NƏHC-ül-BƏLAĞƏ - 80-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (camaatı tərkidünyalığa (əlbəttə müsbət mənada) və Allahın nemət və bəxşişlərinə şükr etməyə təşviq etdiyi) kəlamlarındandır.

Ey camaat! Zöhd və dünyaya bel bağlamamaq (nişanələri) arzuları azaltmaq və (Allahın) nemətlərinə şükr etmək, haramlardan uzaqlaşmaqdır. Bu üç şeyə nail olmasanız (hər üçünü yerinə yetirə bilməsəniz, onlardan ikisini tərk etməyin: birincisi), haram sizin dözümünüzə üstün gəlməsin (dözümlü olun və günaha batmayın) və (ikincisi, Allahın) nemətlərinə görə şükr etməyi unutmayın. (Çünki bunu etməsəniz) Allah-taala (qiyamətdə əzab üçün) aydın-aşkar dəlillər (peyğəmbərlər və ağlın dəlilləri) və (hamınızın əlinin altında olan) aydın (səmavi) kitablar vasitəsilə sizlər üçün üzr istəməyə yer qoymamışdır.

 وَ مِنْ كَلامٍ لهُ عليه السلام

 أَيُّها النَّاسُ؛ الزَّهَادَةُ قِصَرُ الْأَمَلِ، وَ الشُّكْرُ عِنْدَ النِّعَمِ، وَ التَّوَرُّعُ عِنْدَ الَْمحَارِمِ فَإِنْ عَزَبَ ذلِكَ عَنْكُمْ فَلا يَغْلِبْ الْحَرَامُ صَبْرَكُمْ، وَ لاَ تَنْسَوْا عِنْدَ النِّعَمِ شُكْرَكُمْ؛ فَقَدْ أَعْذَرَ اللَّهُ إِلَيْكُمْ بِحُجَجٍ مُسْفِرَةٍ ظَاهِرَةٍ، وَ كُتُبٍ بَارِزَةِ الْعُذْرِ وَاضِحَةٍ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

81-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!