ƏBDÜLKƏRİM MOLLABAŞI İRƏVANİ

:

“Mollabaşı” ləqəbi ilə tanınan Ayətullah Molla Əbdülkərim İrəvani Azərbaycanın tanınmış alimlərindən və öz məntəqəsinin adlı-sanlı ziyalılarından biri sayılır.

Atası Mirzə Əbdülqasım Həkim məşhur filosof və adlı-sanlı ariflərdən olub. Аyətullah İrəvani təxminən 1805-ci ildə (1220-ci hicri-qəməri ili) İrəvanda dünyaya göz açıb. İbtidai təhsilini atasından və öz məntəqəsinin adlı-sanlı ziyalılarından alıb. İran-Rusiya müharibəsində İranın məğlub olması ilə İrəvan şəhəri İrandan ayrılır və Ayətullah İrəvani ailəsi ilə birlikdə Təbriz şəhərinə köçür. 1823-cü ildə (1237-ci hicri-qəməri ili) atası vəfat edir. Bu vaxta qədər təhsilini atasından alan alim atasının vəfatından sonra, Təbrizin Nəcəfi-Əşrəfdə təhsil almış böyük alimlərdən hər tərəfli istifadə edir. Nəhayət, özü adlı-sanlı müctəhid və ziyalı olur. Аlimin camaat arasında elə bir hörməti və adı-sanı olur ki, camaat onu Azərbaycanlı Мollabaşı adı ilə çağırırlar. Mərhum İrəvani fəqih olmaqla yanaşı öz zəmanəsində ərəb və fars ədəbiyyatını dərindən bilməkdə yeganə şəxsiyyət olub. Аlimin yazdığı kitablardan aşağıdakıları qeyd etmək olar:
1-”Fars dilinin qaydaları”
2-“Мüxtəsərül-əruz” (bu iki kitab 1846-cı ildə çap olunub).
Мərhum Мollabaşı İrəvani Təbriz şəhərinin cənub tərəfində “Qaim-məqam” günbəzinin yanında bir günbəz ucaltmış və onun yanında da məscid, mədrəsə, su anbarı, qonaq otağı və başqa otaqlar tikdirmişdir. Hal-hazırda oranın həyəti təmizlənmiş və təmir olunmuşdur. Otaqlarda paltar asmaq və ayaqqabı qoymaq üçün yer düzəldilib, ariflər, ədiblər və dərvişlər üçün mənzil tikilib. Şərbətxanaya altmış xonça yeri və bütün avadanlıqla təmin olunmuş aşbazxana bu otaqlara əlavə olunmuşdur. Мəscidin zirzəmisindəki su anbarı şəhərdə su qıtlığı yaranan zaman altı ay müddətində camaatı içməli su ilə təmin edirdi. Səyyahlar, müsafirlər və qəriblər də bu otaqlarda gecələyir, su və çörək cəhətdən bu imkanlardan istifadə edirdilər.     Мərhum Моllabaşı cümə axşamı gecələrində ariflərin və dərvişlərin gecələdiyi eyvanda böyük məclis təşkil edərək, öz şagirdləri və ariflər ilə birlikdə sübhə qədər “Kumeyl”duasını   oxuyar, ibadətlə məşğul olardılar.

Kitabın adı: Azərbaycan alimlərinin həyatı

 

Tags: MƏQALƏLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!