NƏHC-ül-BƏLAĞƏ -236-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın kəlamlarındandır ki, onda özünün Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) (Məkkədən Mədinəyə) hicrətindən sonrakı vəziyyətinin necəliyini və o Həzrətə birləşməsini açıqlayıb:

(Həzrət Peyğəmbər Məkkədən Mədinəyə hicrət edən zaman mənə əmr etdiki, hərəkət edəcəyi axşam onun yatağında yatım. Onun səhərisi gün müşriklər Peyğəmbərin getdiyini və yataqda yatan şəxsin mən olduğumu bildilər. O Həzrətin hicrətindən üç gün sonra piyada onun arxasınca yola düşdüm.) Beləliklə, Allahın Peyğəməbərinin (səlləllahu əleyhi və alih) getdiyi yolu tutdum. Hər addımı onun fikri ilə atırdım (və hər mənzildə onu soraq edirdim) ki, nəhayət, Ərəcə (Məkkəilə Mədinəarasındayer adıdır) çatdım.1 (Seyyid Rəzi deyir:) Bu cümlə (o Həzrətdən nəql edilmiş) uzun bir kəlamdandır. (Seyyid Rəzi daha sonra belə deyir:)
O Həzrət əleyhis-salamın «فَأَطَأُ ذِكْرَهُ» «hər addımı onun fikri ilə atırdım» cümləsi ixtisar və fəsahətin son həddinə çatıb. (Həmin sözdən) məqsəd budur ki, mən (Məkkədən) çıxandan Ərəcə çatana kimi o Həzrəti (səlləllahu əleyhi və alih) soraqlaşırdım. Odur ki, bu kəlamı belə bir heyrətləndirici metafora üçün gətirib.2

ومن کلام له عليه السلام

اقتصّ فيه ذکر ما کان منه بعد هجرة النبي-صلي الله عليه وآله- ثم لحاقه به:

فَجَعَلْتُ أَتْبَعُ مَأْخَذَ رَسُولِ الله -صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ- فَأَطَأُ ذِکْرَهُ، حَتَّي انْتَهَيْتُ إِلَي الْعَرَجِ. قال السيد الشريف رضي الله عنه في کلام طويل: قوله عليه السلام: «فَأطَأُ ذِکْرَهُ»، من الکلام الذي رُمِيَ به إلي غايتي والايجاز والفصاحة، وأراد أني کنتُ أُعْطي خبره -صلي الله عليه وآله- من بدء خروجي إلي أن انتهيتُ إلي هذا الموضع، وکنّي عن ذلک بهذه الکناية العجيبة.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

237-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Harada o Həzrətdən bir nişanə əldə etsəydim, ora gedib onu axtarırdım ki, nəhayət, Mədinəyə cənub tərəfdən yaxın olan Quba adlı yerdə onun hüzuruna çatdım. Birlikdə Mədinəyə Əbu Əyyub Xalid ibn Yezid Ənsarinin evinə getdik.
2. Metaforanın mənası insanın bir kəlməni aşkar şəkildə dəlalət etmədiyi bir məna üçün istifadə etməsidir. Necə ki, İmam əleyhis-salam burada buyurur: «Hər addımı onun fikri ilə atırdım». Bu cümlə hər yerdə o Həzrətin sorağında olmaq, onun arxasınca getmək və ayağını bir addım belə kənara qoymamaq barəsində metaforadır.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!