NƏHC-ül-BƏLAĞƏ- 79-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın «Cəməl» döyüşü başa çatdıqdan sonra qadınları məzəmmət edərkən buyurduğu kəlamlardandır. (Aişə və onun arxasınca gedənləri də pislədiyi güman edilir.)

Ey camaat! Qadınların iman, irs və ağıldan payları azdır. İmanlarındakı çatışmazlıq heyzli günlərində namaz qılmayıb, oruc tutmamalarına görədir. Ağıllarının nöqsanı isə buna görədir ki, (İslamda) iki qadının şahidliyi bir kişinin şahidliyi yerinədir. İrs və pay baxımdan çatışmazlıqları onlara çatan miras kişiyə çatan mirasın yarısı qədər olduğuna görədir. Pis qadınlardan uzaq durun, yaxşılarından isə çəkinin. Bəyənilmiş söz və əməllərdə onlara itaət etməyin1 ki, nalayiq söz və əməllərə tamah salmasınlar (və sizləri onu yerinə yetirməyə məcbur etməsinlər.)

 

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

( بعد فراغه من حرب الجمل، في ذم النساء ببيان نقصهن)

مَعَاشِرَ النَّاسِ؛ إِنَّ النِّسَاءَ نَوَاقِصُ الْإِيمَانِ، نَوَاقِصُ الْحُظُوظِ، نَوَاقِصُ الْعُقُولِ: فَأَمَّا نُقْصَانُ إِيمانِهِنَّ فَقُعُودُهُنَّ عَنِ الصَّلاةِ وَ الصِّيَامِ فِي أَيَّامِ حَيْضِهِنَّ، وَ أَمَّا نُقْصَانَ عُقُولِهِنَّ فَشَهَادَةُ امْرَأَتَيْنِ كَشَهَادَةِ الرَّجُلِ الْوَاحِدِ، وَ أَمَّا نُقْصَانُ حُظُوظِهِنَّ فَمَوارِيثُهُنَّ عَلَى الْأَنْصَافِ مِنْ مَوَارِيثِ الرِّجَالِ. فَاتَّقُوا شِرَارَ النِّسَاءِ، وَ كُونُوا منْ خِيَارِهِنَّ عَلَى حَذَرٍ، وَ لاَ تُطِيعُوهُنَّ فِي الْمَعْرُوفِ حَتَّى لا يَطْمَعْنَ فِي الْمُنْكَرِ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

80-CI XÜTBƏNİ BURADAN OXUYUN


1. Bəyənilmiş əməl və sözlərdə onların ardınca getməmək bu deməkdir ki, əgər bəyənilmiş iş vacibatdan olsa, siz onu bəyənilmiş olduğuna görə yerinə yetirin və göstərin ki, həmin işi onlara itaətə görə etmirsiniz. Bəyənilmiş iş müstəhəb olarsa, yerinə yetirməyin. Çünki onlara itaət etməməyə görə müstəhəb işi yerinə yetirməməyin özü müstəhəbdir. Xülasə, heç bir işdə onların sözlərinə və istəklərinə etina etməyin.

 

Tags: İMAM ƏLİ (ə), NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!