QURANİ-KƏRİMDƏ MÖMİNLƏRİN XÜSUSİYYƏTLƏRİ

:

Fərdi və ictimai baxımdan möminlərin xüsusiyyətləri aşağıdakılardır:
Fərdi xüsusiyyətlər:
1. Allaha təvəkkül etmək;1
2. Allahı yad edərkən qəlbləri titrəyər;2
3. Vacib əməlləri (xüsusilə namazı) vaxtlı-vaxtında yerinə yetirmək;3

4. İffətli olmaq və zinadan qorunmaq;4
5. Namazlarında hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha bağlı olmaq və Onun dərgahında kiçilmək;5
6. Yersiz və lüzumsuz işlərdən uzaqlıq;6
7. İlahi ayələri eşidərkən imanlarının artması.7

İCTİMAİ XÜSUSİYYƏTLƏR
1. Başqalarını yaxşı işlərə dəvət və çirkin işlərdən çəkindirmək;
2. Başqalarının maddi ehtiyaclarını təmin etmək;
3. Mömin qardaşlarla dostluq etmək;8
4. Camaatla təmkin və təvazökarlıqla davranmaq;9
5. Xeyirxah işlərdə hamıdan irəli keçmək;10
6. Kafirlərdən uzaqlaşmaq;11
7. Əmanətə sadiq qalmağa səy göstərmək;12
8. Əhd-peymana vəfalı olmaq;[13]9. Allahın Rəsuluna itaət etmək.14

İmam Sadiq (ə) bir rəvayətdə möminin səkkiz xüsusiyyətə malik olduğunu buyurmuşdur:
1. Çətinlik zamanı dözümlü və təmkinli olar;
2. Dünyanın ağır imtahanları, bəla və müsibətlərinə səbir edər;
3. Ruzi və rifahı geniş olarkən Allaha şükür edər;
4. Allah-Taalanın əta etdiyi ruziyə razı və qane olar;
5. Düşmənlərə zülm və təcavüz etməz;
6. Öz yükünü dostlarının üzərinə atmaz, ya da dostluq xatirinə onların günahlarını öhdəsinə götürməz;
7. Vücudu Allaha itaət və insanlara xidmətdə əziyyət çəkər;
8. Camaat onun əlindən əmin-amanlıqda olar.
O həzrət rəvayətin sonunda buyurmuşdur: “Möminin elmi onun dostu və yardımçısı, helmi və səbri yolgöstərən və məsləhətçisi, əqli əməllərə əmr edəni, rəftarı gücü və qardaşı, yaxşılığı mehriban və qayğıkeş atasıdır.”15


1. “Ənfal” surəsi, ayə 2.
2. “Ənfal” surəsi, ayə 2; “Tövbə” surəsi, ayə 51.
3. “Muminun” surəsi, ayə 9.
4. “Muminun” surəsi, ayə 5.
5. “Muminun” surəsi, ayə 2.
6. “Muminun” surəsi, ayə 3.
7. “Ənfal” surəsi, ayə 2.
8. “Tövbə” surəsi, ayə 71.
9. “Fürqan” surəsi, ayə 63.
10. “Muminun” surəsi, ayə 59.
11. “Mücadilə” surəsi, ayə 22.
12. “Muminun” surəsi, ayə 8.
13. “Muminun” surəsi, ayə 8.
14. “Ənfal” surəsi, ayə 1.
15. “Səfinətül-bihar”, 1-ci cild, səh. 37.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!