QURANİ KƏRİMDƏ NӘSX - XIII hissə

:

MÜTƏ BARƏDƏ YANLIŞ TƏSƏVVÜRLƏR
Mütə hökmünün heç bir Quran ayəsi, rəvayət, Peyğəmbərin (s) sünnəsi və icma tərəfindən nəsx olmadığı və hökmün hal hazırda qüvvədə qaldığı sübuta yetirilir.

Bu səbəbdən də bəzi qərəzli şəxslər müxtəlif vasitələrə əl ataraq Ömərin Quran ayələrinin və Peyğəmbər (s) sünnəsi ilə ziddiyyət təşkil edən verdiyi hökmü mənalandıraraq bəraət qazandırmağa cəhd göstərmişlər.

Biz burada nəsx mövzusunu dəyişərək tutulan əsassız mövzular haqda söhbət açmaq istəyirik. «Təfsirul-minarın» müəllifi öz kitabında yazır: «Mütə – qadın isməti və [daimi] evlənmə ilə ziddiyyət təşkil edir [xələl gətirir]. Çünki bu kimi evlənmədə kişinin cinsi ehtiyacını [şəhvətini] ödəməkdən və zinadan savayı başqa heç bir məqsədi [hədəfi] olmayır. Və beləliklə sözün əsl mənasında qadının iffət və həyasına xələl gəlir. Çünki ücrət [pul] alaraq hər gün özünü yad kişilərin ixtiyarında qoyan qadın təbii ki, iffət və şəxsiyyəti sual altına düşmüş olur. Belə bir qadın [şair təxəyyülünün] nümunəsinə çevrilir.

(Kurrətun huzifət bisəvaliğəti fətələqqəfəha riclun min riclin – O [qadın] qovqanda atılan topa bənzər və birindən başqa birisinin əlinə düşər).

O, həmçinin belə güman etmişdir ki, müvəqqəti evlənmə Muminun surəsinin 5-7-ci ayələri ilə ziddiyyət təşkil edir.

«Vəlləzinə lifurucihim hafizun illa əla əzvacihim əvma mələkət əymanukum fə innəhum ğəyru məlumin fəmənibətəğa vəraə zalikə fəulaikə humul addun – o kəslər ki, ayıb yerlərini [zinadan] qoruyub saxlayarlar.

Ancaq [zövcələri və cariyələri istisna olmaqla onlar zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü] qınanmazlar.

Bundan artığını istəyənlər [halaldan harama adlayaraq] həddi aşanlardır. [Allahın əmrini pozanlardır].»

Müəllif sonra yazır: Ömərin mütəni haram etməsi heç də onun öz şəxsi rəyi olmamışdır. Əgər o belə bir qərara gəlmişsə bu barədə hökmən Peyğəmbərdən (s) hədis və rəvayət eşitmişdir. Və əgər o mütəni öz şəxsi rəyi əsasında yasaq etmişsə, onun bundan əsas məqsədi hökmü əvvəlcədən qanuniləşdirmək deyil, birinci qadağanı elan etmək və ya onu icra etmək olmuşdur.

Müəllif bunu deməklə kitabının əvvəlində dediklərini ya unutmuş, ya da qulaq ardına vurmuşdur. Çünki o kitabının ilk fəsillərində Ömərin ictihad edərək müətənin haram olmasına dair hökm verməsinə və səhabənin onun çıxardığı hökmlə həmrəy olduqlarına işarə edir. (Tәfsirul-minar 13-16-cı sәh) 

Müəllif:

Bu yalnış təsəvvürün cavabında deyirik:

1. Müvəqqəti evlənmənin qadın ismətinə xələl gətirməsinə gəldikdə deməliyik ki, müəllif müvəqqəti həyat yoldaşının qeyri-qanuni olduğunu təsəvvür etmişdir. Bu səbəbdən də mütəni zina adlandırmışdır. Bir qədər əvvəl bu fərziyyənin əsassız olduğuna işarə edərkən qeyd etdik ki, müvəqqəti evlənmə də tamamilə qanuni və əsaslıdır. Lakin bağlanılan əhd-peyman hər şeydə olduğu kimi burada da [evlənmədə də] bəzən daimi olur, bəzən də ehtiyacların ödənilməsi və günahlardan çəkinmək üçün müvəqqəti.

