NƏHC-ül-BƏLAĞƏ - 62-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (fani dünyaya bel bağlamamağın və qiyamət hesabından qorxmağın bəyan edildiyi) xütbələrindəndir.

Agah olun, dünya elə bir saraydır ki, ondan xilas olmaq ancaq ordaykən (təqva və pərhizkarlıqla) olar.1 Heç kəs dünya üçün gördüyü işə (söz və əmələ) görə nicat tapmaz. (Axi­rətdə sözləri və əməlləri Allaha xatir olanlar nicat tapacaqlar.) İnsanlar imtahan və sınağa görə bu dünyaya mübtəla olublar.2 Deməli, dünyadan dünya üçün topladıqları hər şey (mal) ovuclarından çıxar (ölən vaxt yerdə qoyarlar) və (axirətdə) bunların hesabını onlardan sorarlar. Dünyadan qeyri (o biri) dünya üçün (axirət) tədarükü gördükləri onlara qalar və həmişə onlarla olar. Belə isə (dünyanın işi ziyanlı olduğuna görə, ona ürək bağlama. Çünki) ağıllı insanlar üçün dünya sanki kölgənin qayıtması kimidir ki, onu yayılmış görən kimi yığışar, çox göründükdə itər (itən kölgə kimi öz əhlinə qalmaz).

وَ مِنْ خُطْبَة لَهُ عَلَيْهِ السَّلامُ

اَلا وَ اِنَّ الدُّنْيا دارٌ لايُسْلَمُ مِنْها اِلاّ فيها، وَ لايُنْجى بِشَىْء كانَ لَها. اُبْتُلِىَ النّاسُ بِها فِتْنَةً، فَما اَخَذُوهُ مِنْها لَها اُخْرِجُوا مِنْهُ وَ حُوسِبُوا عَلَيْهِ، وَ ما اَخَذُوهُ مِنْها لِغَيْرِها قَدِمُوا عَلَيْهِ وَ اَقامُوا فيهِ. وَ اِنَّها عِنْدَ ذَوِى الْعُقُولِ كَفَىْءِ الظِّلِّ، بَيْنا تَراهُ سـابِغـاً حَتّـى قَلَـصَ، وَ زائِـداً حَتّـى نَقَـصَ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

63-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki dünya əməl evi, axirət isə cəza məkanıdır. Dünyada Allahın və Peyğəmbərin göstərişinə uyğun rəftar edən axirətdə salamat qalar. Bunlara əməl etməyənlər əbədi əzaba düçar olacaqdır.
2. Allah onları imtahana çəkir. Belə ki, dünyada Allahın əmrinə itaət edən nicat tapacaq, itaətsizlik edən isə ilahi əzaba düçar olacaqdır. İmtahan, Allahın onların işinin sonunu bilmədiyinə və bunu öyrənmək istədiyinə görə deyil. Bu mənada imtahan mümkün deyil. Çünki O, hər şeyin gizlinini və aşkarını biləndir.

Tags: İMAM ƏLİ (ə), NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!