HƏZRƏT İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) ŞİƏLƏRƏ MADDİ KÖMƏKLİYİ

:

İmam Həsən Əsgəri (ə) şiələri, xüsusilə də, yaxın dostlarını maddi cəhətdən təmin edirdi. O Həzrətə yoxsulluqdan șikayət edən şiələr İmamdan (ə) maddi köməkliklər alırdılar. Hətta bəzən onlar öz ehtiyaclarını dilə gətirməzdən və bu xüsusda İmama (ə) müraciət etməzdən qabaq İmam (ə) onların maddi ehtiyaclarını aradan qaldırırdı. İmam Həsən Əsgərinin (ə) atdığı bu addım şiələrin maddi çətinlik ucbatından hökumətə tərəf cəlb olunmalarının qarşısını alırdı Buna dair aşagıdakı nümunələri qeyd etmək olar:

1) Əbu Haşim Cəfəri deyir: "Maddi cəhətdən vəziyyətim çox ağır idi. Vəziyyətimi məktub vasitəsilə İmam Həsən Əsgəriyə (ə) bildirmək istədim, ancaq xəcalət çəkib bu fikirdən daşındım. Evə gəldikdə gördum ki, İmam (ə) mənim üçün yüz dinar pul göndərib və məktubda da yazıb: "Nə vaxt ehtiyacın oldu, bizə xəbə ver, utanma. Allahın sayəsində istəyinə çatarsan."1
2) Əli ibn Zeyd Ələvi deyir: İmam Həsən Əsgəri (ə) mənə bir qədər pul verib buyurdu: "Get bu pula özün üçün bir kəniz al. Sənin kənizin ölub." Evə qayıtdıqda gördüm ki, doğurdan da, kənizim ölüb.2
3) Əbu Haşim Cəfəri deyir: "Maddi cəhətdən çətinlikdə olduğumu İmama (ə) dedim. O Həzrət mənə beş yüz dinar pul verib buyurdu: "Əbu Haşim, bunları götür. Əgər az olsa, bizi bağışla."3
4) Əbu Tahir ibn Bilal bir dəfə həcc ziyarətində Məkkədə olduğu vaxt Əli ibn Cəfərin böyük məbləğdə pul payladığını müşahidə edir. Həccdən qayıtdıqdan sonra bu barədə İmam Həsən Əsgəriyə (ə) məlumat çatdırır. İmam (ə) onun cavabında yazır "Əvvəl demişdim ki, ona yüz min dinar versinlər. Sonra bir o qədər də əlavə etdik, ancaq o, bizi nəzərə alıb bunu qəbul etmədi." Bu hadisədən sonra Əlii ibn Cəfər İmamın (ə) hüzuruna gedir və İmamın (ə) əmrinə əsasən, ona otuz min dinar pul verilir.4
 Göründüyü kimi, Əli ibn Cəfər Hicazda böyük məbləğdə pul paylayırmış. Onun payladıği pulların hara sərf edildiyi yuxarıdakı hadisədə göstərilməsə də, qeyd edilən məbləğdən belə başa düşülür ki, bu, hesablanmış siyasi bir addım idi. Heç şübhəsiz, bu pullar ehtiyacı olan şiələrə, mübarizə aparan şiə başçılarına paylanırmış.
  İmam Həsən Əsgərinin (ə) ciddi nəzarət altında saxlanılması belə böyük məbləğlərin o Həzrətə ödənilməsi xüsusunda heç də təəccüb, yaxud şəkk-şübhə doğurmamalıdır. Tarixi faktlar göstərir ki, müxtəlif məntəqələrdə yaşayan şiələrr o Həzrətə böyük məbləqdə pullar (şəri vergilər) göndərirmişlər. Məsələn, Qorqan (Corcan) şəhərindən olan bir nəfər İmam Həsən Əsgərinin (ə) hüzuruna gəlib həmyerlilərinin göndərdiyi şəri vergiləri o Həzrətin Mübarək adlı xadiminə təhvil verir.5 Yaxud, Cəbəl məntəqəsindən bir nəfər ələvinin vasitəsilə İmamın (ə) yanına gəln șəxs O Həzrətə dörd min dinar pul verir.6  Yaxud, bir qədər öncə qeyd etdiyimiz kimi İmamın (ə) Qumdakı nümayəndəsi (Əhməd ibn İshaq) şiələrdən topladnğı yuz altmış kisə qızıl-gümuşü o Həzrətə çatdırır.7  Bunlardan əlavə, İmam Həsən Əsgərinin (ə) müxtəlif şəhərlərdə olan nümayəndələri külli miqdarda şəri vergi toplamış, lakin həmin malları İmamın (ə) şəhadətinə qədər o Həzrətə çatdıra bilmədikləri üçün sonradan İmam Zamana (ə) təhvil vermişlər. Buna misal olaraq, İbrahim ibn Məhziyarın topladığı böyük məbləğdə dini vergiləri göstərmək olar ki, o, vəfat etdikdən sonra onun oğlu Məhəmməd həmin malları İmam Zamanın (ə) nümayəndəsinə çatdırmişdır.8 Həmçinin, Cəbəl əhəlisindın olan bir nəfərin yanındakı yeddi yüz dinarı,9 eləcə də İmran Həmədanı adlı bir șiə şəxsdəki beş yüz dinarı buna misal göstərmək olar.

Kitabın adı: Məsum İmamların Tarixi
Müəllif: Mehdi Pişvayi
Hazırladı: Rəsul Mahmudzadə


1.Ər-İrşad, s.343.
2.Mənaqibu-Ali-Əbi Talib, c.4, s.431
3.Mənaqibu-Ali-Əbi Talib, c.4, s.431.
4.al-Qeyba, s.212.
5.Kəşful-ğummə, c.3, s.217.
6.Kəşful-ğummə, c.3, s.216.
7.əl-İhticac, s.257.
8.əl-İrşad, s.351.
9.Əlamul-vəra, s.448.

Tags: İMAM HƏSƏN ƏSKƏRİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!