"RİZVAN.NET" YENİ DİZAYNINI TƏQDİM EDİR

:

Mərhəmətli Allahın adı ilə.
Allahın salamı və salavatı olsun rəsulu Həzrət Muhəmmədə və Onun pak ailəsinə.

www.RIzvan.Net – İslam Maarifi Jurnlaının dəyərli izləyicilərinin nəzərinə çatdırırıq ki, 2012-ci ildən öz fəaliyyətini başlayan saytımız vasitəsi ilə, cəmiyyətin dini maariflənməsi istiqamətində bu günədək (04 avqust 2016) 2000 (iki min)-ə yaxın məqalə, şəkil, audio və video materialları yayımlanmışdır.

Allahın köməyi ilə Rizvan.Net saytı fəaliyyət göstərdiyi müddət ərzində oxucuların diqqətini özünə cəlb etməyə müvəffəq olmuşdur. Göstəricilərə əsasən orta  hesabla gün ərzində 2000 (iki min) insan bu saytı ziyarət edir.
Əziz oxucular, bildiyiniz kimi Zilqədə ayının birinci günü, Həzrət İmam Museyi Kazim(ə)in sevimli qızı Həzrət Məsumə(əs)nin  və Zilqədə ayının onuncu günü isə yeddinci imamımızın əziz oğlu Həzrət İmam Riza(ə)nın doğum günüdür ki, bu günlər "KƏRAMƏT ON GÜNLÜYÜ" adlanır. Bu münasibətlə bütün Əhli-Beyt (ə) sevərləri səmimi qəlbdən təbrik edir, hamınıza dünya və axirət səadəti arzulayırıq. Həmçinin fürsətdən istifadə edərək, www.rizvan.net saytının yeni dizaynını hörmətli izləyicilərimizə təqdim edirik.
www.Rizvan.Net bu tarixdən etibarən yeni dizaynda fəaliyyətinə davam eəcəkdir. Ümid və dua edirik bundan sonra da İslam Maarifi Jurnalı virtual aləmdə uğurla xidmət edəcək və din xadimi olaraq öz təsisçiləri və idarəçilərini Tanrı dərgahında və İmam Zaman (əc) hüzurunda başı uca edəcəkdir.
Allahdan bütün səmimi və xeyirxah oxucularımıza cansağlığı və müvəffəqiyyət diləyirik.

Hörmətlə: REDAKSİYA

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!