لِمَنْ سَالَمَهُمْ اَمَا اِنَّهُمْ مَعِی فِی الْجَنَّةِ ثُمَّ اَقْبَلَ النَّبِیُّ (صلی‌الله‌علیه‌و‌آله‌وسلّم) عَلَی عَلِیٍّ (علیه‌السّلام)

فَقَالَ یَا عَلِیُّ اِنَّکَ سَتَلْقَی[بَعْدِی] مِنْ قُرَیْشٍ شِدَّةً مِنْ تَظَاهُرِهِمْ عَلَیْکَ وَظُلْمِهِمْ لَکَ فَاِنْ وَجَدْتَ اَعْوَاناً[عَلَیْهِمْ] فَجَاهِدْهُمْ وَقَاتِلْ مَنْ خَالَفَکَ بِمَنْ وَافَقَکَ فَاِنْ لَمْ تَجِدْ اَعْوَاناً فَاصْبِرْ وَکُفَّ یَدَکَ وَلا تُلْقِ بِیَدِکَ اِلَی التَّهْلُکَةِ فَاِنَّکَ[مِنِّی] بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَی وَلَکَ بِهَارُونَ اُسْوَةٌ حَسَنَةٌ اِنَّهُ قَالَ لِاَخِیهِ مُوسَی اِنَّ الْقَوْمَ اسْتَضْعَفُونِی وَ کادُوا یَقْتُلُونَنِی.

Peyğəmbər (s) Fatiməyə, həyat yoldaşına və iki oğluna baxıb dedi: Ey Salman! Allahı şahid tuturam ki, onlarla vuruşan insanlar mənimlə döyüşüblər, onlarla sülh edən insanlar mənimlə sülh ediblər, bilin ki, bunlar cənnətdə mənimlədirlər.
Sonra Peyğəmbər (s) Əliyə (ə) baxıb dedi: Ey Əli! Məndən sonra sən Qüreyşdən və onların sizə qarşı birləşməsindən və zülmündən əziyyət çəkəcəksən. Əgər köməkçilər tapsanız, onlarla vuruşun və sizinlə birgə olanlarla birlikdə onlarla vuruşun, əgər köməkçi tapmasanız, səbr edin və əl saxlayın ki, öz əlinlə özünü məhv etməyəsən. Sən mənim üçün Harunun Musaya olduğu kimisən, Harun sənə gözəl örnəkdir, o, qardaşı Musaya dedi: (اِنَّ الْقَوْمَ اسْتَضْعَفُونِی وَ کادُوا یَقْتُلُونَنِی – Əraf-150) bu qövm məni zəif hesab etdi və az qala məni öldürəcəkdi..5
Həmçinin Səlimdən nəql olunan əvvəlki rəvayətin davamında Əmirəl-möminin (əleyhissalam) Ömərə xitabən buyurdu:

یَا ابْنَ صُهَاکَ لَوْ لا کِتابٌ مِنَ اللَّهِ سَبَقَ وَعَهْدٌ عَهِدَهُ اِلَیَّ رَسُولُ اللَّهِ (صلی‌الله‌علیه‌و‌آله‌وسلّم) لَعَلِمْتَ اَنَّکَ لا تَدْخُلُ بَیْتِی؛ 

“Ey Səhhakın oğlu! Əgər Allahın qədəri və Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) əhd-peymanı və əmri olmasaydı, mənim evimə girməyə qüdrətin olmadığını başa düşərdin”.6

 Təbii ki, bu şübhə ilə bağlı rəvayətlər bu müxtəsərdə yer ala biləcəyindən daha çoxdur; Ona görə də bu bir neçə rəvayətlə kifayətlənərək məsələyə başqa prizmadan da yanaşırıq

