"LƏYLƏTul-RƏĞAİB" və ƏMƏLLƏRİ

:

“Rəğaib” sözü “çox rəğbət edilən, qiymətli, dəyərli, bəxşişlər və ətalar” mənasını verir. Rəcəb ayının ilk cümə axşamına deyilər. İslam təlimlərində gəlmişdir ki, bəxşişlər və ətalar gecəsi (Ləylətul-Rəğaibdə) mələklər yer üzərinə gəlib Allahın rəhmətini camaata təqdim edər.

“Ləylətul-Rəğaib”in əməlləri və fəziləti

Bu dəyərli gecə “Ləylətul-Rəğaib” üçün Allah Rəsul(s)undan fəziləti olduqca çox olan bir əməl zikr olunub. Həmin əməl bu tərtiblə yerinə yetirilir:
Rəcəb ayının dördüncü günü – imkan olduğu təqdirdə - oruc tutulur elə ki, cümə axşamı oldu məğrib və işa namazları arasında on iki rəkət “Ləylətul-Rəğaib” (sübh nanamazı kimi iki rəkət -  iki rəkət) namazı qılınır. Hər rəkətdə bir dəfə Həmd surəsi, üç dəf Qədr surəsi, on iki dəfə İxlas (qul huvəllah) surəsi oxunur. On iki rəkət tamam olandan sonra yetmiş dəfə “Əllahummə səlli əla Muhəmməd, ən-nəbiyyil-ummiyy və əla alih” zikri deyilir.
Sonra səcdə etməli və səcdədə yetmiş dəfə bu zikri deməlidir: "Subbuhun Quddus, Rəbbul-Məlaikəti vər-Ruh". Sonra başını səcdədən qaldırmalı və yenidən səcdəyə gedərək bu zikri yetmiş dəfə deməlidir: "Rəbbi iğfir vərhəm və təcavəz əmma tə`ləm (minni), innəkə əntəl əliyyul əzim" Bu dəfə də başını səcdədən qaldırlamlı və yenidən səcdəyə gedərək bu zikri yetmiş dəfə deməlidir: "Subbuhun Quddus, Rəbbul-Məlaikəti vər-Ruh". Bundan sonra öz hacətlərini dilə gətirib Allah Təaladan diləmək.

Həzrət Peyğəmbər (s) “Ləylətul-Rəğaib” namazının fəziləti haqqında buyurur:

Bu namazı qılan şəxsin qəbrinin ilk gecəsində Allah Təala bu namazı ən gözəl surətlə, parlaq şəkildə, fəsih və bəlağətli dillə ona tərəf göndərəcək. Bu namaz o şəxsə deyəcək: Ey mənim həbibim sənə müjdə olsun ki, hər bir şiddət və çətinlikdən nicat tapdın. Qəbirə qoyulmuş şəxs soruşacaq sən kimsən? Allaha and olsun ki, səndən daha gözəl surət görməmişəm və sənin kəlamından daha şirin kəlam eşitməmişəm və sənin iyindən daha yaxşı iy qoxulamamışam. O gözəl sima cavab verəcək: Mən həmin namazın savabıyam ki, filan ilin, filan ayının filan gecəsi qıldın. Bu gecə haqqını ödəmək üçün sənin yanına gəlmişəm tənhalıqda munisin olam və səni vəhşətdən qoruyam. Sur çalınanda və Qiyamət qopanda mən sənin başın üzərinə kölgə salacağam.

Əziz və dəyərli izləyicilərimiz! Rəcəb ayı fəzilətli aylardan biridir ki, “Ləylətul-Rəğaib” kimi insanı Allaha yaxın edə bilən gecələr kimi fəzilətli gecələr bu ayda vardır. Ümid edirik bu fəzilətli gecələrin əməllərini yerinə yetirməklə arzularınız və hacətlərinizə nail olacaqsınız. Lütfən müsəlmanları və möminləri də öz xoş dualarınızda unutmayın.

Allah ibadət və itaətlərinizi qəbul etsin.

Mətni səsləndirdi: ŞƏRİFOVA TÜNZALƏ
You must have the Adobe Flash Player installed to view this player.

 

Tags: MƏQALƏLƏR, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!