MƏSUMLARIN ELMİ VƏ İCTİHAD HAQQINDA

:

Peyğəmbərlər və İmamlar sahİb olduqları elmİ alİmlər kİmİ İctİhad yolu İləmİ əldə etmİşlər?

İzah: İslam alimləri həzrət Peyğəmbər və onun məsum canişinlərinin buyurduğu hökmlərin əldə olunması yolu haqqında nə düşünürlər? Onlar da İslam alimləri kimi bəzi dini hökmləri ictihad (Quran və rəvayətləri araşdırma) yolu ilə əldə etmişlər? Quranda və ya Peyğəmbərdən nəql olunmuş rəvayətlərdə bir hökm aşkar şəkildə bəyan olunmuşdursa, məlum məsələdir ki, ictihada ehtiyac qalmır. Ona görə də sualda “hökmlər” haqqında yox, “bəzi hökmlər” haqqında sorşulur.


 CAVAB

Bu sual kəlam elminə aiddir. Kəlam elmində nübüvvət və imamət fəslində peyğəmbərlərin və imamların malik olduğu elmlər haqqında geniş şəkildə danışılmışdır. Biz həmin məlumatları xülasə şəkildə nəzərinizə çatdırırıq:

Şiə alimləri Peyğəmbər və imamları dini hökmlərin bəyanında müctəhid bilmirlər. Onların nəzərincə, ilahi hökmlər peyğəmbərlərə və imamlara ictihad yolu ilə yox, daha üstün bir yolla çatdırılmışdır.

Quranın “Nəcm” surəsində Peyğəmbər buyruqlarının mənbəyi ilahi vəhy hesab olunur. Vəhylər mələklər yolu ilə peyğəmbərlərə çatdırılır.[1] Müxtəlif elm və bilikləri vəhy yolu ilə əldə edən insanın ictihada, araşdırmalarla bilik əldə etməyə ehtiyacı qalmır. Deyilənlər həzrət Peyğəmbərin məsum canişinlərinə, imamlara da aiddir. Onlara vəhy gəlməsə də, bu ilahi insanlar malik olduqları elmləri qeybi şəkildə əldə etmişlər. Peyğəmbərin müəyyən səbəblərdən açıqlamadığı məlumatlar canişinlər tərəfindən tədricən açıqlanmışdır.

Onlara bu sahədə böyük bir еlm əta olunmuşdur və onlarla ilahi hökmlər arasında heç bir pərdə yoxdur. Bəşiriyyətin qiyamət gününədək ehtiyac duyduğu hökmləri Allah-taala Öz lütfü ilə onlara əta etmiş və onları digər vasitələrdən ehtiyacsız buyurmuşdur. [2]

Bəli, peyğəmbərlərin və imamların ictihada ehtiyacı olmamışdır. İctihad əziyyətsiz, araşdırmasız, ilahi mənbələrsiz elm əldə edə bilməyənlərin işidir. Onlar bəzən ictihadla, müxtəlif təlaşlar göstərməklə də zəruri elmləri əldə edə bilmirlər. Bəşəriyyətin ehtiyaclı olduğu əhkam və maarifi olduğu şəkildə insanlara çatdıra bilən, bu barədə vəhy yolu ilə məlumatlandırılan peyğəmbərdir. Peyğəmbərin ictihada, hansısa mənbələrə müraciətə, külli məsələlərdən cüzi məsələlər çıxarmağa ehtiyacı yoxdur.

Peyğəmbərlərin canişinləri də ilahi halal-haramı, hökmləri yetərli şəkildə bilmişlər. Dini hökmlərdən bütün incəlikləri ilə xəbərdar olan şəxslər ictihada ehtiyac duymurlar. Bir qədər də aydın desək, ictihad ilahi hökmləri vəhy və peyğəmbərlərdən irsiyyət yolu ilə əldə edə bilməyənlər üçündür.

Amma sünni alimləri xəlifələri bir çox məsələlərdə müctəhid kimi qəbul edirlər. Onlar öz əqidə kitablarında xəlifələrin dediklərini geniş və izahlı şəkildə verirlər. Bunun səbəbi xəlifələrin müctəhid bilinməsidir. Onların nəzərincə xəlifələrin səhvi onların ictihadından qaynaqlanır. Bəziləri bu fikri əsaslandırmaq üçün hətta Peyğəmbərin də bəzən ictihad etdiyini bildirirlər.

(Əqidə və məzhəb kitablarından uyğun mələsə ilə bağlı daha əhatəli məlumat əldə etmək olar.)

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr

Müәllif: Аyәtullаh Mәkаrim ŞirаziАyәtullаh Cәfәr Sübhаni

Tәrcümә еdәn:А. Turаn


[1]“Nəcm” surəsi, ayə: 4-5.

[2]“Üsuli-kafi”, keçmiş çap, səh. 110.

 

Tags: SUALLARA CAVAB, İSLAMIN ƏSASLARI

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!