QURANİ KƏRİMDƏ NӘSX - XI hissə

:

MÜTƏNİN HARAMLIĞINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRİN TƏHLİLİ
MÜTƏ AYƏSİNİN ALİMLƏR İCMASI TƏRƏFİNDƏN NƏSX OLUNMASI

Bəlkə də bəziləri mütə ayəsinin digər Quran ayələri və bu məzmunda nəql olunmuş bir çox rəvayətlərlə isbat olunduğunu güman edirlər. Lakin bu hökm müsəlman icma alimləri tərəfindən nəsx olunmuşdur.


Cavab:

Hər hansı bir məsələ ətrafında məsumun rəyini bilmədən icmanın verdiyi hökm heç bir etibar kəsb etməyəcəkdir. Bir qədər əvvəl bizə məlum oldu ki, Peyğəmbərin (s) həyatında və ondan sonra Ömərin xilafətinədək mütənin haramlığına dair heç bir hökm sadir olunmamışdır.

Səhvə yol vermələri tamamilə təbii olan bəzilərinin verdikləri fitvaları əsas tutaraq Quran ayələrini və Peyğəmbər (s) sünnətini kənara qoymaq nə dərəcədə düzgün olardı? Əgər bu düzgün üsul olarsa, Quran və mütəvatir hədis və rəvayətlərlə sabit olunan digər şəriət hökmlərini də nəsx etmək tamamilə mümkün olacaqdır.

Belə bir məntiqə əsaslanaraq asanlıqla deyə bilərik ki, şəriətin namaz, oruc, həcc və bu kimi vacib hökmləri alimlər icması tərəfindən nəsx olunmuşdur. Bir halda ki, heç bir müsəlman bunu qəbul etməyə hazır deyildir.

Bunu da qeyd etmək lazımdır ki, «Mütənin» haramlığına dair icma hər hansı bir hökm sadir etməklə heç bir səlahiyyətə malik deyildir. Çünki səhabələrdən bir çoxu, xüsusilə Əhli-beyt ilə həmrəy olanlar – o Əhli-beyt ki, Allah onları bütün eyb və nöqsanlardan, günah və çatışmamazlıqlardan uzaq etmişdir – mütənin haram olmasına dair verilmiş hökmə qarşı öz etirazlarını bildirmişlər.

Demək, mütənin haramlığına dair Ömərin buna dair verdiyi hökmdən başqa heç bir dəlil qalmır və hamıya məlumdur ki, Quran və Peyğəmbərin (s) sünnətinə tabe olmaq, başqalarının verdiyi hökmlərə tabe olmaqdan daha əsaslı və daha məntiqidir.

Tarixə nəzər saldıqda bunun şahidi oluruq ki, Ömərin oğlu AbdullaH həcc mütəsinə icazə verdiyi zaman bəziləri ona etiraz edərək deyir: Atan bunu haram etdiyi bir halda sən onu halal edərək atana qarşımı çıxmaq istəyirsən?

Abdullah onların cavabında deyir: Vay sizin halınıza Allahdan qorxmursunuzmu? Peyğəmbərə (s) tabe olmağınız lazımdır, yoxsa Ömərə?! (Musnәd Әhmәd ibni Hәnbәl 2-ci cild, 95-ci sәh) 

Nəticə:

Dediklərimizdən belə nəticəyə gəlmək olur ki, mütə hökmü nəsx olmamış və hələ də qüvvədə qalmaqdadır və Quranın bu kimi zəif və əsassız dəlillərlə nəsx olunması sadəcə qeyri-mümkündür.

Əl-Bəyan kitabından

Ardı var... 

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!