NƏHC-ül-BƏLAĞƏ - 77-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın duada buyurduğu kəlamlarındandır:1

Allahım, məni (günahımı) bağışla ki, Sən onu daha yaxşı bilirsən. Mən yenə dönsəm (ikinci dəfə onu törətsəm) sən bağışlanmağı da mənə qaytar. Allahım, mən özümlə bağladığım və mənim ona vəfalı olduğumu görmədiyin əhdimi (əməl etməyi öhdəmə götürdüyüm itaət və bəndəliyi) bağışla. Allahım, dildə Sənə yaxınlaşmaq istəyimi, ürəyimin onun əksinə olmasını (işin əvvəlində Sənə yaxınlaşmaq üçün ibadət və bəndəlik etsəm də, ondan sonra beynimə riya və özünü göstərmək kimi fikirlər gəldiyinə görə) bağışla. Allahım, gözümün ucunun işarələrini (gözünün ucu ilə işarə edib möminə əziyyət verməyi və ya onun qeybətini edib arxasınca pis danışmağı), boş söhbətlərimi, ürəyimin arzularını və dilimin büdrəmələrini bağışla.

وَ مِنْ كَلِمات كانَ عَلَيْهِ السَّلامُ يَدْعُو بِها

اللّهُمَّ اغْفِرْ لى ما اَنْتَ اَعْلَمُ بِهِ مِنِّى. فَاِنْ عُدْتُ فَعُدْ عَلَىَّ بِالْمَغْفِرَةِ. اللَّهُمَّ اغْفِرْ لى ما وَاَيْتُ مِنْ نَفْسى وَ لَمْ تَجِدْ لَهُ وَفاءً عِنْدى. اللَّهُمَّ اغْفِرْ لى ما تَقَرَّبْتُ بِهِ اِلَيْكَ بِلِسانى ثُمَّ خالَفَهُ قَلْبى .اللَّهُمَّ اغْفِرْ لى رَمَزاتِ الْاَلْحاظِ، وَ سَقَطاتِ الْاَلْفاظِ، وَ شَهَواتِ الْجَنانِ، وَ هَفَواتِ اللِّسانِ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

78-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. O kəlamlardandır ki, onda camaata tövbə etməyin və bağışlanmaq istəməyin qaydalarını öyrədir. Peyğəmbər və İmamlar əleyhimus-salam kimi mə’sumların tövbəsi xalqı öyrətmək məqsədi daşımışdır. Çünki onlar heç vaxt günaha batmamış, Allah-təalaya itaətsizlik etməmişdilər ki, tövbə və əfv diləmək niyyətinə düşəydilər.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!