QƏDR GECƏSİ İTRƏT VƏ VİLAYƏT GECƏSİ

:

Min aydan üstün bir gecə məhz bu gecədir

“Qədr gecəsi1 (savab baxımından) min aydan daha xeyirlidir!” Bir gecə min otuz gündən, min aydan daha mühümdür. Nə üçün bir gecəyə bu qədər fəzilət vermişlər? Çünki Allahın bərəkəti bu ayda çoxdur. Bu ayda mələklərin nazil olması çoxdur. Bu gecə salam gecəsidir. “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)”2 Bu gecənin əvvəlindən sonunadək bütün anları  ilahi salamdır. “Rəhimli Rəbbdən (onlara) “salam” deyiləcəkdir”3.
Allahın rəhmət və fəziləti bəndələrinə nazil olur. Qədr gecəsi vilayət gecəsidir. Həm Quranın nazil olduğu gecədir, həm mələklərin İmam Zamana (əc) nazil olduğu gecədir, həm Quran gecəsi, həm də Əhli-beyt (ə) gecəsidir. Həm Quran gecəsi, həm itrət gecəsidir. Buna görə mübarək "Qədr" surəsi də vilayət surəsidir.
Qədr gecəsinin çox dəyəri var. Bütün ramazan ayı, gecələri və gündüzləri ülvidir. Əlbəttə, Qədr gecəsi ramazan ayının gündüzlərinə və gecələri ilə müqayisədə çox fərqlidir. Amma ramazan ayının gecələri və gündüzləri ilin digər gecə və gündüzlərinə nisbətdə çox fərqlidir.4

İLİN ƏN YAXŞI GECƏLƏRİ

Ən yaxşı fürsət ilin bəzi günləridir. Mübarək ramazan ayı da bu qəbildəndir. Ramazan ayı arasında isə Qədr gecəsidir.
Qədr gecəsi bu üç gecənin (ramazan ayının on doqquzuncu, iyirmi birinci və ya iyirmi üçüncü gecəsi) arasındadır. Mərhum Mühəddis Quminin nəql etdiyi bir rəvayətə görə, soruşuldu: "Bu üç gecənin - və ya iki gecənin, yəni iyirmi bir və iyirmi üçüncü gecənin - hansı Qədr gecəsidir?" Cavabında buyurdu: "İnsanın iki gecəni - və ya üç gecəni - Qədr gecəsi hesab etməsi nə qədər asandır". Üç gecənin arasında şübhəli olmasının nə əhəmiyyəti var? Üç gecə nə qədərdir ki? Elə insanlar olmuşdur ki, bütün ramazan ayını əvvəldən axıradək Qədr gecəsi hesab etmişlər və Qədr gecəsinin əməllərini həyata keçirmişlər. (Bu gecələrin) Qədrini bilin.5

Əziz və dəyərli möminlər! gördüyünü kimi din böyüklərimiz Qədr gecəsi haqqında dəyərli tövsiyyələr buyurmuşdur. Gəlin bu gecələrdə bütün müsəlmanlara və bir-birimizə dua etməyi unutmayaq. Allah ibadət və itaətlərinizi qəbul buyursun.

Qədr gecələri haqqında əlavə məlumat almaq istəyənlər aşağıdakı linklərə müraciət etsinlər.

QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ

QƏDR GECƏSİ HANSI GÜNDÜR

QƏDR GECƏSİ MİN AYDAN ÜSTÜNDÜR

RAMAZAN AYI İNSANLARA ALLAHI SEVMƏYİ ÖYRƏDİR


1. "Qədr", 3
2. "Qədr", 5 (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)
3. "Yasin", 58
4. Ali Dini Liderin Qum şəhərinin alimləri, tələbələri və müxtəlif xalq zümrələri ilə görüşdə çıxışı (1375.10.19)
5. Ali Dini Liderin Tehranda cümə namazı xütbələri (1369. 1. 10)

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!