KUMEYL DUASI (Audio)

:

12-ci İmam, Həzrət Məhdi (əc), sonuncu hidayət məşəlinin mövludunu bütün Əhli-beyt (ə) ardıclıları və iman əhlinə təbrik deyir və Tanrıdan Mövla üçün can sağlığı və zühurunda təcil diləyirik. Rizvan.Net bu münasibətlə oxuculara əzəmət və dəyərdə Qədr gecəsindən geri qalmayan Həzrət Məhdinin (əc) mövludu axşamı oxunuşu tövsiyə olunan KUMEYL duasının latın əlifbası ilə ərəbcə oxunuşu və Azərbaycan dilində səlis tərcüməsini təqdim edir.

Allah, Zəhra (əs) bağının solmaz Çiçəyi, aləmlərin sönməz Günəşi, Ağamız, başımızın tacı, gözlərimizin nuru, qəlblərimizin sevimlisi İmam ZAMANın (əc) mövludunu mübarək etsin!

Bismillahir-Rəhmanir-Rəhim

Mehriban və bağışlayan Allahın adı ilə!

Əllahummə! İnni əs`əlukə birəhmətikəlləti vəsiət kullə şəy. Və biquvvətikəlləti qəhərtə biha kullə şəy. Və xəzəə ləha kullu şəy və zəllə ləha kullu şəy. Və bicəbərutikəlləti ğələbtə biha kullə şəy. Və bi-izzətikəlləti la yəqumu ləha şəy. Və biəzəmətikəlləti mələət kullə şəy. Və bisultanikəlləzi əla kullə şəy. Və bivəchikəl baqi bə`də fənai kulli şəy. Və biəsmaikəlləti mələət ərkanə kulli şəyin. Və bi-ilmikəlləzi əhatə bikulli şəy. Və binuri vəchikəlləzi əzaə ləhu kullu şəy.

İlahi! Hər şeyi əhatə edən sonsuz rəhmin, hər nəyi çökdürən, sındıran, qarşısında başlar əyilən tükənməz qüdrətinə; hər nəyi məğlub edən əzəmətin, önündə hər nə aciz olan iqtidarına; varlığı əhatə edən böyüklüyün, hər nədən ali hökmranlığına; hər şey fani olduqdan sonra əbədi qalacaq camalın, hər şeydə təcəlla edən adlarına; hər nəyi əhatə edən elmin, hər şeyi işıqlandıran nuruna xatir sənə üz tutub istəyirəm;

Ya Nuru! Ya Quddus! Ya Əvvəl əl-əvvəlin! Və ya Axir əl-axirin!

Ey Nur! Ey müqəddəslər Müqəddəsi! Ey ilkinlər İlkini! Ey sonuncular Sonuncusu!

Əllahumməğfir liyəzzunubəlləti təhtikul-isəm.

Allahım! Bağışla mənim ada ləkə gətirən günahlarımı.

Əllahumməğfir liyəzzunubəlləti tunzilun- niqəm.

Allahım! Bağışla mənim bədbəxtliyə sürükləyən günahlarımı.

Əllahumməğfir liyəzzunubəlləti tuğəyyirun-niəm.

Allahım! Bağışla mənim nemətləri dəyişən günahlarımı.

Əllahumməğfir liyəzzunubəlləti təhbisud-dua.

Allahım! Bağışla mənim dualara mane olan günahlarımı.

Əllahumməğfir liyəzzunubəlləti tunzilul-bəla.

Allahım! Bağışla mənim bəlaya düçar edən günahlarımı.

Əllahumməğfir li kullə zənbin əznəbtuhu və kullə xətiətin əxtə`tuha.

Allahım! Bağışla törətdiyim hər günahı və buraxdığım hər səhvi.

Əllahummə inni ətəqərrəbu iləykə bizikrikə vəstəşfiu bikə ila nəfsik. Və əs`əlukə bicudikə ən tudniyəni min qurbik. Və ən tuziəni şukrəkə və ən tulhiməni zikrək.

Allahım, adını çəkməklə Sənə yaxınlaşır, şəfaətini diləyir, kərəminlə məni özünə yaxın etməni, şükrünü yerinə yetirməmi və zikrini xatırlamamı Səndən istəyirəm.

Əllahummə inni əs`əlukə sualə xaziin, mutəzəllilin, xaşiin ən tusamihəni və tərhəməni və təc`ələni biqəsmikə raziyən qania, və fi cəmiil-əhvali mutəvazia.

Allahım, itaətkar, kiçik bəndə tək Sənə yalvarır və bağışlayıb rəhm etməni, qismətimlə barışıb payıma qane və hər halda təvazökar olmamı Səndən istəyirəm.

Əllahummə və əs`əlukə sualə mən iştəddət faqətuhu və ənzələ bikə indəşşədaidi hacətəh. Və əzumə fima indəkə rəğbətuh.

Allahım, ehtiyac içində çırpınan, çətinliklərilə Sənə üz tutub, dərgahına ümid bəsləyən şəxs tək səndən istəyirəm.

Əllahummə! Əzumə sultanukə və əla məkanuk. Və xəfiyə məkrukə və zəhərə əmruk. Və ğələbə qəhrukə və cərət qudrətuk. Və la yumkinul-firaru min hukumətik.

Allahım! Əzəmətlidir hökmranlığın, ucadır məkanın, məxfidir tədbirin, aşkardır fərmanın, üstündür qüvvətin, nüfuzludur qüdrətin və hökmündən qaçmaq əsla mümkün deyil.

Əllahummə! La əcidu lizunubi ğafirən və la liqəbaihi satira. və la lişəyin min əməliyəl-qəbihi bil-həsəni mubəddilən ğəyrək.

Allahım! Səndən qeyri günahlarımı bağışlayacaq, eyblərimi örtüb, pis əməllərimdən birini belə yaxşılıqla əvəz edə biləcək birini, tapa bilmirəm.

La ilahə illa əntə, subhanəkə və bihəmdikə, zələmtu nəfsi və təcərrə`tu bicəhli və səkəntu ila qədimi zikrikə li və mənnikə ələyy.

Yoxdur Səndən qeyri bir Allah! -Sən paksan və mən sənə sitayiş edirəm- özümə zülm etmişəm, cəhalətdən hüzurunda baş qaldırımışam, keçmişdə ki, qayğın və diqqətindən xumarlanmışam.

Əllahummə! Məvlayə, kəm min qəbihin sətərtəh?! Və kəm min fadihin minəl bəlai əqəltəh?! Və kəm min isarin vəqəytəh?! Və kəm min məkruhin dəfə`təh?! Və kəm min sənain cəmilin ləstu əhlən ləhu nəşərtəh?!

Allahım! Ey mənim Sahibim! Neçə-neçə eyblərimə pərdə çəkdin! Neçə-neçə bəlalardan məni qorudun! Neçə-neçə çətinliklərdə məni hifz etdin! Neçə-neçə acılıqları məndən uzaqlaşdırdın! Neçə-neçə layiq olmadığım təriflər haqqımda yaydın!

Əllahummə! Əzumə bəlai və əfrətə bi suu hali və qəsurət bi ə`mali və qə`ədət bi əğlali və həbəsəni ən nəf`i bu`du əməli və xədəətnid-dunya biğururiha və nəfsi bicinayətiha və mətali.

Allahım! Dərdim böyük, vəziyyətim acınacaqlı, əməllərimsə nöqsanlıdır. İstəklərim məni zəncirləmiş, sonsuz arzular mənfəətdən saxlamış, dünya öz hiyləsi, nəfsimsə xəyanətilə məni aldatmışdır.