2. Müəllifin «Müvəqqəti evlənmənin [daimi olmayan] həyat yoldaşlarının ismət və ayıb yerlərini qorumaq tamamilə ziddiyyət təşkil edir» deməsi ilə iddiasının əsassız olduğu bir daha bəlli olur. Çünki müvəqqəti həyat yoldaşlarının da, daimi həyat yoldaşı kimi qanuni olduğu sübuta yetirildikdən sonra artıq belə bir iradın tutulması tamamilə əsassızdır.

3. Müəllifin mütə olunmuş qadını icarə olunmuş qadına və çovqan topuna bənzətməsinə gəldikdə isə, deməliyik ki, əgər belə bir irad əsaslı olarsa Peyğəmbərin (s) zamanına da şamil olmalıdır. Çünki hamıya məlumdur ki, Peyğəmbərin (s) zamanında mütə hökmü qüvvədə olmuş və müsəlmanlar tərəfindən buna əməl olunmuşdur. Belə ki, əgər hər hansı bir iş nalayiq və xoşagəlməz olarsa bu müəyyən dövrə deyil, bütün zamanlara şamil olmalıdır.

Təəccüb doğuran budur ki, müəllifin yalnız həqiqəti bəyan etməsi və məsələyə məzhəb təəssübü hissi ilə yanaşılmamasını iddia etməsidir.

Lakin bu bir həqiqətdir ki, onu buna vadar edən məhz məzhəbi təəssüb hissi olmuşdur. Belə ki, o Quranın, Peyğəmbərin (s) sünnəsini və icmanın verdiyi qəti hökmü rədd edərək buna tənqid gözü ilə baxır.

Bunu da əlavə etmək lazımdır ki, müəllif qadının müvəqqəti evlənmədə bir kişidən başqa birisinə getməsinə təhqir gözü ilə baxaraq bunu yol verilməz hesab edir. Və belə bir məntiqə əsasən qadının təlaq verərək başqa birisi ilə əqd bağlamasını və kənizlərin alqı-satqısına da gərək təhqir gözü ilə baxaraq, bunu da yol verilməz hesab edək. Bir halda ki, müsəlman bu kimi məsələlərə heç bir irad tutmamışdır. Lakin görünür «Təfsirul-minarın» müəllifi bu kimi iradların tutulmasında başqalarından istisna olmuşdur. Çünki o mütəni halal hesab etmədiyi kimi, köləliyə də [kölə saxlamağa] mənfi gözlə baxır. Onun fikrincə kölə saxlamağın [cəmiyyətə] bir sıra mənfi təsiri vardır və islam alimləri bu məsələyə göz yumaraq onun mənfi təsirlərini bəyan etməmişlər. Müəllifin bütün islam alimlərinin nəzəri ilə müxalif olan iddialarından biri də budur ki, əgər daimi evlənmədə əvvəlcədən təlaq nəzərdə tutularsa, belə bir nikah qeyri-şəri və batildir.

4. Daha da təəccüb doğuran burasıdır ki, Ömər mütənin yasaq olunmasını öz şəxsi rəyi olduğunu etiraf etdiyi bir halda, müəllif bunu müxtəlif yollarla yozmağa cəhd göstərir və hökmün xəlifənin şəxsi rəyi olmadığını sübuta yetirməyə cəhd edir. Bir halda ki, belə bir yozumun heç bir əsası yoxdur. Çünki xəlifənin bu ictihadı Peyğəmbərin (s) buyuruq və ya buyuruqlarındakı ictihadla tam ziddiyyət təşkil etmişdir. Yəni öz şəxsi ictihadı ilə Peyğəmbərin (s) buyuruqlarından yasaq hökmünü çıxarmış və onu elan etmiş, ya da [kimlər tərəfindənsə] mütənin yasaq olunmasına dair hədis və rəvayət nəql olunmuşdur. Hər halda bu üç [və eyni zaman batil] haldan xaric deyildir. Yasaq hökmünə dair Peyğəmbərdən (s) nəql olunmuş rəvayətə gəldikdə isə, biz bunu iki səbəbdən batil etməliyik.

