FATİMƏ FATİMƏDİR! (2)

:

Peyğəmbər (s) buyurur: “Fatimə Cənnət xanımlarının xanımıdır  (seyyidəsidir).” (“Səhih Buxari”, c.5, s.36, Beyrut çapı) Peyğəmbərin (s) hədisinin mənası budur ki, Fatimə iki dünya qadınlarının xanımıdır.

Məlumdur ki, Cənnət əhli təkcə Mühəmmədin (s) ümmətindən deyildir, əksinə başqa ümmətlərin salehləri də orada olacaqdır. Peyğəmbərin (s) Fatimənin Cənnət əhlindən olması xəbərini ümmətə çatdırması və Onun Cənnət xanımları arasında “seyyidə” məqamında olması onun böyük məqama layiq olduğunu göstərir.
Xanım Zəhranın (əs) Quranda paklığı haqqında Allah-Taalanın kəlamını nəzərdən keçirsək onun doğrudanda bu məqama layiq olduğunu dərk edirik. Ayişə rəvayət edir:  “Peyğəmbər (s.ə) bir gün bizə gəldi və onun əynində qara yundan olan əba var idi. Bir azdan Həsən ibn Əli gəldi, Peyğəmbər onu əbanın altına daxil etdi. Çox keçməmiş Hüseyn ibn Əli gəldi, o da əbanın altına girdi. Sonra Fatimə gəldi,  Peyğəmbər (s) onu da əbanın altına saldı. Sonra Əli gəldi, Peyğəmbər onu da əbanın altına salıb dedi: “Həqiqətən, Allah siz (Peyğəmbərin) Əhli-beytindən hər cür (növ) pisliyi təmizləmək və pak etməyi iradə etmişdir.” (“Əhzab”, 33)
Bu hədis Səhih Muslim c. 2, səh. 880, 1656-cı hədisə istinadən 2000-ci il də Səudiyyə Ərəbistanında Darus-salam nəşriyyatında çap olunmuşdur. Peyğəmbərin (s) buyurduğuna əsasən Fatimə (əs) Cənnət qadınlarının seyyidəsidir. Deməli bu məqam Allah-Taala tərəfindən Fatimənin təqvası və Allah yanında olan məqamına görə ona verilmişdir. Digər tərəfdən Allah-Taala tərəfindən onun paklığına şəhadət verilirsə, necə ola bilər ki, bir qrup insan ona şəkk etsin və bu şəkkini müxtəlif yollarla büruzə versin. Görəsən belə adamlar Qurandan xəbərdar deyillərmi?
İndi tarixi bir hadisəyə diqqət yetirməyinizi xahiş edirəm, sonra siz insafla hökm edin! Peyğəmbər (s) vəfat edəndən sonra Əbu Bəkr və Ömər ibn Xəttab siyasi iyrənc planlarını həyata keçirmək üçün bu qərara gəldilər ki, Peyğəmbər(s)dən Fatiməyə hədiyyə olan “Fədək” bağlarını hər yolla olursa olsun ondan alsınlar. Hz. Əli (ə) və Xanım Fatimə (əs) dünya malından az bir tikə ilə kifayətlənirlər və camaat isə dünyaya nökərdir.  Fədəyin onların əllərində qalması “xəlifənin” planlarının həyata keçməsi üçün əsas maneə idi. Əli və Fatimə “Fədəy”in gəlirini mümkündür onların xilafətlərinin əleyhinə istifadə etsinlər. Beləliklə Fədəyin alınmasını şeyxlər qərara aldılar.

