MÜSLİMİN BALALARI

:

MÜSLİM İBN ƏQİLİN İKİ TİFİL BALASININ ŞƏHADƏTİ
"Qesseye Kərbəla"1  kitabı İmam Hüseyn (ə) şəhid olandan sonra, əsirlərin içində iki kiçik oğlan uşağının da əsir düşdüyünü yazır.

Buradan nəticə alırıq ki, bu iki uşaq İmam Hüseyn (ə) ilə birlikdə Kərbəlaya gəlib. Lakin Qəzvini "Rozətuş-Şuhəda" kitbında bu iki uşağı atası Müslim ibn Əqil ilə Kufəyə gəldiyini yazaraq bildirir ki, Übeydullah bin Ziyad, Müslimi şəhid etdikdən sonra uşağları da zindana saldırır.
"Qesseye Kərbəla" kitabı belə yazır: Elə ki, əsirləri Übeydullahın sarayına gətirirlər o zindanbanı çağıraraq bu iki uşağı zindana salmasını, uşaqlara sərin su verməməsini və zülm etməsini əmr edir. Bu iki uşaq zindanda gündüzlər oruc tutar gecələri isə zindanban onlara bir arpa çörəyi və bir kasa su gətirərdi. Bir il bu minvalla keçəndən sonra onlardan biri o birinə dei: qardaşım! Bir müddətdir ki, biz zindandayıq, ömrümüz hədər və canımız əziyyətdədir. Bu axşam zindanban gələndə özümüzü ona tanıdaq ola bilsin bizə ürəyi yanıb bizi azad etsin.
Elə ki axşam zindanban gəlib su və çörək gətirdi, balaca qardaş ona belə dedi: Ey şeyx! Məhəmmədi (s) tanıyırsanmı?
Cavab verdi: necə tanımayım?! O mənim peyğəmbərimdir.
Uşaq dedi: biz sənin peyğəmbərinin ailəsindən və Müslim ibn Əqil ibn Əbu Talibin övladıyıq ki, bir ildir zindanda sənin əlində əsirik, sən də bizə zindanda zülm edirsən.
Qoca zindanban çox narahat olub öz zülmünün əvəzini ödəmək üçün o iki uşağın ayaqlarını öpərək dedi: canım sizə qurban olsun ey Allah Rəsulunun (s) ailəsi, zindanın bu qapısı sizin üzünüzə açıqdır hara istəyirsiniz gedin. Sonra onlara iki çörək və bir küzə su verdi. Yolu onlara görsədib dedi: gecələr yol gedin, gündüzlər o qədər gizlənin ki, Allah sizə nicat versin.
O iki tifil zindandan çıxıb gedəndən sonra bir qoca qadının evinə çatıb dedilər: Biz iki qərib uşağıq və yolu bilmirik. Bu gecə bizi qonaq et sabah sübh gedərik.
Qoca xanım dedi: Əzizlərim! Siz kimsiniz ki, hər bir güldən daha ətirlisiniz?
Dedilər: biz Peyğəmbərin ailəsindənik və Übeydullahın zindanından qurtulmuşuq.
Qoca xanım dedi: Əzizlərim! Mənim çirkin əməli olan bir kürəkənim var ki, Kərbəla hadisəsində İbn Ziyadın tərəfdarlarından idi. Qorxuram o sizi görüb tanıyacaq və sizi qətlə yetirəcək.
Uşaqlar dedi: biz yalnız bu gecəni sizin yanınızda qalıb sübh çağı buradan gedəcəyik. Qoca arvad razılaşın onlara şam yeməyi hazırladı. Uşaqlar yeməyi yedikdən sonra yatmaq istəyəndə böyük qardaş kiçiyinə dedi: gəl bu axşamı bir-birimizin yanında yataq, qorxuram ölüm bizi bir-birimizdən ayırsın.
Gecədən bir qədər keçmişdi ki, qoca qadının kürəkəni evin qapısını döydü. Qoca qapıya gəlib kim olduğunu soruşdu. Qapının arxasından sənin kürəkənin deyə səs gəldi. Qoca ondan nə üçün bu qədər gec gəldiyini soruşduqda cavab verdi ki, vay olsun sənə tez qapını aç ki, ayaq üstə qalmaqdan yoruldum. Qoca ondan nə baş verdiyini soruşduqda o cavab verdi:
