YARADILIŞDAKI FƏRQLƏR

:

ALLAHIN MEHRİBANLIĞI VƏ MƏXLUQATDA BƏYƏNİLMƏZ SİFƏTLƏR

Sual: Nə üçün dünyada həm çirkinlik, həm də gözəlliklər mövcuddur? Nə yaxşı olardı ki, Allah-Taala yalnız gözəllikləri yaradaydı?!

YARADILIŞDAKI FƏRQLƏR
Allah-Taala varlıq aləmini ən gözəl və ən kamil şəkildə yaratmışdır. Bu kamil və gözəl aləm məxluqlar arasında fərqlərin mövcudluğunu zəruri edir. Biz fərqlərə malik dünyada birinə yaxşı, digərinə isə pis deyərək, “nə üçün bu  yaxşıdır, o, isə pisdir?” – sualını veririk. Halbuki dünyada pis olmasaydı, yaxşını müəyyən etmək də mümkün olmazdı. Bu, eynilə qaranlıq və işıqlı səhnələri olan rəsmə bənzəyir ki, onu gözəl göstərən iki fondan – həm qaranlıq, həm də işıqdan ibarət olmasıdır. Əgər şəkildə hər yer işıq olsaydı, həmin şəkil öz gözəlliyini itirər və istənilən nəticə alınmazdı. Görəsən, dünyada pislik olmasaydı, gözəllik mövcud olardı? Əgər pis insan olmasaydı, yaxşı insan olardı? Bizim bir şeyi gözəlliklə vəsf edib ona heyran olmağımız bütün dünyanın eyni formada olmamasından irəli gəlir. Əgər bütün dünya eyni, bütün insanlar yaxşı, bütün bəşəriyyət İmam Əli ibn Əbu Talibin (ə) və digər yaxşı insanların xüsusiyyətlərinə malik olsaydılar, artıq dünyada İmam Əli (ə), digər təqvalı və gözəl insanlar tanınmazdı. Deməli, bizim yaxşı və gözəl adlandırdığımız şeylər öz yaxşılıq və gözəlliklərinə görə, çirkin şeylərin pislik və çikinliklərinə borcludur.1

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü

 


1. “Tövhid”, səh. 312; “Ədli-İlahi”, səh. 163-165.

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!