4- Əmirəl-möminin İmam Əli (ə) kimdir?
Belə çətin sınaqdan Haydəri Kərrardan başqa kim çıxa bilər?! Bu işin dəyəri o zaman aydın olur ki, bilməliyik Əli (ə) o şəxsdir ki, döyüş meydanında şir kimi düşmənə həmlə edərək pəhləvanları və küfr sütunlarını bir-birinin ardınca İslamın inkişaf yolunun üzərindən götürür. Bir gün Əmr ibn Əbdəvüd kimi pəhləvanın kürəyini yerə vurur, növbəti gün yəhudi Mərhəbin başını dəbilqəsi ilə birlikdə yarıb məhv edir.
O gün Allahın əmri belə idi ki, düşmənlər Zülfiqar qorxusundan rahat yuxuya getməsinlər. Amma başqa gün əmr odur ki, həmin Zülfiqar sakit olsun ki, İslamın əsası qorunsun və İslam düşmənləri bu dini məhv etməkdən ümidlərini kəssinlər.

5- Hücum edənlərin hədəfləri nə idi?
Namusun müdafiəsi bütün insanlar arasında təbii və ümumi məsələlərdən biridir; Amma aydındır ki, əgər kimsə bilsə ki, reaksiya verməyə məcbur etmək üçün düşmənin onun namusuna hücum etmək niyyəti əslində onu daha mühüm və daha pis məqsədinə çatması üçündür; ağıllı insan heç vaxt düşmənin öz məqsədinə çatması üçün elə bir reaksiyadan əl çəkəcək.
Vəhy evinə hücum edənlərin niyyəti Əmirəl-möminin (əleyhis-salam)-ı reaksiya verməyə vadar etmək və bu fürsətdən istifadə edərək Əli (əleyhissalam) kimi bir şəxsin dünyəvi hakimiyyət üçün çoxlu insanı qılıncdan keçirməyə hazır olduğunu sübut etmək idi.
Həmçinin Əmirəlmöminin (əleyhissalam) reaksiya versə və onlarla vuruşsa, bu münaqişələrdə Fatimeyi-Zəhranın öldürülməsi ehtimalı da var idi, o zaman düşmənlər Əli (əleyhis-salam) haqqında şayiə yayardılar ki, dünyəvi hökmranlığını qazanmaq üçün arvadını qurban verdi. Və əslində arvadını öldürən də o olub deyəcəkdilər; Necə ki, Əmirəl-mömininin (əleyhissalam) sadiq dostu Əmmar Yasir haqqında belə etdilər. Bu barədə ətraflı məlumat almaq üçün Əmmar Yasirin həyatını mütaliə edə bilərsiniz.

6- Əmirəlmömininin (ə) xəlifələr dövründəki döyüşlərdə iştirak etməməsi
Şübhə yoxdur ki, Əmirəl-möminan (əleyhissalam) öz dövrünün ən cəsur insanı idi; O, o qədər cəsur və mərd idi ki, onun adını eşidəndə düşmən döyüşçüləri yuxusuz qalır. Ömər ibn Xəttabın dediyi kimi:

والله لولا سیفه لما قام عمود الاسلام

Allaha and olsun! Əgər Əlinin (əleyhissalam) qılıncı olmasaydı, İslamın xeyməsinin sütunu qurulmazdı.7

 Hətta Allah Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) bütün vəfasız səhabələri onu tərk edib Uhud və Huneyn döyüşündən qaçanda belə İmam Əli (əleyhissalam) şam ətrafında pərvanə kimi Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) ətrafında dövrə vurdu və o həzrəti müdafiə etdi.