Fatimə (əs) onların bu zülmünün qarşısında etiraz edəndə, Əbu Bəkr cavabında iddia etdi ki, guya Peyğəmbərdən (s) eşidib ki, peyğəmbərlər özlərindən sonra irs qoymurlar və onlardan hər nə qalsa, sədəqədir. Fatimə xəlifənin bu iddiasının yersiz, Allaha və Peyğəmbərə qarşı iftira olduğunu gördükdə özünə müqəddəs vəzifə bildi ki, zülmün müqabilində etiraz səsini ucaltsın. Buyurdu: “Ey Əbu Quhafənin oğlu! Məgər Allahın kitabında yazılıb ki, sən atandan irs aparasan, amma mən atamdan irs aparmayım? Necə olur ki, Allah-taala Quranda buyurur: “Süleyman atası Davuddan irs apardı.” Həzrət Zəhra (s.ə) Əbu Bəkrin bu iddiasını Allahın kitabından dəlil gətirməklə alt-üst etdi.
Rəsulullah (s) buyurmuşdur: “Əgər məndən sizə bir hədis nəql etsələr onu Allahın kitabı ilə tutuşdurun. Əgər Allahın kitabı ilə uyğun olsa qəbul edib ona əməl edin. Əgər Allahın kitabı ilə uyğun olmasa onu divara çırpın”. Bu hədisə diqqət edin. Əbu Bəkrin bu hədisi Allahın kitabı ilə zidd olduğu halda nə cür olur ki, onu qəbul edirlər, amma Fatimənin Allahin kitabından gətirdiyi dəlili qəbul olunmur?
Doğrudanda maraqlıdır Əbu Bəkr hansı əsasla peyğəmbərlərin irs qoymadıqlarını iddia edib? Ya burada (əstəğfirullah) Allah özü insanları azdırıb (bu mümkün olası deyil), ya Peyğəbmbər (s) Qurandan xəbərsiz olub (bu da mümkün deyil, çünki Allah-taala Peyğəmbər haqqında Quranda buyurur ki, “Peyğəmbər özundən heç bir söz demir, Onun bütün dedikləri Allah tərəfindən Ona göndərilən vəhydir.” Deməli burada bir ehtimal qalır ki, o da Əbu Bəkrin yalan danışmasıdır. Bəzi nadanlar Əbu Bəkrin bu hərəkətini yozmağa çalışıb onun bu əməlini İslam ümmətinin qorunması  üçün Fədəkə ehtiyacı olduğu kimi qiymətləndirməyə çalışıblar. Onlardan sual olunur məgər bu yalanı danışmağa Əbu Bəkr məcbur idi? Əgər əvvəldən öz əməlinin səbəbini izah etsəydi yaxşı olmazdımı? Amma bununla belə məlum olur ki, Əbu Bəkrin bu hərəkətindən məqsəd deyilənlər olmayıb. Əbu Bəkr Fatimədən (s.ə) gözləmədiyi cavabı eşitdikdən sonra ondan “şəri şahid” (yəni iki şahid) gətirməsini tələb etdi. Burada belə bir sual yaranır, paklığına Allahın şəhadət verdiyi insandan şahid tələb etməyin mənası nədir?
Cavabı yalnız bu ola bilər: “Mən heç kimin, hətta Allahın da şəhadətini qəbul etmirəm.”
