NƏHC-ül-BƏLAĞƏ - 76-CI XÜTBƏ

:

 

İmam Əli əleyhis-salamın kəlamlarındandır.

(Sə’d ibn As Osmanın təyinatı ilə Kufədə hakim olduğu vaxt Mədinəyə Həzrət üçün hədiyyə və məktub göndərərək bildirmişdi ki, mən Osmandan başqa heç kimə belə qiymətli hədiyyə göndərməmişəm. Həzrət onun məktubunu oxuduqdan sonra buyurmuşdu:) Bəni-Üməyyə Məhəmmədin (səlləllahu əleyhi və alih) mirasından (o Həzrətin bərəkətindən əldə olunmuş qənimətlərdən) mənə anası sağılarkən dəvə balasına verilən süd qədər az verirlər. Allaha and olsun, onlara hakim olsam qəssab cigər tikələrini və ya torpağa bulaşmış qarını atdığı kimi onları uzağa ataram. (Seyyid Rəzi buyurur). Başqa bir rəvayətdə التُّرابُ الْوَذَمَةَ göstərilir və bu da اَلْوِذامَ التَّرِبَةَ-nin əksinədir. Həzrət əleyhis-salamın buyurduğu لَيُفَوِّقُونَنِى sözünün mənası budur ki, beytülmaldan mənə dəvənin «فُواقِ »kimi az verirlər. «فُواق» dəvə balasına anasının südündən bir dəfə verməyə deyilir. «وِذامُ» sözü «وَذَمَةٍ» kəlməsinin cəm formasıdır, yerə düşüb torpağa bulaşmış qarın, yaxud ciyər parçası mənasındadır.

وَ مِنْ كَلام لَهُ عَلَيْهِ السَّلامُ

اِنَّ بَنى اُمَيَّةَ لَيُفَوِّقُونَنى تُراثَ مُحَمَّد صَلَّى اللّهُ عَلَيْهِ وَ آلِهِ تَفْويقاً. وَ اللّهِ لَئِنْ بَقيتُ لَهُمْ لِاَنْفُضَنَّهُمْ نَفْضَ اللَّحّامِ الْــوِذامَ التَّــرِبَــةَ. وَ يُرْوَى «التُّرابَ الْوَذَمَةَ» وَ هُوَ عَلَى الْقَلْبِ. وَ قَوْلُهُ عَلَيْهِ السَّلامُ: «لَيُفَوِّقُونَنى» اَىْ يُعْطُونَنى مِنَ الْمالِ قَليلاً قَليلاً كَفَواقِ النّاقَةِ، وَ هُوَ الْحَلْبَةُ الْواحِدَةُ مِنْ لَبَنِها. وَ الْوِذامُ جَمْعُ وَذَمَة، وَ هِىَ الْحُزَّةُ مِنَ الْكَرِشِ اَوِ الْكَبِدِ تَقَعُ فِى التُّرابِ فَتُنْفَضُ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

77-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!