NƏHC-ül-BƏLAĞƏ -197-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Siffeyn müharibəsi günlərində səhabələrindən bir dəstənin Şam qoşununu söyməsini eşidərkən buyurduğu kəlamlarındandır.

Mən sizin (Şam əhalisinə qarşı) söyüş söyməyinizi bəyənmirəm.1 (Sonra İmam əleyhis-salam buyurur:) Amma əgər onların əməllərini açıqlasanız və vəziyyətlərini (zülm və sitəmlərini, şəhvət və nəfsi istəklərə tabe olmalarını, haqq yoldan çıxmalarını və bu kimi sözləri) xatırlatsanız, bu, danışarkən (söyməkdən) daha yaxşı və (etiraz edərək «onlarla nə üçün müharibə edir, vuruşursunuz?» deyən kəsə) dəlil gətirmək məqamında daha tutarlı və yetərli olar. Yaxşı olar ki, onları söyməyin əvəzinə belə deyəsiniz: Allahım! Bizim və onların qanlarını tökülməkdən qoru; bizimlə onların aralarını düzəlt; onlara azğınlıqlarından nicat ver ki, haqdan xəbərsiz olan onu tanıya bilsin və azğınlıq və düşmənçilik hərisi və vurğunu olan kəs ondan əl çəksin.

ومن کلام له عليه السلام

وقد سمع قوماً من اصحابه يسبّون أهل الشام

أيام حربهم بصفين

إِنِّي أَکْرَهُ لَکُمْ أَنْ تَکُونُوا سَبَّابِينَ، وَلکِنَّکُمْ لَوْ وَصَفْتُمْ أَعْمَالَهُمْ، وَذَکَرْتُمْ حَالَهُمْ، کَانَ أَصْوَبَ فِي الْقَوْلِ، وَأَبْلَغَ فِي الْعُذْرِ، وَقُلْتُمْ مَکَانَ سَبِّکُمْ إِيَّاهُمْ: اللَّهُمَّ احْقِنْ دِمَاءَنَا وَدِمَاءَهُمْ، وَأَصْلِحْ ذَاتَ بَيْنِنَا وَبَيْنِهِمْ، وَاهْدِهِمْ مِنْ ضَلاَلَتِهِمْ، حَتَّي يَعْرِفَ الْحَقَّ مَنْ جَهِلَهُ، وَيَرْعَوِيَ عَنِ الْغَيِّ وَالْعُدْوَانِ مَنْ لَهِجَ بِهِ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

198-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Bu cümlə onları söyməyin haram olmasına dəlalət etmir. Çünki mömindən başqasını, yəni, kafir və fasiqləri, Məhəmməd Əhli-Beytinin (əleyhimus-salam) düşmənlərini söyməyin mümkün və icazəli olmasında heç bir şəkk-şübhə yoxdur və onlardan uzaq olaraq onlara nifrət bildirmək vacibdir. O Həzrətin bu müharibə və vuruşmadan məqsədi hakimiyyət və səltənəti ələ almaq deyil, insanların hidayəti, onları düz yola istiqamətləndirmək və İslam kəlməsini ucaltmaq olduğu üçün İmam əleyhis-salam həmin kəlamı ilə söyüşün düşmənçilik və kin-küdurətin artmasına səbəb olmasını nəzərdə tutur. Çünki belə olan halda, onlar da nadanlıq üzündən o Həzrəti və onun qoşununu söyərlər. Allahın dostunu söymək də Peyğəmbəri söymək deməkdir. Peyğəmbəri söymək isə Allahı söyməkdir və oda girməyə səbəb olur. Xülasə, Allahın, Peyğəmbərin və o Həzrətin haqq canişinlərinin düşmənlərinə tənə vurmaq və onları söymək şəriət baxımından icazə verilmiş və müstəhəbbi bir işdir və onlardan uzaq olaraq onlara nifrət bəsləmək vacibdir, necə ki, on doqquzuncu kəlamda İmam əleyhis-salam öz qoşunu arasındakı münafiqlərdən olmuş Əş’əs ibn Qeysi lə’nətləyib. Amma can və mala zərər dəyməsi qorxusu olanda və özünü müdafiə etməyə qadir olmayanda onlardan çəkinərək uzaq olmaq da vacibdir. Buna görə də Qur’ani-Kərimin Ən’am surəsinin 108-ci ayəsində buyurur: «وَلاَ تَسُبُّواْ الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ فَيَسُبُّواْ اللّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ» «Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər.»

Tags: İMAM ƏLİ (ə), NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!