Ya Səyyidi! Fə-əs`əlukə bi-izzətikə ən la yəhcubə ənkə duai, suu əməli və fiali, və la təfzəhni bixəfiyyi məttələ`tə ələyhi min sirri və la tuacilni bil uqubəti əla ma əmiltuhu fi xələvati min sui fi`li və isaəti və dəvami təfriti və cəhaləti və kəsrəti şəhəvati və ğəfləti.

Ey mənim Sərvərim! Şərəfinə and verib Səndən istəyirəm ki, çirkin əməllərim dualarımın dərgahında qəbuluna mane olmasın, sirrim sayılan, agah olduğun pisliklərimlə məni rüsva etməyəsən, gizlində gördüyüm yaramaz işlər, nöqsanlar, nadanlı və, şəhvətin çoxluğu, uzanan qəflətimə görə məni cəzalandırmağa tələsməyəsən.

Və kunillahummə bi-izzətikə li fi kulli əhvali rəufən və ələyyə fi cəmiil umuri ətufa.

Allahım! İzzətin hörmətinə, mənimlə hər an mərhəmətli və bütün işlərimdə mehriban ol!

İlahi və Rəbbi! mən li ğəyruk, əs`əluhu kəşfə zurri vən-nəzərə fi əmri.

İlahi! Ey Rəbbim! Səndən qeyri kimsəm yox ki, qəm-qüssəmi azaltsın, müşkülümü həll etsin!

İlahi və Məvlayə! Əcrəytə ələyyə hukmən ittəbə`tu fihi həva nəfsi və ləm əhtəris fihi min təzyini əduvvi, fə-ğərrəni bima əhva və əs`ədəhu əla zalikəl qəza, fə-təcavəztu bima cəra ələyyə min zalikə bə`zə hududikə və xaləftu bə`zə əvamirik,

İlahi! Ey mənim Sahibim! Mənim üçün qanun qoydun, mənsə öz nəfsimin istəklərinə tabe oldum. Günahları nəzərimdə zinətləndirən düşmənin vəsvəsəsindən özümü qorumadım və tale də ona yar oldu. Nəticədə qoyulmuş qanunları pozardum, həddi aşıb, əmrlərinə zidd getdim.

fə-ləkəl-həmdu ələyyə fi cəmi`i zalikə və la huccətə li fima cəra ələyyə fihi qəzaukə və əlzəməni hukmukə və bəlauk.

Belə anlar yalnız Sənə sitayiş etməliyəm. Başıma gələnlərə görə yoxdur hüzurunda heç bir izahım. Təqdirin imiş. Hökmün və imtahanın belə tələb edirmiş.

Və qəd ətəytukə ya İlahi, bə`də təqsiri və israfi əla nəfsi mu`təzirən nadima, munkəsirən müstəqila, müstəğfirən mübina, muqirrən muz`inən, mu`tərifa, la əcidu məfərrən minma kanə minni və la məfzəən ətəvəccəhu iləyhi fi əmri, ğəyrə qəbulikə uzri və idxalikə iyyayə fi sə`əti rəhmətik.

Indisə ey Tanrım, özümə amansız olub bəlaya düşdükdən sonra peşimancasına, qəlbi qırıq, bağışlanmaq arzusuyla, tövbə qılıb, səhvlərimi etiraf edərək, ağlar halda üz tutmuşam dərgahına. Üzrümü qəbul edib məni geniş mərhəmətinlə əhatə etməndən başqa, yoxdur mənə çıxış yolu və müşküllərdə sığınmağa pənah yeri.

Əllahummə! Fəqbəl uzri, vərhəm şiddətə zurri və fukkəni min şəddi vəsaqi. Ya Rəbb-irhəm zə`fə bədəni və riqqətə cildi və diqqətə əzmi. Ya mən bədəə xəlqi və zikri və tərbiyəti və birri və təğziyəti! Həbni libtidai kərəmikə və salifi birrikə bi.

Allahım! Üzrümü qəbul et! Pərişan halıma bax! Məni günahların əsarətindən xilas et! Ey Rəbbim! Zəif bədənim, zərif dərim, kövrək sümüklərimə rəhmin gəlsin! Ey məni Yaradan! Qeydımə qalıb, tərbiyələndirən, mərhəmətlə davranıb qidalandıran! İlkin lütfün və keçmiş şəfqətinə uyğun, bağışla məni!

Ya İlahi və Səyyidi və Rəbbi! Əturakə muəzzibi binarikə bə`də təvhidik, və bə`də məntəva ələyhi qəlbi min mə`rifətik, və ləhicə bihi lisani min zikrik, və`təqədəhu zəmiri min hubbik, və bə`də sidqi`tirafi və duai, xaziən li rububiyyətik,

İlahi! Ey Sərvərim və Rəbbim! İnanmaq olarmı ki, cəhənnəm oduyla məni cəzalandıracaqsan!? Mən Sənin təkliyinə inandığım və ürəyim mərifət nuruyla işıqlandığı halda, mərifətindən dilim zikrinə məşğul, məhəbbətindən qəlbim imanla dolu ikən, sidq ürəklə günahlarımı etiraf edib, dərgahında diz çöküb yalvardıqdan sonra!?

həyhatə əntə əkrəmu min ən tuzəyyi`ə mən rəbbəytəh, əv tub`idə mən ədnəytəh, əv tuşərridə mən avəytəh, əv tusəllimə iləl-bəlai mən kəfəytəhu və rəhimtəh,

Əbəda! Sən bundan kəramətlisən ki, gözdən salasan tərbiyələndirdiyin, uzaqlaşdırasan özünə yaxınlaşdırdığın, kənarlaşdırasan sığınacaq verdiyin, tapşırasan bəlaya rəhimli olub himayə etdiyin birisini!

və ləytə şe`ri ya Səyyidi və İlahi və Məvlayə! Ətusəllitunnarə əla vucuhin xərrət li əzəmətikə sacidətən və əla əlsunin nətəqət bitəvhidikə sadiqətən və bişukrikə madihətən və əla qulubin`tərəfət bi-ilahiyyətikə muhəqqiqəh, və əla zəmairə həvət min ilmi bikə hətta sarət xaşiəh, və əla cəvarihə sə`ət ila əvtani tə`əbbudikə taiəh, və əşarət bistiğfarikə muzinəh.

Ey Sərvərim! İlahi, ey mənim Sahibim! Kaş biləydim, od vurub yandıracaqsanmı; Əzəmətin önündə baş əyib səcdə edən sifətləri?! Sədaqətlə birliyindən danışan, Səni tərifləyərək şükür edən dilləri?! Doğrudan allahlığını təsdiq edən ürəkləri, elm və mərifətlə önündə baş əyib, qorxuya düşmüş canları?! Allahım! İtaət arzusu ilə ibadətgahlara yüyürən və bağışlanmaq ümidilə qarşında baş əyən bədən üzvlərini cəhənnəm oduna düçar edəcəksənmi?

Ma hakəzəz-zənnu bik, və la uxbirna bifəzlikə ənkə, ya Kərimu! ya Rəbb! Və əntə tə`ləmu zə`fi ən qəlilin min bəlaid-dunya və uqubatiha və ma yəcri fiha minəl-məkarihi əla əhliha, əla ənnə zalikə bəlaun və məkruh, qəlilun məksuh, yəsirun bəqauh, qəsirun muddətuh, fə-kəyfəhtimali li bəlail axirəti və cəlili vuquil məkarihi fiha və huvə bəlaun tətulu muddətuh, və yədumu məqamuh, və la yuxəffəfu ən əhlih, liənnəhu la yəkunu illa ən ğəzəbikə vəntiqamikə və səxətikə, və haza ma la təqumu ləhus-səmavatu vəl ərz.