Bəs niyə həmin Əli (əleyhissalam) xəlifələr zamanının heç bir müharibəsində iştirak etmədi?
Həmin şəxs ki, Allah Rəsulunun (sallallahu aleyhi və alihi və səlləm) dövründə müsəlmanların kafirlərə, yəhudilərə və s.-yə qarşı bütün döyüşlərində fəal iştirak etmiş və bütün əsgərləri və İslamın bayrağının məsuliyyətini öz ilə daşımışdır. İslam düşmənlərindən olan pəhləvan döyüşçülərini bir-birinin ardınca yerə vuran, Əli (ə), xəlifələr dövründə heç bir döyüşdə iştirak etmədi?
Cəsarətini itirmişdi, yoxsa xəlifələrin izi ilə döyüşməyi cihad saymırdı? Yoxsa xəlifələr Allah Rəsulunun (sallallahu aleyhi və alihi və səlləm) adət-ənənəsinə zidd olaraq o həzrətdən istifadə etmək fikrində deyildilər?
Əmirul Möminin (əleyhissalam) ən doğru qərarı verdi:
İmam Əli (əleyhissalam) İslamın əsasını saxlamaqla öz haqqını tərk etmək arasında seçməli idi yoxsa o azsaylı müsəlmanlara hücum edib onları qılıncdan keçirtmək və əvəzində İslam düşmənləri və münafiqlər bu fürsətdən istifadə edərək İslamın əsasını təhlükəyə atmalı idi? Əmirəl-möminin (ə) ikinci yolu seçdi və bu fədakarlığı ilə, İslam dinini əbədi saxladı və İslam düşmənlərini məyus etdi və şübhəsiz ki, bu qərar daha hikmətli idi.

6.1 - Həzrət özü Nəhcül-bəlağənin üçüncü xütbəsindəki sözləri ilə də bu şübhəyə cavab verir

Nəhcül-bəlağənin üçüncü xütbəsində buyurur:

وَطَفِقْتُ اَرْتَئِی بَیْنَ اَنْ اَصُولَ بِیَدٍ جَذَّاءَ اَوْ اَصْبِرَ عَلَی طَخْیَةٍ عَمْیَاءَ. یَهْرَمُ فِیهَا الْکَبِیرُ وَیَشِیبُ فِیهَا الصَّغِیرُ وَیَکْدَحُ فِیهَا مُؤْمِنٌ حَتَّی یَلْقَی رَبَّهُ. فَرَاَیْتُ اَنَّ الصَّبْرَ عَلَی هَاتَا اَحْجَی. فَصَبَرْتُ وَفِی الْعَیْنِ قَذًی وَفِی الْحَلْقِ شَجًا. اَرَی تُرَاثِی نَهْباً.

Fikirləşdim ki, tək əl ilə (çarəsiz) ayağa qalxmalıyam (haqqımı və xalqı tutmalıyam) ya da onların yaratdıqları bu boğucu və qaranlıq dolu mühitdə, səbr etməliyəm: bu elə mühit idi ki, qocaları məhv edir, cavanları qocaldır və möminləri ömürlərinin sonuna qədər əzab çəkməyə vadar edir.
Gördüm ki, tolerantlıq və səbr ağıl və hikmətə daha yaxındır; Buna görə də səbr etdim; Amma elə bir şəxs kimi səbr etdim ki, sanki gözündə tikan, boğazında sümük qalıb. Öz gözlərimlə mirasımın qarət edildiyini görürdüm.

 6.2 - Həzrətin Nəhcül-bəlağənin beşinci xütbəsindəki sözləri

“Nəhcül-bəlağə”nin beşinci xütbəsində Əbu Süfyan kimi bir şəxs bulanıq sudan balıq tutmaq və əldə etdiyi vəziyyətdən istifadə etmək niyyəti ilə onun yanına gələrək beyət və Əbu Bəkrlə müharibə təklif etdikdə; İmam (əleyhissalam) xütbəni oxudu və buyurdu:

اَیُّهَا النَّاسُ شُقُّوا اَمْوَاجَ الْفِتَنِ بِسُفُنِ النَّجَاةِ... اَفْلَحَ مَنْ نَهَضَ بِجَنَاحٍ اَوِ اسْتَسْلَمَ فَاَرَاحَ... فَاِنْ اَقُلْ یَقُولُوا حَرَصَ عَلَی الْمُلْکِ وَاِنْ اَسْکُتْ یَقُولُوا جَزِعَ مِنَ الْمَوْتِ هَیْهَاتَ بَعْدَ اللَّتَیَّا وَالَّتِی وَاللَّهِ لابْنُ اَبِی طَالِبٍ آنَسُ بِالْمَوْتِ مِنَ الطِّفْلِ بِثَدْیِ اُمِّهِ. بَلِ انْدَمَجْتُ عَلَی مَکْنُونِ عِلْمٍ لَوْ بُحْتُ بِهِ لاضْطَرَبْتُمْ اضْطِرَابَ الْاَرْشِیَةِ فِی الطَّوِیِّ الْبَعِیدَةِ.

Ey camaat, fitnə dağının dalğalarını nicat gəmiləri ilə qırın... (iki nəfər doğru yolu seçdi) kifayət qədər güc və köməkçi ilə ayağa qalxıb qalib gələn və kifayət qədər gücü çatmayan və köməkçisi olmayıb insanları rahat buraxıb istefa verən şəxs. Mən danışsam (və haqqımı tələb etsəm), deyəcəklər: O, rəhbərliyə və hökumətə hərisdir, və sussam, ölümdən qorxduğumu deyəcəklər. Heyhat bütün müharibələr və hadisələr baş verənlər sonra (bu ifadə olduqca əsassızdır). Allaha and olsun ki, körpənin anasının döşündəki südə can atmasından daha çox, Əbu Talibin övladı ölümə müştaqdır; Amma mən elmlərdən və hadisələrdən xəbərdaram ki, sənə desəm, dərin quyularda kəndir kimi titrəyəcəksən.
Bu cavablar da həzrət Əlinin (ə) öz dilindən məlum şübhəyə cavab idi. Biz burada şübhəni aradan aparmaq üçün yeri gəlmişkən bir sual ilə oxucularımıza müraciət edək.
Sual budur ki, nə üçün Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Süməyyəni və digər müsəlman qadınları müdafiə etmədi?
Cavab aydındır, Əmmar Yasirin anası Süməyyə müşriklər tərəfindən öldürüləndə və ona hücum olunanda Allah Rəsulu (sallallahu aleyhi və alihi və səlləm) heç bir reaksiya verməməsinin səbəbi nə idisə imam Əlinin (ə) də evinə hücum ediləndə reaksiya verməməsinin səbəbi elə o idi.
Əmmar Yasirin anası Süməyyə İslamı qəbul edən yeddinci şəxsdir, şəhid olana qədər Əbu Cəhl ona işgəncə verir, qarnının aşağı hissəsindən nizə ilə vurdu və tarixdə o, İslamın ilk şəhid qadını oldu.
İslamı qəbul etdiyi üçün və bu yolda möhkəm durduqlarına görə Bəni Müğeyrə ailəsi müşriklər tərəfindən təqiblərə və əzab-əziyyətlərə məruz qalırdı. Həzrət Peyğəmbər (s) Əmmarın və atasının və anasının işkəncələrə məruz qaldığını öz mübarək gözləri ilə görür və buyururdu: Ey Yasir ailəsi! Səbirli olun, çünki gedəcəyiniz yer cənnətdir.
Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) Əbu Cəhl kimi bir kafirin müsəlmanların namusuna olan işkəncələri görsə də heç bir reaksiya verməyib və onlara səbr etməyi əmr edirdi.
Məgər Allah Rəsulu (s) dünyanın ən qeyrətli və cəsur insanı deyildimi, bəs nə üçüçn müsəlmanların namusunu müdafiə etmirdi? Əbu Cəhlin boynunu kəsmək üçün niyə qılıncını qınından çıxarmadı?
Həmçinin Ömər bin Xəttab müsəlman qadınlara hücum edib onları İslamı qəbul etdiklərinə görə döyəndə Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) niyə reaksiya vermədi?
İbn Hişam “Əs-sirətun-Nəbəviyyə” kitabında yazır

