HƏZRƏT PEYĞƏMBƏRİN (S), İMAM HÜSEYN (Ə) HAQQINDA BUYURDUQLARINDAN

:

İslam peyğəmbəri həzrət Məhəmmədin (s) öz nəvəsi İmam Hüseyn (ə) haqda buyurduqları

"عَنِ النَّبِيِّ (ص): "اِنَّ لِلْحُسَيْنِ مَحَبَّةً مَكْنُونَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ

1. İslam peyğəmbəri (s) buyurmuşdur: “Həqiqətən, möminlərin qəlbində Hüseynə gizli məhəbbət vardır!”.

(“Xəsaisul-Huseyniyyə”, səh. 48)

"!عَنِ النَّبِيِّ (ص): "اِنَّ لِقَتْلِ الْحُسَيْنِ (ع) حَرَارَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ لَا تَبْرَدُ اَبَدًا

2. Allahın Rəsulu (s) buyurmuşdur: “Hüseynin qətlinə görə möminlərin qəlbində heç vaxt soyumayacaq bir hərarət vardır!”.

(“Biharul-ənvar”, c. 43, səh. 43)

"!عنِ النَّبِيِّ (ص): "... حُسَيْنٌ مِنِّي و اَنَا مِنْ حُسَيْنٍ

3. Həzrət Məhəmməd (s) buyurmuşdur: “Mən Hüseyndən, Hüseyn də məndəndir!”.

(“Biharul-ənvar”, c. 43, səh. 295)

"!عَنِ النَّبِيِّ (ص): "مَنْ اَحَبَّ اَنْ يَنْظُرَ اِلـٰي اَحَبِّ اَهْلِ الْاَرْضِ اِلـٰي اَهْلِ السَّمَاءِ فَلْيَنْظُرْ اِلَي الْحُسَيْنِ

4. Allahın Rəsulu (s) buyurmuşdur: “Kim yer əhli içərisində göydəkilər üçün ən sevimli olan kəsə baxmaq istəyirsə, Hüseynə baxsın!”.

(“Mənaqib”, İbn Şəhr Aşub, c. 4, səh. 73)

"!حُذَيْفَةُ بْنُ الْيَمَانِ: رَأَيْتُ النَّبِيَّ (ص) آخِذًا بِيَدِ الْحُسَيْنِ بْنِ عَلِيٍّ (ع) وَ هُوَ يَقُولُ: "يَا اَيُّهَا النَّاسِ، هٰذَا الْحُسَيْنُ بْنُ عَلِيٍّ فَاعْرِفُوهُ فَوَ الَّذِي نَفْسِي بِيَدِهِ، إِنَّهُ فِي الْجَنَّةِ وَ مُحِبِّيهِ فِي الْجَنَّةِ وَ مُحِبِّي مُحِبِّهِ فِي الْجَنَّةِ

5. Hüzeyfə ibn Yəmandan belə nəql olunur: Gördüm ki, Peyğəmbər (s) Hüseyn ibn Əlinin (ə) əlindən tutub buyurdu: “Ey camaat, bu Əli oğlu Hüseyndir, onu tanıyın! And olsun canım əlində olana, həqiqətən, onun yeri cənnətdir, onu sevənlər və onu sevənləri sevənlərin də yeri cənnətdir”.

(“Əmali”, Şeyx Səduq, səh. 478)

"قَالَ رَسُولُ اللهِ (ص) لِفَاطِمَةَ (س): "كُلُّ عَيْنٍ بَاكِيَةٌ يَوْمَ الْقِيَامَةِ اِلَّا عَيْنٌ بَكَتْ عَليٰ مُصَابِ الْحُسَيْنِ، فَإِنَّهَا ضَاحِكَةٌ مُسْتَبْشِرَةٌ

6. Allahın Rəsulu (s) həzrət Fatiməyə (s.ə) buyurmuşdur: “Qiyamət günü Hüseynin müsibətinə ağlayan gözdən başqa bütün gözlər ağlayacaq. (Hüseynə ağlayan) göz qiyamət günü gülər və şad olar”.

(“Biharul-ənvar”, c. 44, səh. 293)

“Məqtəlül-Hüseyn (ə)”, 283

 

Tags: ƏHLİ-BEYT (ə), PEYĞƏMBƏR (s) , İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!