Əsla, haqqında kimsə belə düşünmür. Ey kərəm Sahibi! -Lütfündən- biz bəndələrə barəndə belə bir xəbər çatmamışdır. Ya Rəbb! Zəifliyimi bilirsən, dünyadakı cüzi çətinliklər, imtahanlar və baş verən hadisələrə dözümsüzlüyümdən agahsan. Bu imtahanlar və çətinliklərin tez keçib- gedən, müvəqqəti ikən, mən uzunmüddətli, güzəştsiz, əbədi, yalnız intiqam və qəzəbindən qaynaqlanan axirət əzabına necə dözə bilərəm, bir halda ki, yer və göy buna tab gətirə bilməz?!

Ya Səyyidi! Fə-kəyfə li və ənə əbdukəz-zəif, əz-zəlilul-həqir, əl-miskinul-mustəkin.

Ey mənim Sahibim! Bəs, mən sənin zəif, köməksiz, kiçik, möhtac bəndən olduğum halda necə dözə bilərəm?!

Ya İlahi və Rəbbi və Səyyidi və Məvlayə! Li əyyil umuri ilkəykə əşku, və li ma minha əziccu və əbki, li əlimil əzabi və şiddətih, əm litulil bəlai və muddətih?!

İlahi! Ya Rəbb! Ey mənim Sərvərim! Hansı müşkülümdən sənə şikayət edim? Hansına görə dərgahında fəryad qoparım? Əzabın şiddəti və ağrısındanmı ağlayım? Ya bəlanın çoxluğu və uzun çəkməyindənmi nalə edim?

Fə-ləin-səyyərtəni lil-uqubati mə`ə ə`daik, və cəmə`tə bəyni və bəynə əhli bəlaik, və fərrəqtə bəyni və bəynə əhibbaikə və əvliyaik, fəhəbni ya İlahi və Səyyidi və Məvlayə və Rəbbi! Səbərtu əla əzabik, fə-kəyfə əsbiru əla firaqik?! və həbni ya İlahi! Səbərtu əla hərri narik, fə-kəyfə əsbiru ənin-nəzəri ila kəramətik?! əm kəyfə əskunu fin-nari və rəcai əfvuk?!

Əgər məni cəzalandırmaq üçün düşmənlərinə qoşub, əzab əhlilə bir araya gətirsən, məni öz sevimli dostlarından ayrı salsan! Tutaq ki, ey mənim Allahım, Sahibim, Sərvərim və Rəbbim mən Sənin əzabına dözdüm, bəs Səndən ayrılığa necə dözüm?! Tutaq ki, odun hərarətinə dözdüm, bəs lütfünə necə göz yumum?! Əfvinə ümid bəslədiyim halda alovlar içində necə qalım?!

Fəbi-izzətikə ya Səyyidi və Məvlayə! Uqsimu sadiqən, ləin tərəktəni natiqən, lə əziccənnə iləykə bəynə əhliha zəcicəl-amilin, və lə əsruxənnə iləykə suraxəl-mustəsrixin, və ləəbkiyənnə ələykə bukaəl-faqidin, və ləunadiyənnəkə əynə kuntə ya Vəliyyəl-muminin, ya Ğayətə amalil-arifin, ya Ğiyasəl-mustəğisin, ya Həbibə qulubis-sadiqin, və ya İlahəl-aləmin,

Belə olarsa ey Rəbbim, ey Sahib və Sərvərim! Şərəfinə and içib deyirəm; mənə danışmağa izn versən, cəhənnəm əhli arasında şivən salıb, ümidlilər tək zar-zar ağlaram, fəryad çəkib fəğan edənlər tək inlərəm, doğmalarını itirmiş insanlartək hüzurunda sızlaram və uca səslə “ey möminlərin sahibi, ey ariflərin son ümidi, ey çarəsizlərin əlacı, ey sadiq insanların sevimlisi, ey aləmlərin Allahı” deyə Səni səslərəm.

əfəturakə subhanəkə ya İlahi və bihəmdikə təsməu fiha səvtə əbdin muslimin, sucinə fiha bimuxaləfətih, və zaqə tə`mə əzabiha bimə`siyətih, və hubisə bəynə ətbaqiha bicurmihi və cərirətih, və huvə yəziccu iləykə zəcicə muəmmilin li rəhmətik, və yunadikə bilisani əhli təvhidik, və yətəvəssəlu iləykə birububiyyətik

-İlahi! Sən paksan və mən sənə sitayiş edirəm- görəsən eşidəcəksənmi, müxalifətinə görə cəhənnəmdə həbs olmuş, günahlarına xatir cəzalanmış, etdiyi üsyan və törətdiyi cinayətlərə görə cəhənnəmin mərtəbələri arasında qandallanmış müsəlman bəndənin səsini? Mərhəmət arzusu ilə ah-zar edib, yeganə varlığına iman gətirənlərin dililə səni səsləyərək, allahlığın hörmətinə Sənin dərgahına üz tutmuş o, bəndəni?

Ya Məvlayə! Fə-kəyfə yəbqa fil-əzabi və huvə yərcu ma sələfə min hilmik? Əm kəyfə tu`limuhun-nar və huvə yə`mulu fəzləkə və rəhmətək? Əm kəyfə yuhriquhu ləhibuha və əntə təsməu səvtəhu və təra məkanəh? Əm kəyfə yəştəmilu ələyhi zəfiruha və əntə tə`ləmu zə`fəh? Əm kəyfə yətəqəlqəlu bəynə ətbaqiha və əntə tələmu sidqəh? Əm kəyfə təzcuruhu zəbaniyətuha və huvə yunadikə ya Rəbbəh? Əm kəyfə yərcu fəzləkə fi itqihi minha fə-tətrukuhu fiha?

Bəs necə cəhənnəm əzabına dözə bilər, keçmişdə mehribanlığını görmüş və ona ümid bəsləmiş kəs? Bəs cəhənnəm odu necə yandırıb, incidə bilər lütfünə ürək qızdırmış insanı? Alovlar necə yandıra bilər, onun səsini eşidib, yerini bildiyin halda? Onun vücudunu ağrı-acı necə bürüyə bilər, Sən onun zəifliyindən agah ikən? Odun içində necə qıvrıla bilər, Sən onun sədaqətli olmasını bildiyin halda? Şölələr onu necə yandıra bilər, o, “ya Rəbbim! Ya Rəbbim!” deyə səsləyərkən? Qurtuluşu üçün yalnız gümanı Sənin kərəminə gəldiyi zaman, Sən onu alovlar içində necə yalqız buraxa bilərsən?

həyhatə ma zalikəz-zənnu bik, vələl mə`rufu min fəzlik, və la muşbihun li ma aməltə bihil-muvəhhidinə min birrikə və ihsanik, fə-bil-yəqini əqtəu ləvla ma həkəmtə bihi min tə`zibi cahidik, və qəzəytə bihi min ixladi muanidik, ləcəəltən-narə kulləha bərdən və səlama, və ma kanə li əhədin fiha məqərrən və la muqama,

Heç zaman! Kimsənin gümanına belə gəlməz. Alicənablığınla uyğun deyil, tövhid əhlilənə göstərdiyin qayğı və şəfqətə bənzəmir bu! Tam əminəm ki, Səni inkar edənləri cəzalandırmaq qərarına gəlib, düşmənlərin haqda “əbədi əzab” hökmü verməsəydin, qızmar cəhənnəm şölələrini soyudar və (yandırmaq əvəzinə) onu salamatlıq vasitəsi edərdin. Beləliklə, cəhənnəm kimsənin məskəni və qalacaq yeri olmazdı.

lakinnəkə təqəddəsət əsmauk, əqsəmətə ən təmləəha minəl kafirin, minəl cinnəti vən-nasi əcməin, və ən tuxəllidə fihəl muanidin, və əntə cəllə sənauk, qultə mubtədiən və tətəvvəltə bil-in`ami mutəkərrima. Əfəmən kanə mominən kəmən kanə fasiqən, la yəstəvun.

