İMAM RİZA(Ə)IN TƏVƏLLÜDÜ MÜBARƏK

Müəllif Rəsul Mahmudzadə Nəşr edilib . Bölüm DİNİ MÜNASİBƏTLƏR

:

Allahın adı ilə

Zil-Qədə ayının on biri səkkizinci imam Həzrət İmam Rizanın (ə) mübarək təvəllüd günü münasibətilə sahibimiz Həzrət İmam Məhdini (əc), Həzrət Ayətullah Xamenei cənablarını və siz əzi oxucularımızı təbrik edirik. Fürsətdən istifadə edib siz dəyərli izləyicilərimizə İmam Rizadan (ə) könül oxşayan və qəlblər dirildən hədislərindən bir neçəsini ərməğan edirik. Bayramınız mübarək olsun.

 قال الرضا علیه السلام

"مَنْ لَمْ یَقْدِرْ عَلَی مَا یُکَفِّرُ بِهِ ذُنُوبَهُ فَلْیُکْثِرْ مِنَ الصَّلاةِ عَلَی مُحَمَّدٍ وَ آلِهِ فَاِنَّهَا تَهْدِمُ الذُّنُوبَ هَدْماً"

Hər kəs günahlarının kəffarəsini ödəyə bilmirsə, Muhəmməd və Muhəmməd ailəsinə çoxlu salavat göndərsin. Çünki, salavat günahları tamamilə aradan aparır. (Uyuni Əxbari ər-Riza (ə), c1, s294)

قال الرضا علیه السلام

"عَجِبْتُ لِمَنِ اخْتَبَرَ الدُّنْیَا وَ تَقَلُّبَهَا کَیْفَ یَطْمَئِنُّ اِلَیْهَا"

Dünyanı imtahan etmiş və onun dəyişkən olduğunu öz gözü ilə görüb, yenə də dünyaya ürək bağlayan şəxsə təəccüb edirəm. (Biharul-Ənvar, c75, s450)

قال الرضا علیه السلام

"اِیَّاکُمْ وَ الْحِرْصَ وَ الْحَسَدَ فَاِنَّهُما اَهْلَکَا الْاُمَمَ السَّالِفَةَ"

Hərislik və həsəddən çəkinin, çünki bu ikisi keçmiş ümmətləri məhv etmişdir. (Biharul-Ənvar, c75, s346)

قال الرضا علیه السلام

"اَلْاَدَبُ کُلْفَةٌ فَمَنْ تَکَلَّفَ الْاَدَبَ قَدَرَ عَلَیْهِ"

Ədəb çətinliklərə dözümün nəticəsidir, kim çətinliklərə dözərsə ədəbə çatar. 
(Üsuli Kafi, c1, s24)

قال الرضا علیه السلام

"یَا اَیُّهَا النَّاسُ اتَّقُوا اللهَ فِی نِعَمِ اللهِ عَلَیْکُمْ فَلاتُنْفِرُوهَا عَنْکُمْ بِمَعَاصِیهِ"

Ey camaat! Allahın nemətlərinə görə təqvalı olun və nemətləri günahlarla özünüzdən uzaqlaşdırmayın.
(Uyuni Əxbari ər-Riza (ə), c2, s169)

قال الرضا علیه السلام

"اصْحَبِ السُّلْطَانَ بِالْحَذَرِ وَ الصَّدِیقَ بِالتَّوَاضُعِ وَ الْعَدُوَّ بِالتَّحَرُّزِ وَ الْعَامَّةَ بِالْبِشْرِ"

Güclülər (iqtidar) qarşısında ehtiyatlı, dostlar müqabilində təvazökar, düşmənlər müqabilində diqqətli və camaata qarşı gülərüz ol.
(Biharul-Ənvar, c71, s167)

Tərcümə: Rizvan.net İslam Maarifi Jurnalı

 İMAM RİZA(ə)IN HAQQINDA ƏLAVƏ MƏLUMAT ÜÇÜN AŞAĞIDAKI LİNKLƏRƏ MÜRACİƏT EDİN!

İMAM RİZA(Ə)IN HƏYATINA QISA BİR BAXIŞ

İMAM RİZA(Ə)IN ZİYARƏTNAMƏSİNİN FƏZİLƏTİ

İMAM RZANIN (Ə) ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ

İMAM RİZA(ə)DAN BİR MÖCÜZƏ

Tags: İMAM RZA (ə)

Çap