QURANİ-KƏRİMDƏ MÜNAFİQLƏR

:

Quran baxımından münafiqlər və möminlərin əqidəsi onların rəftar və ruhiyyələrində necə aşkarlanır?

ƏQİDƏLƏRİN AŞKARLANMASI
Əmirəl-Möminin Əli (ə) buyurmuşdur: “Möminin əqidəsi (imanı) və kafirin inkarı (küfrü) rəftar və əməllərində müşahidə olunur.”1 İnsanların əməl və rəftarları Allah, vəhy, risalət və dini məsələlərə mərifət əsasında aşkarlanır və onlar vasitəsilə əqidələri aşkar olur.
İndi isə Qurani-Kərim baxımından münafiqlərin, kafir və möminlərin xüsusiyyətlərinə diqqət yetirin:

MÜNAFİQLƏRİN XÜSUSİYYƏTLƏRİ
Ərəb ədəbiyyatında “nifaq” sözü “gizlətmək”, “küfr etmək” və “zahirdə imanlı olmaq” mənasını bildirir. Qurani-Kərimdə də zahirdə İslamı qəbul edib batində küfr etmək münafiqlərin xüsusiyyətlərindən sayılır. (Əqidədə yaranan) bu nifaq əməldə aşağıdakı xüsusiyyətlərə malikdir:

Münafiqlərin siyasi xüsusiyyətləri:
1. Dinə etinasız şəxslərlə dostluq etmək;2
2. Vilayət məqamından üz çevirmək;3
a) Dini hakimiyyəti qəbul etməmək;4
b) vilayət göstərişlərinə əks çıxmaq;5
3. Fürsətdən istifadə etmək;6
4. Möminləri təhqir etmək;7
5. Fitnə-fəsad törətmək;8
6. Psixoloji ixtilaf yaratmaq;9
7. Günahları yozmaq.10

Münafiqlərin psixoloji xüsusiyyətləri:
1. Özlərini böyük şəxsiyyət hesab etmək;11
2. Qorxu içində olmaq;12
3. İztirab və həyəcan keçirmək;13
4. İnadkarlıq;14
5. Mənəvi süstlük;15
6. Nəfsin istəklərinə uymaq.16

Münafiqlərin əxlaqi xüsusiyyətləri:
1. Özlərini öymək:
a) yalan danışmaq və riya;17
b) yalandan and içmək;18
v) səhvləri yozmaq;19
q) zahiri xüsusiyyət və görünüşə diqqət;20
d) yalan vədələr vermək;21

2. Dini həqiqətləri gözdən salmaq və şübhə yaratmaq.22

Münafiqlərin ictimai xüsusiyyətləri:
1. Özlərini imanlı göstərmək və islahat şüarları;23
2. İnsanları yaxşı işlərdən yayındırıb çirkin işlərə dəvət etmək;24
3. Paxıllıq;25
4. Möminlərdə eyib axtarıb onlara lağ etmək;26
5. Bədxahlıq – başqasının başına gələn bəla və müsibətə sevinmək;27
6. Kin-küdurət.28

ƏXLAQDA NİFAQ VƏ İKİÜZLÜLÜK
Əxlaqda ikiüzlülük dini hökmlərdə iltizamlı olmamaqdır. Bu həm insanda, həm də cəmiyyətdə öz təsirini göstərir.29 İmam Əli (ə) əxlaqda ikiüzlülük barəsində buyurmuşdur: “İnsanın ən aşkar nifaq və ikiüzlülüyü başqasını itaətə əmr edib günahdan çəkindirdiyi halda, özünün itaət etməməsi və günahdan çəkinməməsidir.”30
Həzrət Peyğəmbər (s) də buyurmuşdur: “Dörd xüsusiyyətə malik olan şəxs münafiqdir: yalan danışmaq, verdiyi vədə sadiq qalmamaq, əhd-peymanı pozmaq və (başqalarına) qələbə çaldığı zaman günah işlərə əl atmaq.”31