Lakin ey Tanrım! -Adların müqəddəsdir, Sənin!- and içmisən, insü-cindən olan kafirlərlə cəhənnəmi doldurub, inadlı düşmənlərini orada əbədi saxlayacağına. Adı adlardan üstün Allahım! Xeyirxahcasına minnət qoyub, əvvəlcə buyurmusan: “mömin, günahkar kimidirmi? əlbəttə bərabər deyildirlər.”

İlahi və Səyyidi! Fə-əs`əlukə bil-qudrətilləti qəddərtəha, və bil qəziyyətilləti hətəmtəha və həkəmtəha, və ğələbtə mən ələyhi əcrəytəha ən təhəbə li fi hazihil-ləyləti və fi hazihis-saəti, kullə curmin əcrəmtuhu və kullə zənbin əznəbtuh, və kullə qəbihin əsrərtuhu və kullə cəhlin əmiltuh, kətəmtuhu əv ə`ələntuh, əxfəytuhu əv əzhərtuh, və kullə səyyiətin əmərtə bi-isbatihəl-kiraməl-katibin, əlləzinə vəkkəltəhum bihifzi ma yəkunu minni və cəəltəhum şuhudən ələyyə mə`ə cəvarihi və kuntə əntər-rəqibə ələyyə min vəraihim, vəş-şahidə li ma xəfiyə ənhum, və birəhmətikə əxfəytəhu və bifəzlikə sətərtəh, və ən tuvəffirə həzzi min kulli xəyrin ənzəltəhu, əv ihsanin fəzzəltəh, əv birrin nəşərtəhu, əv rizqin bəsəttəh, əv zənbin təğfiruhu, əv xətəin təsturuh.

İlahi, ey mənim Sərvərim! Hər kəsi sarsıda biləcək, təyinedici qüdrətin, qəti qərarın və qaçılmaz hökmün naminə bu gecə, elə bu an bağışla mənim buraxdığım bütün səhvləri; atdığım bütün yalnış addımları, gizlətdiyim bütün pis əməlləri; bilinən – bilinməyən, məxfi və ya aşkara yol verdiyim nadanlıqlarım, bütün bütün günahlarımı. Bağışla Sənin fərmanınla bütün əməllərimi qeydə alan, bədən üzvlərimlə yanaşı, etdiklərimə şahid olan mələklər tərəfindən yazılan günahlarımı. Hər an Sən özün də işlərimə nəzarət edirsən. Onların görmədiyi, görüb mərhəmətinlə gizli saxladığın, alicənablığından üzərini örtdüyün günahlarımı bağışla! Nazil etdiyin xeyir-bərəkət, məthəmət etdiyin paydan; göstərdiyin qayğıkeşlik, yetirdiyin ruzidən qismətimi artır, - əfv olunmuş günahlarım və bağışlanmış xətalarımın sayını çox et!

Ya Rəbbi! Ya Rəbbi! Ya Rəbbi! Ya İlahi! və Səyyidi! və Məvlayə! Və Malikə riqqi, ya Mən biyədihi nasiyəti, ya Əlimən bizurri və məskənəti, ya Xəbirən bifəqri və faqəti. Ya Rəbbi! Ya Rəbbi! Ya Rəbbi! Əs`əlukə bihəqqikə və qudsik, və ə`zəmi sifatikə və əsmaik, ən təc`ələ əvqati minəl-ləyli vən-nəhari bizikrikə mə`murəh, və bixidmətikə məvsuləh, və ə`mali indəkə məqbuləh, hətta təkunə ə`mali və əvradi kulluha virdən vahida, və hali fi xidmətikə sərməda.

Ey Rəbbim! Ey Rəbbim! Ey Rəbbim! Ya İlahi! Ey mənim, Sərvərim! Ey önündə qul olduğum, vücudumun bağlandığı; ey pərişan halımdan agah; ey yoxsulluğumdan xəbərdar, Allahım! Ya Rəbb! Haqqın, paklığın, ali sifətlərin, uca adların hörmətinə ömrümün hər anı, gecəsini – gündüzünü Səni yada salmaqla keçirib, xidmətinlə məşğul olmağımı səndən istəyir, əməllərimin sənin tərəfindən qəbul olunmasını arzulayıram. Belə ki, gördüyüm işlər, dediyim sözlər vahid şüarla olsun və hər anım Sənə xidmətdə keçsin.

Ya Səyyidi! Ya mən ələyhi muəvvəli! Ya mən iləyhi şəkəvtu əhvali. Ya Rəbbi! Ya Rəbbi! Ya Rəbb! Qəvvi əla xidmətikə cəvarihi, vəşdud ələl əziməti cəvanihi, və həb-liyəl-ciddə fi xəşyətik, vəd-dəvamə fittisali bixidmətik, hətta əsrəhə iləykə fi məyadinis-sabiqin, və usriə iləykə fil-barizin, vəştaqə ila qurbikə fil-muştaqin, və ədnuvə minkə dunuvvəl-muxlisin, və əxafəkə məxafətəl-muqinin, vəctəmiə fi civarikə mə`əl muminin.

Ey mənim Sərvərim! Ey arxam, dayağım! Yaman gündə ümid yerim! Allahım! Ya Rəbb! Ya Rəbb! Ya Rəbb! Sənə xidmət etmək üçün mənə möhkəm iradə, bədən üzvlərimə güc ver. Mənə hədsiz Allah qorxusu, daim xidmətində olmağı iltifat et. Elə ki, əməl meydanında hamıdan öndə gedib, dərgahına yüyürənlər arasında hamıdan sürətli olum; həsrətini çəkənlər sırasında hamıdan şövqlü olub, ixlas sahibləri tək dərgahına yaxınlaşım; bütün vücudları ilə sənə inanlar tək səndən qorxub, möminlərlə birgə hüzurunda durum.

