ALLAHA EHTİYACLI OLANLARIN MÜNACATI

:

ON BEŞ MÜNACAT
Məsum imamlarımız bütün şəraitdə dini təbliğ etmiş və xalqın hidayəti üçün çalışmışlar. İmamlarımız müxtəlif dövrlərdə və fərqli şəraitdə yaşadıqları üçün çeşidli təlim və tərbiyə yolları və üslubları seçmişlər.

O cümlədən dördüncü İmamımız Həzrət Zeynal-Abidin (ə) dəhşətli Kərbəla faciəsindən sonra müsəlmanlar arasında Əməvilər tərəfindən icad edilmiş qapalı vəziyyəti nəzərə alıb Quran və Əhli-beyt (ə) maarifinin təbliğində “dua və münacat” metodundan əlverişli istifadə edirdi. Nəticədə İmam Səccad(ə)dan dini qaynaqlarda çox sayda dualar yer almışdır. “Səhifəyi Səccadiyyə” adı ilə tanınan İmam Zeynal-abidin(ə)ə məxsus dualar toplusu həqiqətdə o Həzrətdən nəql olmuş duaların hamısını ehtiva etmir. Məşhur “Səhər” duası ilə bərabər dərin mənaya malik “On beş münacat” da İmam Səccad(ə)a mənsubdur ki, Səhifədə yoxdur, lakin Əllamə Məclisi “Bihar-əl-Ənvar”da və Şeyx Abbas Qummi “Məfatih-ul-Cinan”da nəql etmişlər. İmam Səccad(ə)ın “On beş münacat”ı ruhun durumu ilə bağlı hər bir şəraitdə məxluqun Xaliq, bəndənin Məbudla rabitə yarada bilməsi üçün insanın Allaha deyə biləcəyi ən gözəl sözlərdir. Şübhəsiz Allahı ilə danışmaq istəyən lakin söz tapa bilməyən zahidlər, aşiqlər, ariflər, tövbəkarlar, haqqı sevənlər və özlərindən narazı nicat yolu axtaranlar bu münacatların dəyərini bilər və dönə-dönə onu oxuyacaqlar.
Allah qəbul etsin. Sizin üçün zəhmət çəkən xadimlərinizi də Allahla xəlvətinizdə unutmayın.


* Münacat azərbaycan dilli kitablarda “minacat” kimi də yazılır. Ərəb əsilli Nəcva sözündən götürülmüş “münacat” kəlməsi “xəlvətdə gizlin söhbət etmək” deməkdir.

On birinci münacat:

ALLAHA EHTIYACLI OLANLARIN MÜNACATININ OXUNUŞU

Bismilləhir-Rahmənir-Rahim

İlahi kəsri la yəcburuhu illa lutfukə və hənanukə, və fəqri la yuğniihi illa ətfukə və ihsanukə, və rəv`əti la yusəkkinuha əmanukə, və zilləti la yuizzuha illa sultanukə, və umniyyəti la yubəəlliğuniiha illa fəzlukə, və xallləti la yəsudduha illa təvlukə, və hacəti la yəqziiha ğayrukə, və kərbi la yufərricuhu siva rahmətikə, və zurri la yəkşifuhu ğayru ra`fətikə, və ğulləti la yubərriduha illa vəslukə,  vələvəti la yutfiiha illa liqaukə, və şəvqii iləykə la yəbulluhu illən nəzəru ila vəchikə, və qərari la yəqirru dunə dunuvvi minkə, və ləhfəti la yərudduha illa rəvhukə, və suqmii la yəşfiihi illa tibbukə, və ğammi la yuziluhu illa qurbukə, və curhi la yubri-uhu illa safhukə, və raynu qalbi la yəcluuhu illa əvfukə, və vəsvasu sadrii la yuzihuhu illa əmrukə, fə ya muntəhi əməlil amilinə, və ya ğayətə su`lis sailinə, və ya əqsa talibətit talibin, və ya ə`la rağbətir rağibinə, və ya vəliyyəs salihinə, və ya əmanəl xaifinə, və ya mucibə də`vətil muztarrinə, və ya zuxral mu`diminı, və ya kənzəl baisinə, və ya ğiyasəl mustəğisinə, və ya qaziyə həvaicil fuqəra-i vəl məsakinə, və ya Əkraməl əkraminə, və ya Ərhəmər rahiminə, təxazzui və suali, və iləykə təzarrui vəbtihali, əs-əlukə ən tuniləni min rəvhi rizvanikə, və tudiimə ələyyə niəməm tinanikə, və ha ənə bibabi kəramikə vaqifun, vəlinəfəhati birrikə mutə-ərrizun, və bihəblikəş şədidi mutəsimun, və bi urvətikəl vusqa mutəməssikun, İlahi irhəm əbdəkəz zəlilə zəl lisanil kəliili vəl əməlil qalili, vəmnun ələyhi bitavlikəl cəzili, vəknufhu təhtə zillikəz zaliili, ya Kərimu ya Cəmilu ya Ərhəmər rahimin.