Mənim üçün insanların şəhadəti Allahın şəhadətindən də üstündür. Belə olan halda Əbu Bəkrə “Siddiq” ləqəbinin kim tərəfindən verilməsində şübhə yaranır. Guya o, dostu Mühəmməd (s) nə deyirdi, onun sözünü qəbul edib, doğruluğunu təsdiq edirdi. Bəs nəyə görə Həzrətin canının bir hissəsi olan Zəhranın doğruluğunu qəbul etmədi? Əbu Bəkrin Fatimədən şahid gətirməsini tələb etməsinin mənası budur ki, mən sənə inanmıram çünki sən yalan danışırsan. Digər tərəfdən bu çox mahir surətdə işlənmiş hiylə idi. təkzib etmək üçün elə Buxariyə də mürüçiət edək. Mövzumuza davam etməzdən öncə lazım bilirəm ki, oxucunun diqqətinə çatdırım ki, müsəlmanlar yekdilliklə Fatimeyi-Zəhranın təqvasına və zahidliyinə etiqad edirlər. O, həyat yoldaşı, övladları Həsən (ə) və Hüseyn(ə)lə birgə fəqirə, yetimə və əsirə yeməklərini verməklə onları özlərindən üstün tutub Allah yanında məqam sahibi oldular. “İnsan” surəsinin 8-ci ayəsinin bariz nümunəsinə çevrildilər: “Onlar özlərinin yeməyə ehtiyacları olduğu halda miskinə, yetimə və əsirə verirlər”. Buna oxşar çox yerlərdə Əhli-beytin Allah yolunda fədakarlıqları göstərir ki, Fatimənin Fədəyi tələb etməsi o bağlara sahib olmaq kimi qimətləndirilməməlidir. Əslində istəyirdi bütün müsəlmanlara göstərsin ki, Peyğəmbərin (s) yerində oturan şəxs Allahın dini ilə müxalifət edib Rəsulullahın yeganə varisi olan qızına verdiyi bağı qəsb edib. Deməli, camaat agah olun ki, xilafətinin birinci günündə Peyğəmbərin (s) qızına zülm edəndə gələcəkdə digər müsəlmanların halına vay olsun! Fatimə Əbu Bəkrə qaziliyə layiq olan bir şəxs kimi müraciət etməyib. Onun xilafətini qəbul etməyib və heç vaxt ona beyət də etməyib. O Əbu Bəkrin evinə getməyib. Əbu Bəkr məsciddə olanda səhabələrin toplandığı zaman ora gedərək özünün tarixi lərzəyə gətirən xütbəsini deyib,onlarin Əmirəl-mömininin (ə) xilafətinin qəsbinə və onların zülmlə Fədəyi müsadirə etdiklərinə etiraz etdi. Əhli-sünnənin böyük alimi Hakim Nişaburi öz kitabında Fatimənin ismətinə dəlalət edən hədisi “Allah Fatimənin razılığı ilə razı və onun qəzəbi ilə qəzəblənir.” – nəql edərək o hədisi səhih adlandırıb. (“Müstədrək”, c.3, səh.154)
Misvər ibn Məxrəmə Peyğəmbərdən (s) nəql edir: “Fatimə mənim canımın bir parasıdır, hər kim onu qəzəbləndirsə məni qəzəbə gətirmişdir.” (Səhih” Buxari, c.5, səh.36, Beyrut çapı) Qeyd etmək lazımdır ki, əhli-sünnə alimləri Fatimənin qəzəbi haqqında Peyğəmbərdən (s) nəql olunmuş hədislərin səhıhliyinə etiraf edirlər. Lakin bununla belə yenə də o hədislərin dəlaləti haqqında müxtəlif izahatlar verməklə istəyirlər hədəfdən yayınsınlar. Onlar iddia edirlər ki, “Fatimə Əbu Bəkrdən “Fədəyi” istədi və xəlifə də onun tələbini rədd etdi. Nəticədə Fatimə qəzəbləndi. Deməli, onun qəzəbi dini olmayıb. Çünkü hər bir insan hədəfinə çatmadıqda təbiətən bu hal onda baş verir. Fatimə də bir müddət keçəndən sonra hirsi soyudu və xəlifənin hökmü ilə razılaşdı.”
Əziz oxucu indi isə bu iddianın nə qədər Allaha və Peyğəmbərə iftira olduğuna diqqət edin. Çünki bu iddia açıq aşkar “Əhzab” surəsinin 33-cü ayəsini inkar etməkdir. Ayədə buyurulur: “Həqiqətən, Allah siz (Peyğəmbərin) Əhli-beytindən hər cür (növ) pisliyi təmizləmək və pak etməyi iradə etmişdir.” Ayişənin “Səhih” Buxaridə nəql etdiyi rəvayətə əsasən ayənin bariz nümunəsindən biri də Fatimədir. Deməli, Fatimənin imanı kamildir.
Qurani-Kəimdə “Yasin” surəsinin 82-ci ayəsində buyurulur: “Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq: «Ol!» – deməkdir. O da dərhal olar.” Amma insanlarda əvvəlcə iradə və sonra isə o feli həyata keçirməsi baş verir.
