RƏHMƏT OLAN VƏHDƏT HƏFTƏSİ MÜBARƏK

:

Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi. Ali İmran surəsi, 103-cü ayə

Ən gözəl kəlmələrdən biri də vəhdət və qardaşlıqdır. Bu vəhdət və qardaşlağı özündən öncəki peyğəmbərlər kimi bizim rəhmət Peyğəmbərimiz (s) də bizə ərməğan gətirdi. Həzrət Rəsulullah (s) mühacir (Məkkə müsəlmanları) və ənsar (Mədinə müsəlmanları) arasında qardaşlıq düyününü bağlamağa səslədi və ilk dəfə olaraq müsəlmanlar arasında vəhdət səsi fəryad edərək, Mədinəyə əks-səda salaraq ürək oxşayan ətrini bu şəhərin küçələrinə yaydı. İslami bağlılığın və birlik binasının özülü qoyularaq cahilliyin puç dəyərləri əvəzinə İslamın ali dəyərləri qoyuldu. 

Bəli, Peyğəmbər (s) Quran ayələrinə əsaslanaraq İslam cəmiyyətini Allahın sarsılmaz və qırılmaz ipinə bağlayaraq hamını Allaha bəndəçilik kölgəsi altında bir olmağa dəvət etdi. Müsəlmanlar da bu dəvəti qəbul edərək vəhdət uğrunda birləşib düşmənlərə qalib gəldi və çox keçmədi ki, qələbə sevinci onlara qucaq açdı.

Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Ali İmran surəsi, 103-cü ayə

İSLAM VƏHDƏTİ

İslam birliyi və vəhdəti müsəlmanların başı üzərində olan Allahın rəhmət çətiridir. O, elə bir çətirdir ki, müsəlmanların qəlbində olan nifrəti əridərək kin-küdurəti aradan apararaq qəlblərin saflaşmasına səbəb olur. 

Memarı əziz Peyğəmbərimiz (s) olan İslam vəhdəti, İslam dininin ardıcıl uğurlarının və qələbələrinin mühüm amillərindən biri olmuşdur. 

NƏ ÜÇÜN VƏHDƏT HƏFTƏSİ?

Əziz Peyğəmbərimizin (s) təvəllüd günü əhli-sünnə qardaşlarımızın mənbələrində Rəbiul-əvvəl ayının 12-də və şiə mənbələrində bu mübarək təvəllüdün Rəbiul-əvvəl ayının 17-də qeyd olunduğundan İran İslam inqilabının banisi Həzrət İmam Xomeyni (r) tərəfindən şiə və sünnilər arasında müsəlman vəhdətinin qorunması üçün bu həftə “Vəhdət Həftəsi” adlanmış və müsəlmanlar ittihada səslənmişdir. 

Allahın salamı olsun rəhmət peyğəmbəri Həzrət Muhəmməd Mustafaya (s)! Hansı ki, nifaqı vəhdətə və birliyə çatdıraraq, illər boyu uzanan düşmənçiliyi İslam qardaşlığına döndərdi. Yaşasın vəhdət və vəhdət həftəsi! Çünki bu həftədə əhd-peymanlar yenidən möhkəmlənir, biləklər bir-birinə sarılır, üzlər bir-birinə təbəssüm edir. Salam olsun Peyğəmbərə (s), salam olsun İslama!

عن النبی (ص): الجَماعَةُ رَحمَةٌ و الفُرقَةُ عَذابٌ

Həzrət Peyğəmbər (s) buyurub: Vəhdət rəhmət, təfriqə isə əzaba səbəb olur. (Nəhcül-fəsahə, 1323-cü hədis.)


Hörmətli saytımızın izləyiciləri! Fürsətdən istifadə edərək bu gözəl günlər münasibəti ilə hamınızı səmimi qəlbdən təbrik edir, Uca Allahdan sizlərə rəhmət diləyirik. Allah müsəlmanlara tezliklə qələbə nəsib etsin.

Mətni səsləndirdi: ŞƏRİFOVA TÜNZALƏ
You must have the Adobe Flash Player installed to view this player.

Tags: PEYĞƏMBƏR (s) , TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!