ALLAHA EHTIYACLI OLANLARIN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, nöqsanlarımı Sənin lütf və məhəbbətindən başqa bir şey bərpa və fəqirliyimi Sənin ehsanından başqa bir şey qəni, qorxu və vəhşətimə amanından başqa bir şey əmniyyət verə, zəlilliyimi Sənin qüdrətindən başqa bir şey izzətlə əvəz edə bilməz. Sənin lütf və kərəmindən başqa bir şey məni arzularıma çatdıra və fəqirliyimin qarşısını nemətlərindən başqası ala bilməz. Hacətimi Səndən başqası rəva qılmaz, kədərimi rəhmətindən başqa bir şey şadlığa çevirməz, çətinliklərimi mehribanlığından başqa bir şey aradan qaldırmaz. Sənə meylimin hərarətini vüsalından başqa bir şey soyuda və yandırıcı (məhəbbət) atəşimi görüşündən başqa bir şey söndürə bilməz. Şövqümün alovuna camalına nəzər salmaqdan başqa bir şey su səpə və qəlbim Sənə yaxın olmaqdan başqa bir şeylə aram ola bilməz. Həsrət və kədərimi rəhmət yelindən başqa bir şey aradan qaldıra, xəstəliyimə diqqət yetirməyindən başqa, heç nə şəfa verə, yaxınlığından başqa, kimsə qəlbimdəki qüssəni çıxara bilməz. Yaralarıma bağışlamağından başqa bir şey məlhəm ola, qəlbimin bərkliyini əfvindən başqa bir şey cilalamaz, batil düşüncə və vəsvəsələri əmrindən (yardımından) başqa, heç nə aparmaz, ey arzu edənlərin arzusunun sonu, ey tələb edənlərin ən ali istəyi, ey xahiş edənlərin ən uca xahişi, ey salehlərin yardımçısı, ey qorxan qəlblərin aman yeri, ey iztirabda olanların duasını qəbul edən, ey bir şeyə malik olmayanların zəxirəsi (ehtiyatı), ey çarəsizlərin xəzinəsi, ey fəryad edənlərin dadına çatan, ey fəqir və miskinlərin ehtiyaclarını ödəyən, ey kərimlərin kərimi, ey rəhimlilərin rəhimlisi! Səndən istəyirəm və şikayətim Sənədir. Səndən məni asudəlik və razılıq məqamına nail etməyini və nemətlərini kəsmədiyini istəyirəm. Onların sayəsində indi mən Sənin kərəm qapında dayanmış, lütfün halıma şamil olmuş, qırılmaz və möhkəm ipinə sarılmışam. İlahi, həyasından dili bağlı, əməli az və zəlil bəndənə rəhm et, böyük nemətlərini əta etməklə ona minnət qoy, məni sabit kölgənin (rəhmətinin) himayəsində yerləşdir, ey kərim, ey camal sahibi, ey mehribanların ən mehribanı!

