17 RƏBİÜL-ƏVVƏL ALƏMLƏRƏ RƏHMƏT GÜNÜDÜR

Müəllif Rəsul Mahmudzadə Nəşr edilib . Bölüm DİNİ MÜNASİBƏTLƏR

:

Sevinc günləri hamınıza mübarək

RƏHMAN VƏ RƏHİM OLAN ALLAHIN ADI İLƏ

وَ مَا أَرْسَلْنَكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ

Səni də (Ya Rəsulum!) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.1

Sən ey əziz Peyğəmbərim(s)! Təkcə insanlara deyil, həm də bütün məxluqata peyğəmbər göndərilmisən. Rəbbimin bizə lütfü olmaqla yanaşı bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası Qiyamətə qədər təxirə salınmışdır. Möminlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar.

Uzun illər Məkkə torpaqları yağışa yəni ilahi rəhmətə həsrət qalmış, çölləri batil əqidələrdən, paslanmış düşüncələrdən və xurafatlardan ötrü qumsal səhraya dönmüşdür.

- Fil ili. Məhz bu il bu qurumuş cansız bütlərlə dolmuş səhraya Allahın rəhmət yağışı  yağmağa başladı və susuz çölləri sirab etdi. Məhz bu il Hicaz çölündə Muhəmməd Mustafa (s) adlı gözəl bir gül tumurcuqlandı. Allahın səmavi mesajlarını bəşəriyyətə çatdıran o qiymətli "Dürr" Rəbiul-əvvəl ayının 17-də müqəddəs Məkkə şəhərində yaşayan və qəlbləri aləmlərin Rəbbi olan mərhəmətli Allahın eşqi ilə döyünən möminlərin ailəsində çiçək açdı. Bu mübarək gövhər, Məkkə şəhərində doğulmasına baxmayaraq bütün dünyanı öz nuruna qərq etdi. Həzrət Muhəmməd (s) bütün zaman və məkanlarda bütün insanlara Quranın dili ilə desək əvəzolunmaz bir ülgüdür. Peyğəmbərin mehribanlıqda nümunə olmasına elə bu ayə kifayət edir: "... əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar...."2
Peyğəmbərimiz haqqında həzrət Əli əleyhissalam belə buyurur: Allah-Təala Həzrət Mustafanı (dünya əhlinin qəlblərini) işıqlandıran (peyğəmbərliyin) nur, aşkar dəlil və sübutu ilə, aydın yolla və yol göstərən kitabla seçdi. Onun əhli-beyti ən yaxşı əhli-beyt, şəcərəsi ən gözəl şəcərədir.3

İmam Sadiq əleyhissalamın mübarək mövludu:
Rəbiul-əvvəl ayının 17-si cümə günü hicrətin 83-cü ilində ismət səmasının 8-ci ulduzu şiələrin 6-cı imamı həzrət İmam Cəfər Sadiqin (s) bərəkətli mövlud günüdür. O, Muhəmməd (s) ailəsinin sadiqidir. Həqiqətən də zəmanəsinin ən pak və sadiq insanı o idi.
Həzrət İmam Sadiq (ə) elmi hövzələr təsis etməklə İslamın orijinallığını özünə qaytararaq bu son ilahi dinə yenidən həyat bəxş etdi.

Əziz və hörmətli izləyicilərimiz. www.rizvan.net saytının əməkdaşları adından öndə İmam Zaman (əc) və həzrət ayətullah Xamenei cənablarını, sonra siz əzizlərin hamınızı bu bərəkətli gün münasibətilə təbrik edir uca Allahdan dünya və axirət səadəti sizlərə diləyirik. 
Fürsətdən istifadə edərək həzrət İmam Sadiqdən (ə) bir hədisini də burada qeyd edirik: "Kim sadə yaşayışına görə Allahdan razı olsa, Allah da  onun az əməllərinə razı olar".4

RƏBİUL ƏVVƏL AYININ 17-Cİ GÜNÜN ƏMƏLLƏRİ

1. Qüsl etmək
2. Oruc tutmaq (bu gündə oruc tutan şəxsin savabı bütün il boyu oruc tutan şəxsin savabına bərabərdir).
3. İki rükət namaz: hər rükətdə Fatihə surəsindən sonra 10 dəfə qədr və 10 dəfə ixlas surəsini oxumaq.
4. Sədəqə vermək
5. Sileyi Rəhm etmək

ƏZİZ İZLƏYİCİLƏRİMİZ! MÖVLUD BAYRAMI MÜNASİBƏTİ İLƏ HƏZRƏT PEYĞƏMBƏRİMİZİN (S) VƏ İMAM SADİQİN (Ə) HƏYATI HAQQINDA GENİŞ MƏLUMATLARI SİZƏ ƏRMƏĞAN EDİRİK. BAYRAMINIZ MÜBRAƏK!

ƏŞRƏF-ül-ƏNBİYANIN HƏYATI (1)

ƏŞRƏF-ül-ƏNBİYANIN HƏYATI (2)

ƏŞRƏF-ül-ƏNBİYANIN HƏYATI (3)

ƏŞRƏF-ül-ƏNBİYANIN HƏYATI (4)

 İMAM SADİQİN(Ə) HƏYATI (1)

İMAM SADİQİN(Ə) HƏYATI (2)

______________________

1. Ənbiya, 107
2. Ali-İmran, 159-cu ayə
3. Nəhcül-Bəlağə, 160-cı xütbə
4. Usuli-Kafi, c.3, s.207

 

Tags: ƏHLİ-BEYT (ə), PEYĞƏMBƏR (s) , İMAM SADİQ (ə), TARİX

Çap