HƏZRƏT İMAM SƏCCADIN (ə) BUYURDUQLARI

:

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
İmam Səccad (ə)-ın mövlud günü münasibəti ilə başda sahibimiz İmam Zaman (əc) olmaqla butün müsəlmanları təbrik edirik!

İmam Səccad (ə) buyurur:

أشَدُّ ساعاتِ ابْنِ آدَم ثَلاثُ ساعاتٍ: السّاعَةُ الَّتی یُعایِنُ فیها مَلَكَ الْمَوْتِ، وَ السّاعَةُ ‏الَّتی یَقُومُ فیها مِنْ قَبْرِهِ، وَ السَّاعَةُ 

الَّتی یَقِفُ فیها بَیْنَ یَدَیِ اللّه تَبارَكَ وَ تَعالی، فَإمّا الْجَنَّةُ وَ إمّا إلَی ‏النّارِ
(بحار الا نوار: ج 6، ص 159)

İnsanın ən çətin anları və çıxılmaz vəziyyətdə qaldığı vaxtlar, 3 mərhələdən ibarətdir:
1-Ömrünün sona çatdığı və ölüm mələyi onun başı üzərində hazır olduğu zaman.
2-Qəbrindən çıxardılıb məşər səhnəsinə daxil olduğu zaman.
3-Üca Allahın hüzurunda əməllərinə görə hesaba çəkildiyi zamanı ki, bilməyir Cənnətə daxil olub orada əbədi qalıb misli görünməyən nemətlərdən bəhrələnəcək, yoxsa dözülməz əzaba düçar olub Cəhənnəmdə qalacaqdır.
Qurani-kərim ayələrini və buyrulan hədisləri nəzərə alsaq və hətta insanın ağlı da bunu təsdiqləyir ki, yaşadığımız dünya səbəbsiz yerə yaranmayıb və maddi dünyadan fərqli olaraq başqa bir aləm bizim intizarımızdadır. Buna görə də qarşıdakı yol üçün hazırlıq görməliyik ki, axirət aləmindəki bütün məqamlar yol azuqəsindən asılıdır.
Bu dünyadan əliboş gedən insanı axirətdə çox çətin anlar gözləyir. Bütün varlığı təkcə bu dünyada, dünyanın zahirində görən insanı dünya və axirətdə zərərə düşmüş insan adlandırırlar. Biz bütün fürsətlərdən istifadə edib axirət azuqəsi toplamaq üçün çalışmalıyıq. Çünki insan üçün fürsət həmişə olmur, müəyən məhdudiyyətlər var. Bilməliyik ki, insanın ömrü də məhduddur. Daim döyünən ürək bir gün dayanacaq. Buyurulur ki, hər şeyin hesabı var və nə vaxtsa tükənəcəkdir.
Beləliklə, axirəti üçün çalışan insan, hər iki pay və mənfəəti toplayıb və hər iki dünyanı əldə edəcəkdir. Həmçinin Allah-taalanın yanında da hörmətli olub və Allahdan istədiyi hər bir hacət və istəyini alacaqdır. Çünki onun Allah yanında hörmətli olması istəklərinin rəva olmasına səbəb olacaqdır.

Mətni səsləndirdi: ELÇİN SƏFAQULİYEV
You must have the Adobe Flash Player installed to view this player.

Müəllif: İlahiyyatçı Elçin Səfaquliyev
Hazırladı: Rəsul Mahmudzadə

Tags: İMAM SƏCCAD (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!