MÖCÜZƏNİN MƏNASI

:

Möcüzə – “ecaz” kəlməsindən götürülmüşdür və ecaz kəlməsinin özünün bir neçə mənası vardır:

1. Nəyi isə əldən vermək; Məsələn, ərəblər bir şeyi əldən verdikdə deyirlər “əcəzəhul əmrul fulani” yəni, filankəs bu işi əldən verdi.
2. Bir başqasının acizliyini və ya çarəsizliyini hiss etmək; Məsələn, əgər Əhməd hər hansı bir işin müqabilində aciz qalarsa, bu halda deyilir: “əcəztu əhmədən” yəni, Əhmədin aciz və çarəsiz qaldığını gördüm.
3. Bir başqasını görülən iş və deyilən ifadələrlə heyrətə gətirərək aciz etmək; Burada artıq, ecaz kəlməsi “təciz” mənasını daşıyır (təciz – yəni kimisə aciz etmək). Məsələn, əgər bir şəxs Əhmədi acizliyə vadar edərsə, bu halda deyəcəkdir: “əcəztu Əhmədən” yəni, Əhmədi aciz və çarəsiz etdim.
Kəlam alimləri isə bu kəlməni tam başqa mənada işlədirlər. Onlar möcüzəni tərif edərək deyirlər: Allah-taala tərəfindən peyğəmbərliyə təyin olunmasını iddia edən şəxs, gərək öz sözlərinin həqiqətini sübuta yetirmək üçün zahirdə xilqət qanunlarının ziddinə olan və adi insanların icra etməkdə aciz qaldıqları qeyri-təbii və qeyri-adi işlər görsün. Belə bir xariquladə iş möcüzə adlanır və bu işin icrası isə ecaz sayılır.

Əl-Bəyan kitabından

 

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!