BİZƏ ET ŞƏFAƏT, YA RÜQƏYYƏ (əs)!

:

Seyid İbrahim Dəməşqinin üç qızı var idi. Onların hər üçü eyni yuxunu üç gecə ardıcıl olaraq gördü. O yuxuda Seyid İbrahimin qızlarına deyilmişdi: atanıza deyin valiyə desin ki, qəbrimi su basıb və əziyyət çəkirəm, gəlin qəbrimi təmir edin.

Atası bu yuxuya bir o qədər də reaksiya vermədi amma dördüncü gün seyid İbrahim öz o yuxunu gördü ki, xanım onu qınayaraq xitab edir və buyurur: “Nə üçün valiyə xəbər vermədin?”
Seyid İbrahim yuxudan ayılır və səhər tezdən şəhərin valisinin yanına gedərək macəranı ona danışır. Vali şəhərin istər şiə istərsə də süüni alim və salehlərinə fərman verir ki, qüsl edib təmiz paltarda hərəmə gəlsinlər və kimin əli ilə hərəmin qapısı açılarsa qəbri də o şəxs özü açacaq.
Hamı qüsl edib və təmizlik etdikdən sonra Hərəmin həyətində toplandı. Lakin qapının qıfılı seyid İbrahimin əlindən başqa heç kəsin əlində açılmadı. Külüngü əlinə alıb torpağa vurdular amma Seyid İbrahimin külüngünün zərbəsindən başqa zərbələrin heç biri təsirli olmadı. Hərəmi boşaltdılar və qəbri yardılar. Qəbri açanda o xanımın kəfənini tər təmiz görsələr də qəbrin ətrafını su basmışdı.
Seyid o xanımın şərif cəsədini öz dizləri üzərində üç gün ərzində saxladı. Yalnız namaz vaxtlarında pak bədəni ehtiramla yerə qoyar və namazı bitirən kimi yenə dizləri üstünə alar ona nəvaziş edərək o qədər ağlayardı ki, huşunu itirər və sonra özünə gələrdir və beləcə bu hadisə üç gün davam etdi, bu üç gündə Seyid İbrahim həm yemək yemədi, həm su içmədi və hətta bu günlər ərzində əsla yatmadı.
Bəli əzizlər bu pak bədən, həzrət Əba Əbdullahul Hüseynin (ə) üç yaşlı qızı həzrət Rüqəyyənin (s) bədəni idi və Seyid İbrahim üç gün üç gecə ah-nalə etməyə haqqı var idi. Çünki kiçik bir bədən başdan ayağa göyərmiş və yaralanmışdırsa ona ağlamayasan nə edəsən? Qulağı yırtılmış bir bədənə ağlamayasan nə edəsən? Saçları yanmış bədənə ağlamyasan nə edəsən? Bəli, Allaha and olsun ki, ah-nalə etmək lazımdır belə bir müsibətə.

ŞAİRİN DİLİ İLƏ
Ey vay, yaddan çıxan oxlanmış əsirə
Gecənin qaranlığında ovlanmış əsirə

Bu şəhərdən nə üçün doymağımı anlamışam
Qiyamətə, şallaq altında olan qollarımı saxlamışam

İşfəi ləna fil-cənnət Ya Rüqəyyə! –
Bizə et şəfaət ya Rüqəyyə!

Əziz və dəyərli izləyicilərimiz. Xanım Rüqəyyənin şəhadəti münasibətilə Rizvan.net saytının adından hamınıza bu müsibətli gündə başsağlığı deyir uca Allahdan o xanımın şəfaətinə nail olmamızı diləyirik. Allah bizi həqiqi əzadarlardan qərar versin.

 

Tags: ƏHLİ-BEYT (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!