İMAM ZAMANIN (ƏC) DUASI

:

Bu dua Allahummərzuqna tovfiqət taəh kimi tanınır. Rizvan.net saytı bu məna dolu duanın ərəbcə mətnini və tərcüməsini siz dəyərli oxuculara təqdim edir.

Bismilləhir Rahmənir Rahim
اللَّهُمَّ ارْزُقْنَا تَوْفِيقَ الطَّاعَةِ وَ بُعْدَ الْمَعْصِيَةِ وَ صِدْقَ النِّيَّةِ
İlahi! Bizə itaət müvəffəqiyyətini, günahdan uzaq olmağı və xalis niyyəti ruzi et.
وَ عِرْفَانَ الْحُرْمَةِ وَ أَكْرِمْنَا بِاْلهُدَى وَ الاِسْتِقَامَةِ
Həmçinin Sənin yanında möhtərəm olan hər nəyə mərifətini (tanımağı) əta et və bizə hidayət və Tövhid yolunda möhkəm olmağı kəramət et.
وَ سَدِّدْ أَلْسِنَتَنَا بِالصَّوَابِ وَ الْحِكْمَةِ وَ امْلَأْ قُلُوبَنَا بِالْعِلْمِ وَ الْمَعْرِفَةِ
Dilimizi sadiq, savab və hikmətli söz danışan et və qəlbimizi elm və mərifətlə doldur.
وَ طَهِّرْ بُطُونَنَا مِنَ الْحَرَامِ وَ الشُّبْهَةِ وَ اكْفُفْ أَيْدِيَنَا عَنِ الظُّلْمِ وَ السِّرْقَةِ
Bətnlərimizi haram(şübhəli) qidalardan paklaşdır və əllərimizi xalqa zülm etməkdən və oğurluqdan saxla.
وَ اغْضُضْ أَبْصَارَنَا عَنِ الْفُجُورِ وَ الْخِيَانَةِ وَ اسْدُدْ أَسْمَاعَنَا عَنِ اللَّغْوِ وَ الْغِيبَةِ
Gözlərimizi harama və xəyanətə bağla və boş, bihudə və bəndələrin qeybətini eşitməmək üçün qulaqlarimiza səd çək.
وَ تَفَضَّلْ عَلَى عُلَمَائِنَا بِالزُّهْدِ وَ النَّصِيحَةِ
Alimlərimizə zahidlik və gözəl əməl bəxş et.
وَ عَلَى الْمُتَعَلِّمِينَ بِالْجُهْدِ وَ الرَّغْبَةِ وَ عَلَى الْمُسْتَمِعِينَ بِالاِتِّبَاعِ وَ الْمَوْعِظَةِ
Tələbələrə təlaş, ciddiyyət və şövq ver və dinləyənlərə itaət və moizə inayət buyur.
وَ عَلَى مَرْضَى الْمُسْلِمِينَ بِالشِّفَاءِ وَ الرَّاحَةِ وَ عَلَى مَوْتَاهُمْ بِالرَّأْفَةِ وَ الرَّحْمَةِ
Müsəlman xəstələrə şəfa və rahatlıq, ölən müsəlmanlara ucalıq və mehribanliq əta et.
وَ عَلَى مَشَايِخِنَا بِالْوَقَارِ وَ السَّكِينَةِ وَ عَلَى الشَّبَابِ بِالْإِنَابَةِ وَ التَّوْبَةِ
Qocalarımıza vüqar və mətanət, cavanlarımıza tövbə inayət buyur.
وَ عَلَى النِّسَاءِ بِالْحَيَاءِ وَ الْعِفَّةِ وَ عَلَى الْأَغْنِيَاءِ بِالتَّوَاضُعِ وَ السَّعَةِ
Xanımlarımıza həya və iffət, varlılara təvazökarlıq və əliaçıqlıq əta et.
وَ عَلَى الْفُقَرَاءِ بِالصَّبْرِ وَ الْقَنَاعَةِ
Fəqirlərimizə səbir və qənaət,
وَ عَلَى الْغُزَاةِ بِالنَّصْرِ وَ الْغَلَبَةِ وَ عَلَى الْأُسَرَاءِ بِالْخَلاَصِ وَ الرَّاحَةِ
Ordularımıza qələbə və kömək, əsirlərimizə azadlıq və rahatlıq,
وَ عَلَى الْأُمَرَاءِ بِالْعَدْلِ وَ الشَّفَقَةِ وَ عَلَى الرَّعِيَّةِ بِالْإِنْصَافِ وَ حُسْنِ السِّيرَةِ
Hökmdarlarımıza ədalət, şəfqət, rəiyyətə insaf, gözəl davranış bəxş et.
وَ بَارِكْ لِلْحُجَّاجِ وَ الزُّوَّارِ فِي الزَّادِ وَ النَّفَقَةِ
Hacılarımıza və İslam zəvvarlarına azuqə və məxariclərinə bərəkət əta et.
وَ اقْضِ مَا أَوْجَبْتَ عَلَيْهِمْ مِنَ الْحَجِّ وَ الْعُمْرَةِ بِفَضْلِكَ وَ رَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ
Onlara vacib buyurduğun həcc və ümrəni əda et. Öz fəzlin və rəhmətin xatirinə ey aləmlərdə rəhmlilərin ən rəhimlisi olan Allah!

Tags: DUA

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!