ALLAHA EHTIYACLI OLANLARIN MÜNACATININ ƏRƏBCƏ MƏTNİ

مناجاة المفتقرین

بسم الله الرحمن الرحیم

اِلـهي كَسْري لا يَجْبُرُهُ اِلاّ لُطْفُكَ وَحَنانُكَ، وَفَقْري لايُغْنيهِ اِلاّ عَطْفُكَ وَاِحْسانُكَ، وَرَوْعَتي لا يُسَكِّنُهااَمانُكَ، وَذِلَّتي لا يُعِزُّها اِلاّ سُلْطانُكَ، وَاُمْنِيَّتي لا يُبَلِّغُنيها اِلاّ فَضْلُكَ، وَخَلَّتي لا يَسُدُّها اِلاّ طَوْلُكَ، وَحاجَتي لا يَقْضيها غَيْرُكَ، وَكَرْبي لا يُفَرِّجُهُ سِوى رَحْمَتِكَ، وَضُرّي لا يَكْشِفُهُ غَيْرُ رَأفَتِكَ، وَغُلَّتي لا يُبَرِّدُها اِلاّ وَصْلُكَ، وَلَوْعَتي لا يُطْفيها اِلاّ لِقاؤُكَ، وَشَوْقي اِلَيْكَ لا يَبُلُّهُ إلاّ النَّظَرُ اِلى وَجْهِكَ، وَقَراري لا يَقِّرُّ دُونَ دُنُوّي مِنْكَ، وَلَهْفَتي لا يَرُدُّها اِلاّ رَوْحُكَ، وَسُقْمي لا يَشْفيهِ اِلاّ طِبُّكَ، وَغَمّي لا يُزيلُهُ اِلاّ قُرْبُكَ، وَجُرْحي لا يُبْرِئُهُ اِلاّ صَفْحُكَ، وَرَيْنُ قَلْبي لا يَجْلُوهُ اِلاّ عَفْوُكَ، وَوَسْواسُ صَدْري لا يُزيحُهُ اِلاّ اَمْرُكَ، فَيا مُنْتَهى اَمَلِ الاْمِلينَ، وَيا غايَةَ سُؤْلِ السّائِلينَ، وَيا اَقْصى طَلِبَةِ الطّالِبينَ، وَيا اَعْلى رَغْبَةِ الرّاغِبينَ، وَيا وَلِيَّ الصّالِحينَ، وَيا اَمانَ الْخائِفينَ، وَيا مُجيبَ دَعْوَةِ الْمُضْطَرّينَ، وَيا ذُخْرَ الْمُعْدِمينَ، وَيا كَنْزَ الْبائِسينَ، وَيا غِياثَ الْمُسْتَغيثينَ، وَيا قاضِيَ حَوائِجِ الْفُقَراءِ وَالْمَساكينَ، وَيا اَكرَمَ الاَْكْرَمينَ، وَيا اَرْحَمَ الرّاحِمينَ، لَكَ تَخَضُّعي وَسُؤالي، وَاِلَيْكَ تَضَرُّعي وَابْتِهالي، اَسْاَلُكَ اَنْ تُنيلَني مِنْ رَوْحِ رِضْوانِكَ، وَتُديمَ عَلَيَّ نِعَمَ امْتِنانِكَ، وَها اَنـَا بِبابِ كَرَمِكَ واقِفٌ، وَلِنَفَحاتِ بِرِّكَ مُتَعَرِّضٌ، وَبِحَبْلِكَ الشَّديدِ مُعْتَصِمٌ، وَبِعُرْوَتِكَ الْوُثْقى مُتَمَسِّكٌ، اِلـهي اِرْحَمْ عَبْدَكَ الذَّليلَ ذَا الّلِسانِ الْكَليلِ وَالْعَمَلِ الْقَليلِ، وَامْنُنْ عَلَيْهِ بِطَوْلِكَ الْجَزيلِ، وَاكْنُفْهُ تَحْتَ ظِلِّكَ الظَّليلِ، يا كَريمُ يا جَميلُ يا اَرْحَمَ الرّاحِمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!