Bir tərəfdən ona görə ki, Ömərin yasaq hökmünün öz şəxsi rəyi olduğunu bəyan edən bir çox rəvayətlərin zahiri mənası ilə uyğun gəlmir.

Digər tərəfdən isə «mütə hökmü Ömərin xilafətinin son illərinədək qüvvədə olmuş, lakin sonralar xəlifə tərəfindən yasaq olunmuşdur» və bu məzmunda nəql olunmuş bir çox rəvayətlərin məzmunu ilə ziddiyyət təşkil edir.

Doğrusu Ömər, Əbu Bəkrin xilafət dövründə harda idi ki, Peyğəmbərdən (s) mütənin yasaqlığı haqda nəql olunmuş bu rəvayəti ortaya çıxarmadı?! Bütün bunlarla yanaşı bunu da qeyd etmək lazımdır ki, Ömərin nəql etdiyi rəvayət «vahid xəbər» halında nəql olmuşdur və bildiyimiz kimi Quranın nəsx olunması vahid xəbərlə sübuta yetirilmir. Ömərin ictihadı, Peyğəmbərin (s) yasaq hökmündən qaynaqlandığının iddia olunmasını da bir neçə səbəbdən əsassız hesab edirik.

1. Əvvəla ona görə ki, bu iddia əshabın bir çoxunun mütə hökmünün Peyğəmbərin (s) həyatının sonunadək qüvvədə olduğunu təsdiq etməsi ilə ziddiyyət təşkil edir.

2. Bütün bunlarla yanaşı hər iki ehtimal xəlifənin «Peyğəmbərin zamanında halal olan hər iki mütəni mən sizlərə yasaq edirəm, kim buna əməl edərsə bundan belə cəzalandırılacaqdır!» deməsi ilə də tamamilə ziddiyyət təşkil edir. Buradan belə bir qənaətə gəlmək olur ki, mütənin yasaq olunmasının Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş rəvayət və onun buyuruqlarından çıxarılan nəticə [ictihad] ilə heç bir bağlılığı yoxdur.

Demək xəlifənin verdiyi yasaq hökmünü Quran və Peyğəmbərin (s) sünnəsi ilə müxalif olan şəxsi ictihaddan savayı bir şey adlandırmaq olmaz. Belə bir ictihad isə batil və istinad olunmazdır.

Bu səbəbdən də əhli sünnə həcc mütəsinin və müvəqqəti evlənmənin yasaq olunmasında xəlifə Ömərin ictihadına göz yumaraq verdiyi hökmə tabe olmuşlar. Bir halda ki, müsəlmanlar Peyğəmbərin (s) buyuruqlarına tabe olmalı, o Həzrətin sünnəsinə və verdiyi hər bir hökmə müxalif olan ictihad və şəxsi rəyləri kənara qoymalıdırlar.

Əhzab surəsinin 36-cı ayəsində bu haqda buyurulur:

«Və ma kanə limuminin vəla muminətin iza qəzəllahu və rəsuluhu əmrən ən yəkunə ləhumul xiyərətu min əmrihim – Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək [ayrı cür hərəkət etmək yaraşmaz].»

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə buyurulur: «Mən Allahın halal etdiyi şeylərdən savayı nə bir şeyi halal etdim, nə də Onun haram etdiklərindən savayı bir şeyi haram etdim.» (Təbəqat (İbni Səd) 4-cü cild, 12-ci səh.)