ومر(ابوبکر)بجاریة بنی مؤمل، حی من بنی عدی بن کعب، وکانت مسلمة، وعمر بن الخطاب یعذبها لتترک الاسلام، وهو یومئذ مشرک، وهو یضربها، حتی اذا مل قال: انی اعتذر الیک، انی لم اترکک الا ملالة، فتقول: کذلک فعل الله بک؛8

Əbu Bəkr gördü ki, Udey ibn Kəb nəslindən olan Bənu Muməlin müsəlman olan cariyəsini Ömər onu döyürdü ki, İslamı tərk edib müsəlmanlıqdan əl çəksin (çünki o zaman Ömər hələ də müşrik idi). Yorulana qədər onu döydükdən sonra, ona dedi ki, mən yorulduğum üçün səni döyə bilməməyimə görü məni bağışla. Xidmətçi cavab verdi: “Bil ki, Allah da səninlə belə rəftar edəcək”.

Sual olunur ki, nə üçün Allah Rəsulu (s) Ömərin bu nanəcib hərəkətini görüb onun qarşısını almadı və onu bu işdən çəkindirmədi? Niyə qılıncını götürüb Ömərin boynunu vurmadı?

Sünnilər nə cavab versələr, imam Əli (əleyhissalam)-ın evinə olunan hücumu müqabilində səbr etməsini və qılıncını çəkməməsi ilə bağlı eyni cavabı verəcəyik.


1_Əl-Hilali, Suleym bin Qeys (hicri 80-ci ildə vəfat edib), Suleym bin Qeys Əl-Hilali kitabı, səh.150, naşir: Hadi Nəşriyyatı, Qum, birinci çap, 1405-ci hicri-qəməri ili.

2_ Əl-Alusi əl-Bağdadi, Əllamə Əbil-Fəzl Şəhabəddin əl-Seyyid Mahmud (vəfatı hicri 1270), Ruhul-məani fi Təfsir əl-Quranil-Azim vəl-Sab`əl-Məsani, cild 2, səh.120, Nəşriyyatçı: Daru İhyaut-Tərasul-Ərəbi - Beyrut.

3_ Əl-Şərif ər-Razi, Əbi əl-Həsən Məhəmməd bin əl-Hüseyn bin Musa əl-Musəvi əl-Bağdadi (hicri 406-cı ildə vəfat edib) Xəsaisul Əimmə (əleyhissalam), səh.72, araşdırma və şərh: Dr. Məhəmməd Hadi Əl-Əmini, naşir: Məcməul Buhus, Məşhəd - İran, 1406 hicri.

4_ Əl-Məclisi, Məhəmməd Baqir (vəfatı hicri 1111), Biharul-Ənvar, cild 22, səh.483, araşdırma: Məhəmməd əl-Baqir əl-Bahbudi, naşir: Əl-Vəfa İnstitutu - Beyrut - Livan, 1403 hicri -1983 miladi.

5_ Əl-Hilali, Səlim bin Qeys (vəfatı h. 80), Səlim bin Qeys Əl-Hilali kitabı, səh. 134, naşir: Hadi Qum, birinci çap, 1405 h.

6_ Həmin mənbə səh.150

7_ İbn Əbil-Hədid əl-Mədaini əl-Mötəzili, Əbu Həməd Əzəddin ibn Hibətullah ibn Məhəmməd ibn Məhəmməd (hicri 655-ci ildə vəfat edib), “Nəhcül-bəlağə”nin şərhi, cild 12, səh.82, tədqiq edən Məhəmməd Əbdül-Kərim ən-Nimri, naşir: Darul-Kitab əl-Aləmiya - Beyrut/Livan, nəşr: Əl-Avli 1418 hicri - 1998 miladi.

8_ İbn Hişam, (h. 213-cü ildə vəfat edib), “Əs-sirətun-Nəbəviyyə” kitabı cild 2, səh.161

Mənbə: www.wikishia.net
Tərcümə etdi: R.Mahmudzadə

Tags: ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!