Əllahummə! Və mən əradəni bisuin fə-əridhu, və mən kadəni fəkidhu, vəc`əlni min əhsəni əbidikə nəsibən indəkə və əqrəbihim mənzilətən və əxəssihim zulfətən lədəyk, fə-innəhu la yunalu zalikə illa bifəzlik, və cud li bicudik, və`tif ələyyə biməcdik, vəhfəzni birəhmətik, vəc`əl lisani bizikrikə ləhica, və qəlbi bihubbikə mutəyyəma, və munnə ələyyə bihusni icabətik, və əqilni əsrəti, vəğfir zəlləti,

Allahım! Haqqımda pis düşünənlər barədə özün ölçü götür, mənə hiylə quranları hiyləyə düçar et, mənə hüzurunda ən sevimli, yaxın və seçilmiş bəndələrin sırasında yer ver. Elə bir məqam ki, yalnız sənin lütf və kərəminlə ona nail olmaq mümkündür. Mərhəmətin naminə mənə diqqət yetir, rəhmət və əzəmətin xatirinə rəhm et və məni qoru. Dilimi öz zikrinlə aç, qəlbimi öz eşqinlə ram et, dualarımı qəbul etməklə minnət qoy, azğınlığımı bağışlayıb, səhvlərimdən keç.

fə-innəkə qəzəytə əla ibadikə bi-ibadətikə və əmərtəhum bi-duaik, və zəmintə ləhumul-icabəh, fə-iləykə ya Rəbbi nəsəbtu vəchi və iləykə ya Rəbbi mədədtu yədi, fə-bi-izzətikəstəcib-li duai və bəlliğni munay, və la təqtə` min fəzlikə rəcai, vəkfini şərrəl-cinni vəl-insi min ə`dai

Allahım, bəndələrə Sənə ibadət etməyi vacib buyurub, dua edərək Səndən istəmələrini, Sən fərman vermisən. Həm də duaların qəbul olunmasına zəmanət vermisən. Belədirsə, ey Rəbbim! Sənə üz tutub, dərgahına əl açıram, şərəfin naminə dualarımı qəbul et, məni arzularıma yetir, kərəmindən ümidimi kəsmə, insanlar və cinlərdən olan düşmənlərimin şərindən məni saxla.

Ya Səriər-riza! İğfir limən la yəmliku illəd-dua, fə-innəkə fə`alun li ma təşa, ya Mən-ismuhu dəva, və zikruhu şifa, və taətuhu ğina. İrhəm mən rəsu malihir-rəca, və silahuhul-buka, ya Sabiğən-niəm, ya Dafiən-niqəm, ya Nurəl-mustəvhişinə fiz-zuləm, ya Alimən la yuəlləm, səlli əla Muhəmmədin və ali Muhəmmədi, vəf`əl bi ma əntə əhluhu.

Ey bəndələrlə tez razılaşan! Bağışla duadan qeyri heç bir sərvəti olmayan yoxsul bəndəni! Həqiqətən, Sən istəklərini yerinə yetirənsən! Ey adı dərdlərə dərman- zikri, xəstəliklərə əlac- itaəti tükənməz sərvət! Allahım! Rəhm qıl sərmayəsi ümid, silahı göz yaşları olan bəndənə! Ey nemət yağdıran! Ey bəlaları uzaqlaşdıran! Ey zülmətlərdə işıq saçan! Ey təlim görməmiş Alim! Məhəmməd və Onun övladlarına salam- salavat göndər və mənimlə Öz şəninə layiq davran.

və səlləllahu əla Rəsulihi vəl-Əimmətil-məyaminə min alihi və səlləmə təslimən kəsira.

Allah, Öz Rəsuluna salam- salavat göndərir və Onun nəslindən olan İmamları alqışlayır!

 

