ALLAHA SIĞINANLARIN MÜNACATI

:

ON BEŞ MÜNACAT
Məsum imamlarımız bütün şəraitdə dini təbliğ etmiş və xalqın hidayəti üçün çalışmışlar. İmamlarımız müxtəlif dövrlərdə və fərqli şəraitdə yaşadıqları üçün çeşidli təlim və tərbiyə yolları və üslubları seçmişlər.

O cümlədən dördüncü İmamımız Həzrət Zeynal-Abidin (ə) dəhşətli Kərbəla faciəsindən sonra müsəlmanlar arasında Əməvilər tərəfindən icad edilmiş qapalı vəziyyəti nəzərə alıb Quran və Əhli-beyt (ə) maarifinin təbliğində “dua və münacat” metodundan əlverişli istifadə edirdi. Nəticədə İmam Səccad(ə)dan dini qaynaqlarda çox sayda dualar yer almışdır. “Səhifəyi Səccadiyyə” adı ilə tanınan İmam Zeynal-abidin(ə)ə məxsus dualar toplusu həqiqətdə o Həzrətdən nəql olmuş duaların hamısını ehtiva etmir. Məşhur “Səhər” duası ilə bərabər dərin mənaya malik “On beş münacat” da İmam Səccad(ə)a mənsubdur ki, Səhifədə yoxdur, lakin Əllamə Məclisi “Bihar-əl-Ənvar”da və Şeyx Abbas Qummi “Məfatih-ul-Cinan”da nəql etmişlər. İmam Səccad(ə)ın “On beş münacat”ı ruhun durumu ilə bağlı hər bir şəraitdə məxluqun Xaliq, bəndənin Məbudla rabitə yarada bilməsi üçün insanın Allaha deyə biləcəyi ən gözəl sözlərdir. Şübhəsiz Allahı ilə danışmaq istəyən lakin söz tapa bilməyən zahidlər, aşiqlər, ariflər, tövbəkarlar, haqqı sevənlər və özlərindən narazı nicat yolu axtaranlar bu münacatların dəyərini bilər və dönə-dönə onu oxuyacaqlar.
Allah qəbul etsin. Sizin üçün zəhmət çəkən xadimlərinizi də Allahla xəlvətinizdə unutmayın.


* Münacat azərbaycan dilli kitablarda “minacat” kimi də yazılır. Ərəb əsilli Nəcva sözündən götürülmüş “münacat” kəlməsi “xəlvətdə gizlin söhbət etmək” deməkdir.

On dördüncü münacat:

ALLAHA SIĞINANLARIN MÜNACATININ OXUNUŞU

Bismilləhir-Rahmənir-Rahim

Allahummə ya məlazəl laizin, ya məazəl a-izin, və ya munciəl-halikin, və ya asiməl baisiin, və ya rahiməl məsakin, və ya mucibəl muztarrin, və ya kənzəl muftəqirin, və ya cabirəl munkəsirin, və ya mə-vəl munqati-in, və ya nasirəl mustəz-əfiin, və ya mucirəl xaifiin, və ya muğisəl məkrubiin, və ya hisnəl laci-iinə in ləm əuz bi-izzətikə fəbimən ə-uzu, və in ləm əluz biqudratikə fəbimən əluzu, və qad əlcaətniz zunubu ilət təşəbbusi bi-əzyali əfvikə, və əhvəcətnil xatayə iləs tiqtahi əbvabi safhikə və də-ətnil isa-ətu iləl inaxati bi-finai izzikə, və həmələtnil məxafətu min niqmətikə ələt təməssuki bi-urvəti ətfikə, və ma həqqu məni`təsamə bi-həblikə ən yuxzələ, vəla yəliiqu bimənis təcarə bi-izzikə ən yusləmə əv yuhmələ, İlahi fəla tuxlina min himayətikə vəla tu`rina min riayətikə, və zudna ən məvaridil hələkəti, fəinna bi-əynikə və fi kənəfikə və ləkə, əs-əlukə bi-əhli xassatikə min məlaikətikə vəs-salihinə min bəriyyətikə ən təc-ələ ələyna vaqiyətən tunciina minəl hələkati, və tucənnibuna minəl a-fati, və tukinnuna min dəvahil musiibati, və ən tunzilə ələyna min səkinətikə, və ən tuğaşşiyə vucuhəna bi-ənvari məhəbbətikə, və ən tu`viyəna ila şədidi ruknikə, və ən təhviyəna fi əknafi ismətikə, bi-ra`fətikə və rahmətikə ya Ərhəmər rahimiin.

