QURAN və TİBB - 15

:

QURAN VƏ İNSANIN YARADILIŞININ SİRLƏRİ 
Quran nazil olduğu dönəmdə tibb elmi ilkin addımlarını atırdı. Həkimlər orqanizmin daxili orqanlarından, onların funksiyalarından xəbərsiz idilər.


Yunan və İran təbabətinin elmi dairələrə hakim olmasına baxmayaraq, hələ lazımi inkişaf yolunu keçməmişdi. İnsanın bütünlükdə orqanizmini, habelə onu təşkil edən ayrı-ayrı sistem və orqanların forması və quruluşu haqqında biliklər son yüz ildə ciddi şəkildə inkişaf etmiş və anatomiyanın müstəqil antropotomiya bölməsi (insan anatomiyası) yaradılmışdır. 
Cahiliyyə dönəmində, ərəb cəmiyyətinin tibb haqqında heç bir anlayışı olmadığı bir halda Quran insan orqanizminin yaradılışına üstüörtülü işarələr vurmuşdur. Bu ayələrdən bir neçəsinə nəzər salaq.

İNSANIN YARADILIŞ MƏRHƏLƏLƏRİ QURANIN ELMİ MÖCÜZƏSİ KİMİ
Quranda insanın yaradılışı və bu yaradılışın hansı mərhələlərdən keçdiyi haqqında bir çox ayələr mövcuddur. Bu ayələrin hidayət məqsədi daşıması ilə yanaşı elmi məsələlərə də toxunması tibb mütəxəssislərinin təəccübünə səbəb olmuşdur. Belə ki, onların nəinki elmi möcüzə, hətta bədii sintaksisin ecazkar nümunəsi hesab etmişlər. (“Quranda təbabət”, səh. 84)
Quran ayələrinə əsasən insanın yaradılışının mərhələlərini başlanğıcdan dünyaya gələnədək (və dünyadan köçənədək) aşağıdakı şəkildə sıralamaq olar.
1. Torpaq mərhələsi (تراب، طین).
2. Su mərhələsi. (ماء، ماء دافق، ماء مهین).
3. Nütfə mərhələsi (نطفة من منی).
4. Qarışıq nütfə mərhələsi (نطفة أمشاج).
5. Laxtalanmış qan mərhələsi (علقة).
6. Bir parça ət mərhələsi (مضغة).
7. Şəkilə salma, formalaşdırma mərhələsi (تسویة، تصویر).
8. Sümüklərin formalaşması mərhələsi (عظاما).
9. Sümüklərin ətlə örtülməsi mərhələsi (فکسونا العظام لحما).
10. Cinsiyyətin təyin olunma mərhələsi (مذکر و مؤنث).
11. Ruh verilməsi mərhələsi (خلقا آخر). Qulaq və gözün yaranması haqqında da bəzi məsələlərə toxunulmuşdur.
12. Uşağın dünyaya gəlməsi (نخرجکم طفلا).
13. Həddi-büluğ (yetkinlik) dövrü.
14. Yaşlılıq dövrü.
15. Həyatın sonu (ölüm).
Qeyd etmək lazımdır ki, bəzi həkimlər Quran ayələrini başqa şəkildə sıralamış və Qurana görə yaradılışın yeddi mərhələsi olduğunu bildirmişlər. (“Təfsiri-nümunə”, c. 20, səh. 165; c. 14, səh. 23)
Doktor Maurice Bucaille yazır: 
“Quranın bu halda buyurduqlarını nəzərdən keçirdikdə görürük ki, elm bu (elmi) məsələləri yalnız XIX əsrdə kəşf edə bilmişdir. Quran nazil olduğu dönəmdə isə insanlar bu növ elmi məsələlərdən uzaq idilər.

YEKUN
Biz insanın yaradılış prosesini 14 mərhələyə böldük. Təcrübi elmlərin də təsdiq etdiyi bu 15 mərhələnin hər biri ayrı-ayrılıqda Quranın əzəmətinin göstəricisidir. Lakin onların heç biri təklikdə Quranın elmi möcüzəsinə sübut ola bilməz.
Burada belə bir sualla qarşılaşırıq. Qeyd olunan 15 mərhələ bütövlükdə Quranın ELMİ möcüzəsi ola bilərmi?
Fikrimizcə, Quranın qeyd olunan mərhələli yaradılışla bağlı ayələri (xüsusilə “Həcc”, 12; “Muminun”, 12-14; “Ğafir”, 76) nazil olduğu dönəmdə insanlar onun bənzərini gətirməkdə aciz idilər. Deməli, məlum ayələri bütövlükdə Quranın elmi möcüzəsi hesab etmək olar.

Kitаbın аdı: Quranın elmi ecazkarlığı
Tәrcümә еdәn: M. Sayıl

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!