دعاء کمیل

بسم الله الرحمن الرحیم

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِرَحْمَتِكَ الَّتِي وَسِعَتْ كُلَّ شَيْءٍ وَ بِقُوَّتِكَ الَّتِي قَهَرتَ بِهَا كُلَّ شَيْ‏ءٍ وَ خَضَعَ لَهَا كُلُّ شَيْ‏ءٍ وَ ذَلَّ لَهَا كُلُّ شَيْ‏ءٍ وَ بِجَبَرُوتِكَ الَّتِي غَلَبْتَ بِهَا كُلَّ شَيْ‏ءٍ وَ بِعِزَّتِكَ الَّتِي لاَ يَقُومُ لَهَا شَيْ‏ءٌ وَ بِعَظَمَتِكَ الَّتِي مَلَأَتْ كُلَّ شَيْ‏ءٍ وَ بِسُلْطَانِكَ الَّذِي عَلاَ كُلَّ شَيْ‏ءٍ وَ بِوَجْهِكَ الْبَاقِي بَعْدَ فَنَاءِ كُلِّ شَيْ‏ءٍ وَ بِأَسْمَائِكَ الَّتِي مَلَأَتْ أَرْكَانَ كُلِّ شَيْ‏ءٍ وَ بِعِلْمِكَ الَّذِي أَحَاطَ بِكُلِّ شَيْ‏ءٍ وَ بِنُورِ وَجْهِكَ الَّذِي أَضـــَاءَ لَهُ كُلُّ شَيْ‏ءٍ يَا نُورُ يَا قُدُّوسُ يَا أَوَّلَ الْأَوَّلِينَ وَ يَا آخِرَ الْآخِرِينَ ‏اللَّهُمَّ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تَهْتِكُ الْعِصَمَ ‏اللَّهُمَّ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تُنْزِلُ النِّقَمَ ‏اللَّهُمَّ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تُغَيِّرُ النِّعَمَ‏ اللَّهُمَّ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تَحْبِسُ الدُّعَاءَ اللَّهُمَّ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تُنْزِلُ الْبَلاَءَ اللَّهُمَّ اغْفِرْ لِي كُلَّ ذَنْبٍ أَذْنَبْتُهُ وَ كُلَّ خَطِيئَةٍ أَخْطَأْتُهَا اللَّهُمَّ إِنِّي أَتَقَرَّبُ إِلَيْكَ بِذِكْرِكَ وَ أَسْتَشْفِعُ بِكَ إِلَى نَفْسِكَ ‏وَ أَسْأَلُكَ بِجُودِكَ أَنْ تُدْنِيَنِي مِنْ قُرْبِكَ وَ أَنْ تُوزِعَنِي شُكْرَكَ وَ أَنْ تُلْهِمَنِي ذِكْرَكَ‏ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ سُؤَالَ خَاضِعٍ مُتَذَلِّلٍ خَاشِعٍ‏ أَنْ تُسَامِحَنِي وَ تَرْحَمَنِي وَ تَجْعَلَنِي بِقِسْمِكَ رَاضِياً قَانِعاً وَ فِي جَمِيعِ الْأَحْوَالِ مُتَوَاضِعاً اللَّهُمَّ وَ أَسْأَلُكَ سُؤَالَ مَنِ اشْتَدَّتْ فَاقَتُهُ وَ أَنْزَلَ بِكَ عِنْدَ الشَّدَائِدِ حَاجَتَهُ وَ عَظُمَ فِيمَا عِنْدَكَ رَغْبَتُهُ‏ اللَّهُمَّ عَظُمَ سُلْطَانُكَ وَ عَلاَ مَكَانُكَ وَ خَفِيَ مَكْرُكَ ‏وَ ظَهَرَ أَمْرُكَ وَ غَلَبَ قَهْرُكَ وَ جَرَتْ قُدْرَتُكَ وَ لاَ يُمْكِنُ الْفِرَارُ مِنْ حُكُومَتِكَ ‏اللَّهُمَّ لاَ أَجِدُ لِذُنُوبِي غَافِراً وَ لاَ لِقَبَائِحِي سَاتِراً وَ لاَ لِشَيْ‏ءٍ مِنْ عَمَلِيَ الْقَبِيحِ بِالْحَسَنِ مُبَدِّلاً غَيْرَكَ ‏لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ وَ بِحَمْدِكَ ظَلَمْتُ نَفْسِي وَ تَجَرَّأْتُ بِجَهْلِي ‏وَ سَكَنْتُ إِلَى قَدِيمِ ذِكْرِكَ لِي وَ مَنِّكَ عَلَيَّ ‏اللَّهُمَّ مَوْلاَيَ كَمْ مِنْ قَبِيحٍ سَتَرْتَهُ ‏وَ كَمْ مِنْ فَادِحٍ مِنَ الْبَلاَءِ أَقَلْتَهُ وَ كَمْ مِنْ عِثَارٍ وَقَيْتَهُ ‏وَ كَمْ مِنْ مَكْرُوهٍ دَفَعْتَهُ وَ كَمْ مِنْ ثَنَاءٍ جَمِيلٍ لَسْتُ أَهْلاً لَهُ نَشَرْتَهُ ‏اللَّهُمَّ عَظُمَ بَلاَئِي وَ أَفْرَطَ بِي سُوءُ حَالِي وَ قَصُرَتْ بِي أَعْمَالِي ‏وَ قَعَدَتْ بِي أَغْلاَلِي وَ حَبَسَنِي عَنْ نَفْعِي بُعْدُ أَمَلِي وَ خَدَعَتْنِي الدُّنْيَا بِغُرُورِهَا وَ نَفْسِي بِجِنَايَتِهَا وَ مِطَالِي ‏يَا سَيِّدِي فَأَسْأَلُكَ بِعِزَّتِكَ أَنْ لاَ يَحْجُبَ عَنْكَ دُعَائِي سُوءُ عَمَلِي وَ فِعَالِي ‏وَ لاَ تَفْضَحْنِي بِخَفِيِّ مَا اطَّلَعْتَ عَلَيْهِ مِنْ سِرِّي وَ لاَ تُعَاجِلْنِي بِالْـعُقُوبَةِ عَلَى مَا عَمِلْتُهُ فِي خَلَوَاتِي‏مِنْ سُوءِ فِعْلِي وَ إِسَاءَتِي وَ دَوَامِ تَفْرِيطِي وَ جَهَالَتِي وَ كَثْرَةِ شَهَوَاتِي وَ غَفْلَتِي ‏وَ كُنِ اللَّهُمَّ بِعِزَّتِكَ لِي فِي كُلِّ الْأَحْوَالِ رَءُوفاً وَ عَلَيَّ فِي جَمِيعِ الْأُمُورِ عَطُوفاً إِلَهِي وَ رَبِّي مَنْ لِي غَيْرُكَ أَسْأَلُهُ كَشْفَ ضُرِّي وَ النَّظَرَ فِي أَمْرِي ‏إِلَهِي وَ مَوْلاَيَ أَجْرَيْتَ عَلَيَّ حُكْماً اتَّبَعْتُ فِيهِ هَوَى نَفْسِي وَ لَمْ أَحْتَرِسْ فِيهِ مِنْ تَزْيِينِ عَدُوِّي فَغَرَّنِي بِمَا أَهْوَى وَ أَسْعَدَهُ عَلَى ذَلِكَ الْقَضَاءُ فَتَجَاوَزْتُ بِمَا جَرَى عَلَيَّ مِنْ ذَلِكَ بَعْضَ حُدُودِكَ وَ خَالَفْتُ بَعْضَ أَوَامِرِكَ ‏فَلَكَ الْحَمْدُ عَلَيَّ فِي جَمِيعِ ذَلِكَ وَ لاَ حُجَّةَ لِي فِيمَا جَرَى عَلَيَّ فِيهِ قَضَاؤُكَ وَ أَلْزَمَنِي حُكْمُكَ وَ بَلاَؤُكَ‏ وَ قَدْ أَتَيْتُكَ يَا إِلَهِي بَعْدَ تَقْصِيرِي وَ إِسْرَافِي عَلَى نَفْسِي مُعْتَذِراً نَادِماً مُنْكَسِراً مُسْتَقِيلاً مُسْتَغْفِراً مُنِيباً مُقِرّاً مُذْعِناً مُعْتَرِفاً لاَ أَجِدُ مَفَرّاً مِمَّا كَانَ مِنِّي وَ لاَ مَفْزَعاً أَتَوَجَّهُ إِلَيْهِ فِي أَمْرِي‏غَيْرَ قَبُولِكَ عُذْرِي وَ إِدْخَالِكَ إِيَّايَ فِي سَعَةِ رَحْمَتِكَ‏ اللَّهُمَّ فَاقْبَلْ عُذْرِي وَ ارْحَمْ شِدَّةَ ضُرِّي وَ فُكَّنِي مِنْ شَدِّ وَثَاقِي ‏يَا رَبِّ ارْحَمْ ضَعْفَ بَدَنِي وَ رِقَّةَ جِلْدِي وَ دِقَّةَ عَظْمِي ‏يَا مَنْ بَدَأَ خَلْقِي وَ ذِكْرِي وَ تَرْبِيَتِي وَ بِرِّي وَ تَغْذِيَتِي هَبْنِي لاِبْتِدَاءِ كَرَمِكَ وَ سَالِفِ بِرِّكَ بِي ‏يَا إِلَهِي وَ سَيِّدِي وَ رَبِّي أَ تُرَاكَ مُعَذِّبِي بِنَارِكَ بَعْدَ تَوْحِيدِكَ وَ بَعْدَ مَا انْطَوَى عَلَيْهِ قَلْبِي مِنْ مَعْرِفَتِكَ ‏وَ لَهِجَ بِهِ لِسَانِي مِنْ ذِكْرِكَ وَ اعْتَقَدَهُ ضَمِيرِي مِنْ حُبِّكَ ‏وَ بَعْدَ صِدْقِ اعْتِرَافِي وَ دُعَائِي خَاضِعاً لِرُبُوبِيَّتِكَ‏ هَيْهَاتَ أَنْتَ أَكْرَمُ مِنْ أَنْ تُضَيِّعَ مَنْ رَبَّيْتَهُ أَوْ تُبْعِدَ مَنْ أَدْنَيْتَهُ ‏أَوْ تُشَرِّدَ مَنْ آوَيْتَهُ أَوْ تُسَلِّمَ إِلَى الْبَلاَءِ مَنْ كَفَيْتَهُ وَ رَحِمْتَهُ ‏وَ لَيْتَ شِعْرِي يَا سَيِّدِي وَ إِلَهِي وَ مَوْلاَيَ أَ تُسَلِّطُ النَّارَ عَلَى وُجُوهٍ خَرَّتْ لِعَظَمَتِكَ سَاجِدَةً وَ عَلَى أَلْسُنٍ نَطَقَتْ بِتَوْحِيدِكَ صَادِقَةً وَ بِشُكْرِكَ مَادِحَةً وَ عَلَى قُلُوبٍ اعْتَرَفَتْ بِإِلَهِيتـِكَ مُحَقِّقَةً وَ عَلَى ضَمَائِرَ حَوَتْ مِنَ الْعِلْمِ بِكَ حَتَّى صَارَتْ خَاشِعَةً وَ عَلَى جَوَارِحَ سَعَتْ إِلَى أَوْطَانِ تَعَبُّدِكَ طَائِعَةً وَ أَشَارَتْ بِاسْتِغْفَارِكَ مُذْعِنَةً مَا هَكَذَا الظَّنُّ بِكَ وَ لاَ أُخْبِرْنَا بِفَضْلِكَ عَنْكَ يَا كَرِيمُ يَا رَبّ ‏وَ أَنْتَ تَعْلَمُ ضَعْفِي عَنْ قَلِيلٍ مِنْ بَلاَءِ الدُّنْيَا وَ عُقُوبَاتِهَا وَ مَا يَجْرِي فِيهَا مِنَ الْمَكَارِهِ عَلَى أَهْلِهَا عَلَى أَنَّ ذَلِكَ بَلاَءٌ وَ مَكْرُوهٌ قَلِيلٌ مَكْثُهُ يَسِيرٌ بَقَاؤُهُ قَصِيرٌ مُدَّتُهُ‏ فَكَيْفَ احْتِمَالِي لِبَلاَءِ الْآخِرَةِ وَ جَلِيلِ وُقُوعِ الْمَكَارِهِ فِيهَا وَ هُوَ بَلاَءٌ تَطُولُ مُدَّتُهُ وَ يَدُومُ مَقَامُهُ وَ لاَ يُخَفَّفُ عَنْ أَهْلِهِ ‏لِأَنَّهُ لاَ يَكُونُ إِلاَّ عَنْ غَضَبِكَ وَ انْتِقَامِكَ وَ سَخَطِكَ ‏وَ هَذَا مَا لاَ تَقُومُ لَهُ السَّمَوَاتُ وَ الْأَرْضُ ‏يَا سَيِّدِي فَكَيْفَ لِي وَ أَنَا عَبْدُكَ الضَّعِيفُ الذَّلِيلُ الْحَقِيرُ الْمِسْكِينُ الْمُسْتَكِينُ ‏يَا إِلَهِي وَ رَبِّي وَ سَيِّدِي وَ مَوْلاَيَ لِأَيِّ الْأُمُورِ إِلَيْكَ أَشْكُو وَ لِمَا مِنْهَا أَضِجُّ وَ أَبْكِي‏لِأَلِيمِ الْعَذَابِ وَ شِدَّتِهِ أَمْ لِطُولِ الْبَلاَءِ وَ مُدَّتِهِ ‏فَلَئِنْ صَيَّرْتَنِي لِلْعُقُوبَاتِ مَعَ أَعْدَائِكَ وَ جَمَعْتَ بَيْنِي وَ بَيْنَ أَهْلِ بَلاَئِكَ وَ فَرَّقْتَ بَيْنِي وَ بَيْنَ أَحِبَّائِكَ وَ أَوْلِيَائِكَ ‏فَهَبْنِي يَا إِلَهِي وَ سَيِّدِي وَ مَوْلاَيَ وَ رَبِّي صَبَرْتُ عَلَى عَذَابِكَ فَكَيْفَ أَصْبِرُ عَلَى فِرَاقِكَ ‏وَ هَبْنِي صَبَرْتُ عَلَى حَرِّ نَارِكَ فَكَيْفَ أَصْبِرُ عَنِ النَّظَرِ إِلَى كَرَامَتِكَ ‏أَمْ كَيْفَ أَسْكُنُ فِي النَّارِ وَ رَجَائِي عَفْوُكَ‏ فَبِعِزَّتِكَ يَا سَيِّدِي وَ مَوْلاَيَ أُقْسِمُ صَادِقاً لَئِنْ تَرَكْتَنِي نَاطِقاً لَأَضِجَّنَّ إِلَيْكَ بَيْنَ أَهْلِهَا ضَجِيجَ الْآمِلِينَ وَ لَأَصْرُخَنَّ إِلَيْكَ صُرَاخَ الْمُسْتَصْرِخِينَ ‏وَ لَأَبْكِيَنَّ عَلَيْكَ بُكَاءَ الْفَاقِدِينَ وَ لَأُنَادِيَنَّكَ أَيْنَ كُنْتَ يَا وَلِيَّ الْمُؤْمِنِينَ ‏يَا غَايَةَ آمَالِ الْعَارِفِينَ يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ‏ يَا حَبِيبَ قُلُوبِ الصَّادِقِينَ وَ يَا إِلَهَ الْعَالَمِينَ ‏أَفَتُرَاكَ سُبْحَانَكَ يَا إِلَهِي وَ بِحَمْدِكَ تَسْمَعُ فِيهَا صَوْتَ عَبْدٍ مُسْلِمٍ سُجِنَ فِيهَا بِمُخَالَفَتِهِ ‏وَ ذَاقَ طَعْمَ عَذَابِهَا بِمَعْصِيَتِهِ وَ حُبِسَ بَيْنَ أَطْبَاقِهَا بِجُرْمِهِ وَ جَرِيرَتِهِ‏ وَ هُوَ يَضِجُّ إِلَيْكَ ضَجِيجَ مُؤَمِّلٍ لِرَحْمَتِكَ وَ يُنَادِيكَ بِلِسَانِ أَهْلِ تَوْحِيدِكَ وَ يَتَوَسَّلُ إِلَيْكَ بِرُبُوبِيَّتِكَ ‏يَا مَوْلاَيَ فَكَيْفَ يَبْقَى فِي الْعَذَابِ وَ هُوَ يَرْجُو مَا سَلَفَ مِنْ حِلْمِكَ ‏أَمْ كَيْفَ تُؤْلِمُهُ النَّارُ وَ هُوَ يَأْمُلُ فَضْلَكَ وَ رَحْمَتَكَ ‏أَمْ كَيْفَ يُحْرِقُهُ لَهِيبُهَا وَ أَنْتَ تَسْمَعُ صَوْتَهُ وَ تَرَى مَكَانَهُ ‏أَمْ كَيْفَ يَشْتَمِلُ عَلَيْهِ زَفِيرُهَا وَ أَنْتَ تَعْلَمُ ضَعْفَهُ‏ أَمْ كَيْفَ يَتَقَلْقَلُ بَيْنَ أَطْبَاقِهَا وَ أَنْتَ تَعْلَمُ صِدْقَهُ‏ أَمْ كَيْفَ تَزْجُرُهُ زَبَانِيَتُهَا وَ هُوَ يُنَادِيكَ يَا رَبَّهْ ‏أَمْ كَيْفَ يَرْجُو فَضْلَكَ فِي عِتْقِهِ مِنْهَا فَتَتْرُكُهُ فِيهَا هَيْهَاتَ مَا ذَلِكَ الظَّنُّ بِكَ وَ لاَ الْمَعْرُوفُ مِنْ فَضْلِكَ‏ وَ لاَ مُشْبِهٌ لِمَا