Übeydullahın zindanından iki uşaq qaçıb və əmir fərman verib ki, hər kəs onlardan birinin başını gətirsə min dirhəm mükafat verəcək, iki baş üçün iki min dirhəm dinar verəcək. Mən onları nə qədər axtarsam da təəssüf ki, tapa bilmədim.
Qoca dedi: Allahın Peyğəmbərindən (s) qorx ki, Qiyamət günü sənin düşmənin ola.
Dedi: nə danışırsan gərək dünyanı ələ gətirəsən!
Qoca buyurdu: axirətsiz dünya nə dərdə dəyir?
Zalım dedi: sən onların tərəfini elə saxlayırsan sanki onlardan xəbərin var, səni gərək əmirin yanına aparam.
Xanım dedi: əmir biyabanın bir küncündə yaşayan mən qoca qarıdan nə soruşacaq?!
Dedi: qapını aç bu gecəsini istirahət etməli sabah onları axtarmalıyam.
İçəri daxil olandan sonra şam yeyib istirahət etmək üçün otağa keçib uzandı. Gecənin bir aləmi uşaqların səsini eşitdi və onlar olan otağa gəldi. Onları gördükdə kim olduğunu soruşdu. Uşaqlar ona kim olduğunu bir şərtlə dedilər ki, onlara dəyməsin. Tarix yazır ki, hətta Allahı və peyğəmbəri şahid gətirdilər ki, əgər bizimlə işin olsan Peyğəmbəri (s) Qiyamətdə düşmən kimi görəcəksən. Zalım razılaşandan sonra uşaqlar kim olduğunu və bu evə necə gəlib çıxdığını ona danışdılar. Bundan sonra Haris o tifil uşaqların əl-qolunu bağlayıb səhərin açılmasını gözləyir. Səhər olan kimi, öz qulamını çağırır və əmr edir ki, apar bu iki uşağın başını Fərat çayının yanında kəs başını gətir mənə. Qulamı da aparanda yolda uşaqlar kim olduğunu o qara qulama deyir. Bundan sonra qulam onları öpüm qılıncı atıb qaçır. Zalım Haris bundan sonra öz oğluna onları öldürməyi əmr edir oğlu da bundan imtina edir. Sonra özü uşaqların başını kəsərək İbn Ziyadın yanına aparır. İbn Ziya uşaqların qanlı başını görəndə üç dəfə yerindən qalxıb oturur və gözləri bərəlmiş halda soruşur bunları hardan gətirdin? Haris deyir bunlar qaynanama qonaq idi mən də xəbərdar oldum tutub başlarını kəsib sizə gətirdim. İbn Ziyad dedi: nə üçün onları diri gətirmədin ki, sənə dörd min dinar verəydim? Dedi mən onların qanını axıtmaqla sizə daha yaxın olmaq istədim. İbn Ziyad dedi: onları öldürən vaxt nə deyirdilər? Cavab verdi ki, onlar Ya Həyyu Ya Həkim, Ya Əhkəməl Hakimin, bizim və onun arasında haqq ilə hökm et – deyə dua etdilər. İbn Ziyad dedi doğurdan da Allah haqq ilə hökm etdi. Sonra üzünü ətrafındakılara tutub dedi: kim bunun başını kəsəcək? Şamdan olan bir kişi yerindən qalxıb dedi: mən!
Übeydullah dedi: onu apar uşaqların başını kəsdiyi yerdə başını kəs amma elə et ki, bunun qanı uşaqların qanına qarışmasın. Şamlı kişi də Übeydullahın dediyi kimi edib başını nizəyə keçirib küçələrdə gəzdirdi və uşaqlar da onun başına daş ataraq deyirdi: Allah Rəsulunun (s) itrətini öldürən budur.

___________________________________________________________________

1. Kitabın tam adı "Qesseye Kərbəla be zəmimeye qesseye enteqam və qiyame Moxtar"-dır. Müəllif "Əli Nəzəri Monfəred"dir.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!