ALLAHA SIĞINANLARIN MÜNACATININ TƏRCÜMƏSİ

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, ey sığınacaq axtaranlara pənah və həlakətə uğrayanlara nicat verən, ey çarəsizləri qoruyan, miskinlərə rəhm edən, ey iztirabda olanların duasını qəbul edən, ey fəqirlərin xəzinəsi, ey sınıq qəlblilərin qəlbini birləşdirən, hər şeydən əli üzülənlərə sığınacaq verən, ey zəiflərin köməkçisi, ey qorxanlara pənah verən, ey məzlumların fəryadına yetən, ey sığınanların möhkəm hasarı! Sənin izzətinə sığınmasam, kimə sığınaram?! Sənin qüdrətinə arxalanmasam, kimə arxalanaram?! Həqiqətən, saysız günahlarım məni Sənin əfvinin ətəyindən yapışmağa vadar, xətalarım Sənin güzəşt qapılarını döyməyə ehtiyaclı edib. Pis əməllərim böyük dərgahına üz tutmağa səbəb olub. İntiqamından qorxu mehribanlıq qapını döyməyə vadar edib. Sənin ipindən yapışanlar heç vaxt xar edilməyə, izzətinə sığınanlar (cəhənnəm oduna) təhvil verilməyə və özbaşına buraxılmağa layiq deyil. İlahi, bizi Öz himayən və rəhmətindən məhrum etmə və bizi həlakətdən qoru! Həqiqətən, biz Sənin nəzarət və himayəndəyik. İlahi, Səndən yaxın mələklərini, məxluqatının xeyirxahlarını bizə həlakətdən nicat vermək, bəlalardan qorumaq üçün gözətçi təyin etməyini və qəlbimizi məhəbbətinin nuraniliyi ilə örtülməsi üçün aramlıq nazil etməyini istəyirəm. Bizə möhkəm sütunun (tövhid və mərifət) vasitəsilə pənah ver, bizi hər tərəfdən Öz ismətinlə əhatə et. Səni and verirəm mərhəmət və mehribanlığına, ey mehribanların ən mehribanı!

ALLAHA SIĞINANLARIN MÜNACATININ ƏRƏBCƏ MƏTNİ

مناجاة المعتصمین

بسم الله الرحمن الرحیم

اَلّلهُمَّ يا مَلاذَ اللاّئِذينَ، وَيا مَعاذَ الْعائِذينَ، وَيا مُنْجِيَ الْهالِكينَ، وَيا عاصِمَ الْبائِسينَ، وَيا راحِمَ الْمَساكينِ، وَيا مُجيبَ الْمُضْطَرّينَ، وَياكَنْزَ الْمُفْتَقِرينَ، وَيا جابِرَ الْمُنْكَسِرينَ، وَيا مَأوَى الْمُنْقَطِعينَ، وَيا ناصِرَ الْمُسْتَضْعَفينَ، وَيا مُجيرَ الْخائِفينَ، وَيا مُغيثَ الْمَكْرُوبينَ، وَيا حِصْنَ اللاّجئينَ اِنْ لَمْ اَعُذْ بِعِزَّتِكَ فَبِمَنْ اَعُوذُ، وَاِنْ لَمْ اَلُذْ بِقُدْرَتِكَ فَبِمَنْ اَلُوذُ، وَقَدْ اَلْجَاَتْنِي الذُّنُوبُ اِلى التَّشَبُّثِ بِاَذْيالِ عَفْوِكَ، وَاَحْوَجَتْنِى الْخَطايا اِلَى اسْتِفْتاحِ اَبْوابِ صَفْحِكَ وَدَعَتْنِى الاِْساءَةُ اِلَى الاِْناخَةِ بِفِناءِ عِزِّكَ، وَحَمَلَتْنِى الَْمخافَةُ مِنْ نِقْمَتِكَ عَلَى الَّتمَسُّكِ بِعُرْوَةِ عَطْفِكَ، وَما حَقُّ مَنِ اعْتَصَمَ بِحَبْلِكَ اَنْ يُخْذَلَ، وَلا يَليقُ بِمَنِ اسْتَجارَ بِعِزِّكَ اَنْ يُسْلَمَ اَوْ يُهْمَلَ، اِلـهي فَلا تُخْلِنا مِنْ حِمايَتِكَ وَلا تُعْرِنا مِنْ رِعايَتِكَ، وَذُدْنا عَنْ مَوارِدِ الْهَلَكَةِ، فَاِنّا بِعَيْنِكَ وَفي كَنَفِكَ وَلَكَ، اَسْاَلُكَ بِاَهْلِ خاصَّتِكَ مِنْ مَلائِكَتِكَ وَالصّالِحينَ مِنْ بَرِيَّتِكَ اَنْ تَجْعَلَ عَلَيْنا واقِيَةً تُنْجينا مِنَ الْهَلَكاتِ، وَتُجَنِّبُنا مِنَ الاْفاتِ، وَتُكِنُّنا مِنْ دَواهِي الْمُصيباتِ، وَاَنْ تُنْزِلَ عَلَيْنا مِنْ سَكينَتِكَ، وَاَنْ تُغَشِّيَ وُجُوهَنا بِاَنْوارِ مَحَبَّتِكَ، وَاَنْ تُؤْوِيَنا اِلى شَديدِ رُكْنِكَ، وَاَنْ تَحْوِيَنا في  اَكْنافِ عِصْمَتِكَ، بِرَأفَتِكَ وَرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!