ALİMLƏRİN NƏZƏRİNDƏ HƏZRƏT İMAM CAVADIN (Ə) ŞƏXSİYYƏTİ

:

İslam alimləri, istər şiə, istərsə də sünni, Imam Cavadın (ə) əzəmətli elmi ve şəxsiyyəti qarşısında heyrətdə qalmış, onu mədh etmişlər.
Səbt ibn əl-Cuzi demişdir: "O, elm, təqva, zöhd və səxavətdə atasının yolun gedirdi"1

İbn Həcər Heytəmi yazır: "O, yaşının az olmasına baxmayaraq, elm, bilik və helm baxımından bütün alimlərdən üstün olduğu üçün Məmun öz qızını ona ərə verdi."2
Şəblənci deyir: "Məmun daim ona heyran idi. Çünki yaşının az olmasına baxmayaraq, öz fəzilət, elm və ağıl-kamalı ilə əzəmətini sübuta yetirmişdi."3
Böyük şiə alimi Şeyx Mufid və həmçinin, Fəttal Nişaburi İmam Cavad (ə) barədə yazmışlar: "Məmun ona vurğun idi. Çünki o görürdü ki, yaşının azlığına baxmayaraq o Həzrət elm, hikmət, ədəb və əqli kamillik baxımından elə yüksek bir mərtəbəyə yetişmişdir ki, o dövrün böyük elmi şəxsiyyətlərinin heç biri o mərtəbəyə yüksəlməmişdir."4
Əli (ə) ailəsinə müxalif olan mötəzilə firqəsini davamçısı Cahiz Osmani İmam Cavad (ə) "insanların sevimlisi" olan on nəfərin sırasına daxil edərək demişdir:
"Onlar alim, zahid, ibadətlə məşğul olan, şücaətli, səxavətli və pak insanlar olmuşlar. Onlardan bəziləri xəlifə, bəziləri də xəlifəliyə namizəd olmuşlar. Onlardan biri digərinin oğlu olmuşdur. Həmin şəxslər bunlardır: Həsən ibn Əli (İmam Həsən Əsgəri(ə)), Əli ibn Məhəmməd (İmam Əli ən-Nəqi(ə)), Məhəmməd ibn Əli (İmam Cavad(ə)), Əli ibn Musa(İmam Rza (ə)), Musa ibn Cəfər(İmam Kazim (ə)), Cəfər ibn Məhəmməd (İmam Sadiq (ə)), Məhəmməd ibn Əli (Imam Baqir (ə)), Əli ibn Hüseyn(İmam Səccad (ə)), Hüseyn ibn Əli (İmam Hüseyn(ə)) və Əli ibn Əbu Talib (Həzrət Əli (ə)). Ərəb və əcəm (qeyri-ərəb) arasında heç kəs belə biz şərafətli nəslə sahib olmamışdır."5

Kitabın adı: Məsum İmamların Tarixi
Müəllif: Mehdi Pişvayi
Hazırladı: Rəsul Mahmudzadə


1.Təzkirətul-xəvəs,s.359.
2.əs-Səvaiqul-muhriqə,s.205.
3.Nurul-absar,s.161.
4.əl-İrşad,s.319; Rozatul-vaizin,s.261.
5.İmam Cavadın(ə) siyasi həyatına bir baxış, s.106

Tags: İMAM CAVAD (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!