CƏMADİUL-ƏVVƏL AYI

:

Cəmadiul-əvvəl ayının təqvimi:
5 cəmadiul-əvvəl: Bəzi rəvayətlərə istinadən, bu gün Kərbəla qəhrəmanı Xanım Zeynəb-Kübranın (s.ə) səadətli doğum günüdür (hicri-qəməri 5-ci və ya 6-cı ildə).1
13, 14 va 15 cəmadiul-əvvəl: Məşhur rəvayətə əsasən, xanımlar-xanımı Fatimə-Zəhranın (s.a) şəhadat günləridir (hicri-qəməri 11-ci ildə). Çünki, bir sıra mötəbər rəvayətlərə əsasən,2 o xanim atasından sonra cəmi yetmiş bes gün ömür sürmüşdür. Nəzərə alsaq ki, Həzrət Rəsulallah (s) səfər ayının 28-i vəfat etmişdir, onda bu xanım qeyd etdiyimiz bu üç gündən birində (ortada olan ayların bütöv və ya naqis olma ehtimalını nəzərə alaraq) vəfat etmişdir.

Əziz islam peyğəmbərinin (s) təbiri ilə "yer üzünə gəlmiş və gələcək xanımların sərvəri" bu xanımın hüzn mərasimi layiqli şəkildə təşkil olunmalıdır. Mərasimlərdə onun fəzilətləri və həyatı barədə geniş söhbətlər etmək, xüsusilə də, söylədiyi iki tarixi xütbəsini açıqlamaq tövsiyə olunur. Belə ki, bu söhbətlərdə o böyük və ilahi şəxsiyyəti yaxından tanımaqla həyat örnəklərimizə daha bir örnək əlava etmiş olarıq. Bu günlərdə o xanımın ziyarətnaməsini oxumaq da bəyənilən əməllərdəndir.

Cəmadiul-əvvəl ayının əməlləri:
1- Bu ayın birinci günü oxunan duani Seyid Ibn Tavus "İqbal" kitabında qeyd etmişdir.3
2- Bəzi rəvayətlərə əsasən, cəmadiul-əvvəlin 15-i İmam Zeynul-abidinin (ə) mövlud günüdür. Odur ki, həmin gün oruc tutmaq, ehsan və xeyriyyəçilik etmək tövsiyə olunur."4

Kitabın adı: Yeni Məfatih
Hazırladı: Rəsul Mahmudzadə


1. Xanım Zeynəb-Kubranın (s.ə) həyatı, Səhid Ayətullah Dəstiğeyb, s.13; Zeynabul-Kubra, Əllamə Şeyx Cəfər ən-Nəqdi, s.17.
2. Usuli-kafi, c.1, s.458. hədis: 1; Biharul-ənvar, c.43, S.215
3. İqbal, s.618.
4. İqbal, s.621.

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!