Başqa bir yerdə buyurur: «And olsun Allaha! Mənim ağzımdan haqdan savayı bir şey xaric olmayır.» (Әttaг 1-ci cild, 66-cı sәh) 

Bu bir həqiqətdir ki, Peyğəmbərin (s) Allah tərəfindən buyurduğu hər bir kəlam haqdan savayı bir şey deyildir. Lakin Fazil Qumi bu həqiqətə göz yumaraq xəlifəni üzürlü hesab edərək deyir: Belə bir müxalifəti Ömər üçün irad tutmaq olmaz. Çünki ictihad məsələsində müctəhidin başqa bir müctəhid ilə müxalif olması tam adi bir haldır. (“Tәcrid”in şәrhi. Imamәt fәsli) Amədi deyir: Bizim alimlər Peyğəmbərin (s) haqqında açıq-aşkar ayə olmayan məsələlər haqda ictihad edib-etməməsi barədə müxtəlif fikirlər irəli sürmüşlər. Əhməd ibni Hənbəl və Qazi Əbu Yusifin fikrincə Peyğəmbər bu kimi hallarda öz ictihadına əməl edərdi. Şafei də öz kitabında bu barədə qəti fikir irəli sürmədən bu fərziyyəni təstiq edir. Şafeinin, Qazi Əbdül Cabbar və Əbdül Həsən Bəsrinin tərəfdarlarının bəziləri də bu fikirdə olmuşlar. Amədi sonra əlavə edərək deyir: Mənim fikrimcə bu nəzəriyyə tamamilə düzgündür. Çünki Peyğəmbərin (s) ictihad etməsinin də əqli baxımdan heç bir nöqsanı yoxdur. Bizə gəlib çatan rəvayətlərdə də ictihadın bu növü sabit olunmuşdur. Peyğəmbərin (s) ictihadını qəbul edən şəxslər onun ictihadda səhvə yol verib-verməməsi barədə müxtəlif fikirlər irəli sürmüşlər. Onlardan bəziləri Peyğəmbərin (s) öz ictihadlarında səhvə yol verməsini qeyri-mümkün hesab edirlər. Lakin onların əksəriyyəti, yəni Hədis, Hənbəli, Cəbai və Mötəzilə məzhəbinin tərəfdarları Peyğəmbərin (s) öz ictihadlarında səhvə yol verdiyinin mümkün olduğunu hesab etmişlər. Bu şərtlə ki, o yol verdiyi səhvləri təkrar etməmişdir. Amədi axırda deyir: Mənim fikrimcə haqq onlarladır. (Әhkam fi usulil еhkam, 4-cü cild, 222-ci sәh) 

NƏTİCƏ

Dediklərimizdən belə qənaətə gəlmək olur ki, mütə ayəsi (daha dəqiq desək, mütə hökmü) nəsx olunmadan öz qüvvəsində qalmaqdadır. Və bəzilərinin etiraf etdikləri kimi, xəlifə Ömər və onun tərəfdarlarının verdikləri yasaq hökmü, Quran ayələrinin müqabilində ictihad və əldə olunan nəticədir. Lakin nə etməli, onlar xəlifələrinin verdikləri hökmə tabe olmağı Peyğəmbərin (s) sünnəsinə tabe olmaq kimi lazım və zəruri hesab edirlər. (Fәгinin Muntәгiyә yazdığı haşiyә, 2-ci cild 519-cu sәh) 

Və bu barədə ən gözəl sözləri Ömərin oğlu Abdullah və Təfsirul minarın müəllifi şeyx Məhəmməd Əbduh demişlər.

Abdullah ibni Ömər deyir: Peyğəmbərin (s) buyuruqlarına tabe olmalı, ya Ömərin dediklərinə?!

Şeyx Məhəmməd Əbduh isə öz təfsirində bu barədə (Əttəlaqu mərrətan [Rici] təlaq vermə [boşama] ayəsinə istinad edir.

Əl-Bəyan kitabından

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!