AYƏTULLAH ŞEYX MİRZƏ HƏSƏN QARABAĞİ

Müəllif Rizvan Nəşr edilib . Bölüm ALİMLƏR

:

Аyətullah Şeyx Həsən Qarabaği Nəcəfi-Əşrəf şəhərinin yüksək məqamlı şiə alim və fəqihlərindən sayılırdı.

О, Dağlıq Qarabağda doğulub boya başa çatıb. Sonra vətənindən dini təhsil almaq məqsədi ilə Nəcəfi-Əşrəf şəhərinə köçüb. Özünün ali dərəcədə üsul və fiqh təhsilini məşhur alim, müctəhid Şeyx Mürtəza Ənsaridən alıb və nəticədə ictihad məqamına çatıb. Şeyx Ənsarinin birinci və ən qədim şagirdlərindən olmuşdur. Bir çox elmi əsərlərin müəllifidir. Özündən sonra yadigar qoyduğu əsərlər aşağıdakılardan ibarətdir:

1-”Şərhi-duayi-Səmat”, (1261-ci hicri ili)

2-”Risalətul-cərat”, (1262-ci hicri ili)

3-”Risalətul-təqiyyə”

4-”Risalətu-müqəddəmatil-vacib”

5-”Risalətun fi təcvid”

6-”Risalətut-təadül və təvacih”

7-”ət-Tammətu fi ədillətis-sünən”, (1265-ci hicri ili)1

Kitabın adı: Azərbaycan alimlərinin həyatı

 

Tags: MƏQALƏLƏR, TARİX

Çap