HƏZRƏT FATİMƏYİ-ZƏHRANIN (S.Ə) ALLAH YANINDAKI MƏQAMI

Müəllif Seyid Nəşr edilib . Bölüm ƏHLİ-BEYT (ə)

:

Bildiyimiz kimi, Allah dərgahına mənəvi yaxınlığın sonuncu mərhələsi «fənadır». Fəna, hər şeyi, hər kəsi və hətta özünü də Allah qarşısında unutmaqdır. Yəni insan elə bir mərhələyə yetişir ki, varlıq aləmini xəyal və ilğım, yaradılış cahanını solğun kölgədən savayı bir şey görmür. Hər yerdə Allahını görür və Onun axtarışındadır. Özünü Onun varlıgının odunda pərvanə kimi yandırır. Öz varlığını Onun varlığında «yox» kimi görür.

Bu məqama yetişməyin səmərələrindən biri budur ki, insan, Allahın iradəsi müqabilində «mütləq təslim» olur Onun istədiklərini istəyir, bəyəndiklərini bəyənir.
Həm onun razılığı Allahın razılığı, həm Allahın razılığı onun razılığı olur.
Bu meyarı əlimizdə çıraq tutub, İslam xanımı Fatimatuz-Zəhranın (s.ə) irfani məqamı və Allah dərgahına yaxınlığının sorağına çıxaq. Gəlin bu həqiqəti İslam Peyğəmbərinin (ə) öz dilindən eşidək:
Əhli-sünnənin bir çox mənbələrində və xeyli sayda hədislərdə Peyğəmbərin (s) Zəhraya (s.ə) belə buyurduğunu oxuyuruq: «Allah sənin qəzəblənməyinə görə qəzəblənər, razılığına görə razı qalar.»"1
Əhli-sünnənin ən məşhur hədis mənbə kitabı olan «Səhihi-Buxari»də oxuyuruq: «Peyğəmbəri-əkrəm (s) buyurdu: «Fatimə mənim vücudumun bir parçasıdır. Kim onu qəzəbləndirərsə, məni qəzəbləndirmişdir.»2
Yenə də həmin mənbənin başqa bir fəslində oxuyuruq: «Fatimə mənim vücudumun bir parçasıdır. Onu narahat edən şey məni narahat edir, ona əziyyət edən şey mənə əziyyətdir."3
Qeyd etdiyimiz kimi, bu məzmunda hədislərin sayı kifayət qədərdir və hamısı da Fatimənin (s.ə) Allah dərgahında mərifət, ismət, səmimiyyət və iman məsələlərində necə bir uca məqama yetişdiyindən soraq verir. O, ela bir zirvəyə ucalmışdır ki, razılığı və qəzəbi Allahın və Onun elçisinin razılıq və qəzəbi olmuşdur. Bu, heç bir şeyə tay tutula bilinməyəcək uca bir məqamdır.
Bu mövzunu «Səhihi-Tirmizi»də nəql olunan bir hədislə başa çatdırırıq. Peyğəmbərdən belə buyurduğu nəql olunur: «Fatimə bədənimin bir parçasıdır. Ona əziyyət verən mənə əziyyət edir, zəhmətə salan məni zəhmətə salır.»4  Heç şübhəsiz ki, yalnız ata-övlad bağlılığı belə bir cazibə ortaya qoya bilməz. Çünki Peyğəmbər (s) Allahın elçisi kimi, yalnız Allahın iradə etdiyini iradə edir. Deməli, Fatimənin (s.ə) razılığının Allahın və Peyğəmbərin (s) razılığıyla eyni olması, yalnız Onun iradəsinin Allahın iradəsi və istəyində məhv olub əridiyinin göstəricisidir.
Bu nöqtəyə də diqqət etmək lazımdır ki, çox vaxt «Fatimə bəz-ətun minni» kəlamını «Fatimə mənim bədənimin bir parçasıdır» kimi tərcümə və təfsir edirlər. Amma bu doğru deyil! Hədisin mənası belədir ki, Fatimə (s.ə) Peyğəmbərin (s) vücudunun həm cismi, həm də ruhi nöqteyi-nəzərdən bir parçasıdır.

Kitabın adı: Fatimə dünyanın ən üstün qadını
Müəllif: Ayətullah Nasir Məkarim Şirazi
Hazırladı: Rəsul Mahmudzadə


1.«Mustədrəkus-səhihiyen» c: 3, soh: 153. Bu hədisi Şeyxul-İslam Əhmad ibn Əli Əsqəlani (İbn Həcər) «Əl-İsabə fi təmyizis-səhabə», («İsabə») və Əli ibn Əbul-Kərim Məhəmməd Şeybani (İbn Əsir Cəzəri) «Usdul-ğabə fi mərifətis-səhabə» («Usdul-ğabo») kitablarında nəql etmişlər.
2.«Səhihi-Buxari», bölüm: Yaradılışın başlanğıcı.
3.«Səhihi-Buxari, bölüm: Nikah. Ümumiyyətlə, bu iki hədisin məzmunu bir çox əhli-sünnə mənbələrində nəql olunmuşdur: “Xəsaisul-imam Əmirəl muminin Əli (ə)» («Xəsais»), Hafiz Əbu Əbdür-Rəhman Əhməd ibn Əli ibn Şueyb Nəsai; «Feyzul-ğədir»; «Kənzul-ummal»; «Musnədi-Əhməd ibn Hənbəl»; «Səhihi-Əbu Davud»; «Hilyətul-əvliya» və s.
4.«Səhihi-Tirmizi»,c:2,səh:319.

Tags: HƏZRƏT ZƏHRA (s)

Çap