Yaxşı əgər Allah-taala Fatiməni pak edibsə heç ola bilər ki, o, nəfsi istəklərə tabe olub qəzəbə gəlsin. Peyğəmbər (s) buyurur: “Allah qızım Fatimənin qəlbini çiyinlərinə qədər imanla doldurub.” Peyğəmbərin buyuruğuna görə, o, imanda kamala yetişmiş bir insandır.
Sünni və şiə tarixçiləri etiraf edirlər ki, Fatimə (s) ömrünün axırına qədər Əbu Bəkr və Ömərə qarşı qəzəbli oluğu halda dünyadan gedib. Çünki Fatimə xəlifənin əmrinin açıq-aşikar Allahın hökmünə qarşı olduğuna görə qəzəbə gəlmişdi. Bununla müsəlmanlara gləcəkdə böyük bəlaların baş verəcəyindən xəbər verirdi.                                            
Fatimənin hüzn və qüssəsinə şahid olan və insan qəlbini dağlayıb bəşəriyyəti lərzəyə gətirən ən mühüm sübut onun həyat yoldaşı Əmirəl-möminin Əliyə etdiyi vəsiyyətidir: “Mənə zülm edib haqqımı əlimdən alan o kəslərdən heç biri mənim cənazəmin üstünə gəlməməlidir. Çünki onlar mənim və Rəsulullahın düşmənləridirlər. Onlardan və onların tərəfdarlarından heç kimə mənə namaz qılmaqa icazə vermə. Qaranlıq düşüb gözlər yuxuya qərq olandan sonra məni dəfn et!”
Buxari “Səhih”ində deyir: “Əli Fatimənin vəsiyyətinə əməl edib onu gecə dəfn etdi. Amma nə qədər axtardılar onun qəbrini tapa bilmədilər.”
Olduqca dəhşətli və acınacaqlı haldır ki, ümmətinin səadət və əzəməti üçün bütün həyatın boyu zəmət çəkəsən, hətta ölüm vaxtı ümmətinin özündən sonrakı taleyi haqda rahat olmayasan, amma həmin ümmət səndən sonra qalmış yeganə qızın barəsində hər cür zülmü etməyi əlindən əsirgəməsin. Hətta böyük sünni alimlərinin kitabları Peyğəmbərin (s) Fatimə haqqındakı sifarişləri ilə doludur.
Peyğəmbər (s) buyurur: “Fatimə mənim canımın bir parasıdır. Mənim sizin aranızda ğoyduğum əmanətdir, onu hifz edin, Ona qarşı elə bir iş görməyin ki, sizdən narazı olsun. Əgər o, sizdən narazı olsa mən də sizdən narazı olacağam”.
Mir Seyyid Həmdani (Şafei) “Məvəddətul-qurba” kitabında nəql edir: “Peyğəmbər (s) buyurur: “Qiyamət günündə Fatiməyə əziyyət edənləri çox ciddi mühakimə edəcəyəm. Fatmənin razılığı mənim razılığım, Fatimənin qəzəbi isə mənim qəzəbimdir. Vay olsun o kəsin halına ki, mən ondan narazı və ona qarşı qəzəbli olum!”
İndi isə tarixə nəzər salaq, görək Peyğəmbər ümməti olduğunu iddia edən kəslər ondan sonra onun vəsiyyətini necə qulaq ardına vurub yeganə qızına olmazın əzablarını rəva gördülər. Hətta o dərəcəyə yetişir ki, Peyğəmbərin qəlbinin parası Allahdan ölüm arzulayır, gecə dəfn olunmasını və müxaliflərdən heç kimin orada iştirak etməməsini vəsiyyət edir.
Əziz oxucular! Sizdən sual edirəm: “bu qədər zülmdən sonra görəsən, Peyğəmbər sünnəsinə əməl edirik adı altında yeganə qızının ürəyinə dağ çəkənlər Qiyamət günündə Peyğəmbərin (s) hüzurunda hansı üzlə dayanacaqlar!?”

 

Tags: HƏZRƏT ZƏHRA (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!