عَامَلْتَ بِهِ الْمُوَحِّدِينَ مِنْ بِرِّكَ وَ إِحْسَانِكَ‏ فَبِالْيَقِينِ أَقْطَعُ لَوْ لاَ مَا حَكَمْتَ بِهِ مِنْ تَعْذِيبِ جَاحِدِيكَ وَ قَضَيْتَ بِهِ مِنْ إِخْلاَدِ مُعَانِدِيكَ‏ لَجَعَلْتَ النَّارَ كُلَّهَا بَرْداً وَ سَلاَماً وَ مَا كَانَ لِأَحَدٍ فِيهَا مَقَرّاً وَ لاَ مُقَاماً لَكِنَّكَ تَقَدَّسَتْ أَسْمَاؤُكَ أَقْسَمْتَ أَنْ تَمْلَأَهَا مِنَ الْكَافِرِينَ ‏مِنَ الْجِنَّةِ وَ النَّاسِ أَجْمَعِينَ وَ أَنْ تُخَلِّدَ فِيهَا الْمُعَانِدِينَ ‏وَ أَنْتَ جَلَّ ثَنَاؤُكَ قُلْتَ مُبْتَدِئاً وَ تَطَوَّلْتَ بِالْإِنْعَامِ مُتَكَرِّماً أَفَمَنْ كَانَ مُؤْمِناً كَمَنْ كَانَ فَاسِقاً لاَ يَسْتَوُونَ إِلَهِي وَ سَيِّدِي فَأَسْأَلُكَ بِالْقُدْرَةِ الَّتِي قَدَّرْتَهَا وَ بِالْقَضِيَّةِ الَّتِي حَتَمْتَهَا وَ حَكَمْتَهَا وَ غَلَبْتَ مَنْ عَلَيْهِ أَجْرَيْتَهَا أَنْ تَهَبَ لِي فِي هَذِهِ اللَّيْلَةِ وَ فِي هَذِهِ السَّاعَةِ كُلَّ جُرْمٍ أَجْرَمْتُهُ وَ كُلَّ ذَنْبٍ أَذْنَبْتُهُ ‏وَ كُلَّ قَبِيحٍ أَسْرَرْتُهُ وَ كُلَّ جَهْلٍ عَمِلْتُهُ كَتَمْتُهُ أَوْ أَعْلَنْتُهُ أَخْفَيْتُهُ أَوْ أَظْهَرْتُهُ‏ وَ كُلَّ سَيِّئَةٍ أَمَرْتَ بِإِثْبَاتِهَا الْكِرَامَ الْكَاتِبِينَ الَّذِينَ وَكَّلْتَهُمْ بِحِفْظِ مَا يَكُونُ مِنِّي ‏وَ جَعَلْتَهُمْ شُهُوداً عَلَيَّ مَعَ جَوَارِحِي وَ كُنْتَ أَنْتَ الرَّقِيبَ عَلَيَّ مِنْ وَرَائِهِمْ‏ وَ الشَّاهِدَ لِمَا خَفِيَ عَنْهُمْ وَ بِرَحْمَتِكَ أَخْفَيْتَهُ وَ بِفَضْلِكَ سَتَرْتَهُ‏ وَ أَنْ تُوَفِّرَ حَظِّي مِنْ كُلِّ خَيْرٍ أَنْزَلْتَهُ أَوْ إِحْسَانٍ فَضَّلْتَهُ أَوْ بِرٍّ نَشَرْتَهُ أَوْ رِزْقٍ بَسَطْتَهُ أَوْ ذَنْبٍ تَغْفِرُهُ أَوْ خَطَإٍ تَسْتُرُهُ يَا رَبِّ يَا رَبِّ يَا رَبّ ‏يَا إِلَهِي وَ سَيِّدِي وَ مَوْلاَيَ وَ مَالِكَ رِقِّي يَا مَنْ بِيَدِهِ نَاصِيَتِي ‏يَا عَلِيماً بِضُرِّي وَ مَسْكَنَتِي يَا خَبِيراً بِفَقْرِي وَ فَاقَتِي يَا رَبِّ يَا رَبِّ يَا رَبّ ‏أَسْأَلُكَ بِحَقِّكَ وَ قُدْسِكَ وَ أَعْظَمِ صِفَاتِكَ وَ أَسْمَائِكَ ‏أَنْ تَجْعَلَ أَوْقَاتِي مِنَ اللَّيْلِ وَ النَّهَارِ بِذِكْرِكَ مَعْمُورَةً وَ بِخِدْمَتِكَ مَوْصُولَةً وَ أَعْمَالِي عِنْدَكَ مَقْبُولَةً حَتَّى تَكُونَ أَعْمَالِي وَ أَوْرَادِي كُلُّهَا وِرْداً وَاحِداً وَ حَالِي فِي خِدْمَتِكَ سَرْمَداً يَا سَيِّدِي يَا مَنْ عَلَيْهِ مُعَوَّلِي يَا مَنْ إِلَيْهِ شَكَوْتُ أَحْوَالِي يَا رَبِّ يَا رَبِّ يَا رَبّ‏ قَوِّ عَلَى خِدْمَتِكَ جَوَارِحِي وَ اشْدُدْ عَلَى الْعَزِيمَةِ جَوَانِحِي ‏وَ هَبْ لِيَ الْجِدَّ فِي خَشْيَتِكَ وَ الدَّوَامَ فِي الاِتِّصَالِ بِخِدْمَتِكَ‏ حَتَّى أَسْرَحَ إِلَيْكَ فِي مَيَادِينِ السَّابِقِينَ وَ أُسْرِعَ إِلَيْكَ فِي الْبَارِزِينَ وَ أَشْتَاقَ إِلَى قُرْبِكَ فِي الْمُشْتَاقِينَ وَ أَدْنُوَ مِنْكَ دُنُوَّ الْمُخْلِصِينَ ‏وَ أَخَافَكَ مَخَافَةَ الْمُوقِنِينَ وَ أَجْتَمِعَ فِي جِوَارِكَ مَعَ الْمُؤْمِنِينَ‏ اللَّهُمَّ وَ مَنْ أَرَادَنِي بِسُوءٍ فَأَرِدْهُ وَ مَنْ كَادَنِي فَكِدْهُ‏ وَ اجْعَلْنِي مِنْ أَحْسَنِ عَبِيدِكَ نَصِيباً عِنْدَكَ وَ أَقْرَبِهِمْ مَنْزِلَةً مِنْكَ ‏وَ أَخَصِّهِمْ زُلْفَةً لَدَيْكَ فَإِنَّهُ لاَ يُنَالُ ذَلِكَ إِلاَّ بِفَضْلِكَ وَ جُدْ لِي بِجُودِكَ ‏وَ اعْطِفْ عَلَيَّ بِمَجْدِكَ وَ احْفَظْنِي بِرَحْمَتِكَ ‏وَ اجْعَلْ لِسَانِي بِذِكْرِكَ لَهِجاً وَ قَلْبِي بِحُبِّكَ مُتَيَّماً وَ مُنَّ عَلَيَّ بِحُسْنِ إِجَابَتِكَ وَ أَقِلْنِي عَثْرَتِي وَ اغْفِرْ زَلَّـتِي‏فَإِنَّكَ قَضَيْتَ عَلَى عِبَادِكَ بِعِبَادَتِكَ وَ أَمَرْتَهُمْ بِدُعَائِكَ وَ ضَمِــنْتَ لَهُمُ الْإِجَابَةَ فَإِلَيْكَ يَا رَبِّ نَصَبْتُ وَجْهِي وَ إِلَيْكَ يَا رَبِّ مَدَدْتُ يَدِي ‏فَبِعِزَّتِكَ اسْتَجِبْ لِي دُعَائِي وَ بَلِّغْنِي مُنَايَ وَ لاَ تَقْطَعْ مِنْ فَضْلِكَ رَجَائِي‏ وَ اكْفِنِي شَرَّ الْجِنِّ وَ الْإِنْسِ مِنْ أَعْدَائِي ‏يَا سَرِيعَ الرِّضَا اغْـفِرْ لِمَنْ لاَ يَمْـلِكُ إِلاَّ الدُّعَاءَ فَإِنَّكَ فَعَّـالٌ لِمَا تَشَاءُ يَا مَنِ اسْمُهُ دَوَاءٌ وَ ذِكْرُهُ شِفَاءٌ وَ طَاعَـــتُهُ غِنًى‏ارْحَمْ مَنْ رَأْسُ مَالِهِ الرَّجَاءُ وَ سِلاَحُهُ الْبُكَاءُ يَا سَـابِغَ النِّعَمِ يَا دَافِعَ النِّـــــقَمِ يَا نُورَ الْمُسْتَوْحِــــشِينَ فِي الظُّلَمِ يَا عَالِماً لاَ يُعَلَّمُ ‏صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ افْعَلْ بِي مَا أَنْتَ أَهْلُهُ ‏وَ صَلَّى اللَّهُ عَلَى رَسُولِهِ وَ الْأَئِمَّةِ الْمَــيَامِينِ مِنْ آلِهِ وَ سَــلَّمَ تَسْــلِيماً *

Tags: DUA

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!