KAFİRLƏRİN XÜSUSİYYƏTLƏRİ
Münafiqlərin və möminlərin xüsusiyyətlərini nəzərə alsaq, kafirlərin fərdi və ictimai xüsusiyyətləri məlum olar. Quran ayələrində işarə olunan bu xüsusiyyətlərin bəzilərini qeyd etməyi münasib görürük:

1. Dinin yayılmasına mane olmaq üçün mal-dövlət xərcləmək;32
2. İlahi nişanələrə istehza;33
3. Batil bir işə görə yersiz mübahisə etmək;34
4. Haqqı tapdamaq;35
5. Qurana iman gətirməmək;36
6. İlahi əmrlərdən üz çevirmək;37
7. Yersiz etirazlar;38
8. Həzrət Peyğəmbərə (s) istehza etmək;39
9. Nəfsin istəklərinə uymaq;40
10. Əqlə tabe olmamaq.41

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. “Üsuli-kafi”, 1-ci cild, səh. 76.
2. “Mücadilə” surəsi, ayə 14.
3. “Nur” surəsi, ayə 47-48.
4. “Nisa” surəsi, ayə 60-61; “Münafiqun” surəsi, ayə 7.
5. “Nur” surəsi, ayə 62-63.
6. “Nisa” surəsi, ayə 141; “Əhzab” surəsi, ayə 19-20.
7. “Hud” surəsi, ayə 27; “Şüəra” surəsi, ayə 111; “Tövbə” surəsi, ayə 79.
8. “Tövbə” surəsi, ayə 47-48.
9. “Əhzab” surəsi, ayə 13.
10. “Nisa” surəsi, ayə 62-63.
11. “Münafiqun” surəsi, ayə 5; “Bəqərə” surəsi, ayə 206.
12. “Əhzab” surəsi, ayə 8-35.
13. “Tövbə” surəsi, ayə 56 və 64.
14. “Bəqərə” surəsi, ayə 18; “Əraf” surəsi, ayə 179.
15. “Nisa” surəsi, ayə 108 və 142; “Tövbə” surəsi, ayə 54.
16. “Mühəmməd” surəsi, ayə 16.
17. “Münafiqun” surəsi, ayə 1; “Bəqərə” surəsi, ayə 11-12.
18. “Münafiqun” surəsi, ayə 2; “Tövbə” surəsi, ayə 56.
19. “Tövbə” surəsi, ayə 42.
20. “Münafiqun” surəsi, ayə 2; “Bəqərə” surəsi, ayə 204.
21. “Tövbə” surəsi, ayə 75-77.
22. “Əhzab” surəsi, ayə 12; “Ali-İmran” surəsi, ayə 154.
23. “Nur” surəsi, ayə 47.
24. “Tövbə” surəsi, ayə 67.
25. “Tövbə” surəsi, ayə 67; “Əhzab” surəsi, ayə 19; “Münafiqun” surəsi, ayə 7.
26. “Bəqərə” surəsi, ayə 14; “Tövbə” surəsi, ayə 79.
27. “Ali-İmran” surəsi, ayə 120; “Nisa” surəsi, ayə 72; “Tövbə” surəsi, ayə 50.
28. “Ali-İmran” surəsi, ayə 118.
29. “Biharul-ənvar”, 72-ci cild, səh. 108.
30. “Qürərül-hikəm”, hədis: 3214.
31. “Xisal”, Şeyx Səduq, səh. 254. Nifaq və onun xüsusiyyətləri barəsində bax: “Mənşuri-cavid”, Cəfər Sübhani, 4-cü cild, səh. 9-178; “Əl-mizan”, 2-ci cild, səh. 96-97, 9-cu cild, səh. 325, 5-ci cild, səh.116-118, 19-cu cild, səh. 278.
32. “Ənfal” surəsi, ayə 36.
33. “Ğafir” surəsi, ayə 81.
34. “Kəhf” surəsi, ayə 56.
35. “Kəhf” surəsi, ayə 56.
36. “Səbə” surəsi, ayə 31.
37. “İnşiqaq” surəsi, ayə 3.
38. “Əl-mizan”, 15-ci cild, səh. 222.
39. Yenə orada.
40. Yenə orada.
41. Yenə orada.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!