MÜBARƏK RAMAZAN AYININ 20-Cİ GÜNÜ

:

20 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 256-cı günüdür.

  • 1 Besət: Ehtimal olunan Qədr gecələrindən biri
  • H.q 8: Müsəlmanların əli ilə Məkkənin fəthi
  • H.q 1412: Şiə fəqihlərindən Əli Əsğər Əhmədi Şahrudinin şəhadəti

Bu gün üçün Ramazan ayının bütün günlərinin ümumi əməlləri ilə yanaşı, bəzi xüsusi dua və əməlləri də nəql edilmişdir:

  Ramazan ayının iyirminci gününün xüsusi əməlləri və duaları
                   Namaz
  • Səkkiz rükət namaz qılınmalıdır.(iki rəkət-iki rəkət) Hər rükətdə Həmd surəsindən sonra hər hansı bir surə oxunmalıdır.
                  Günün                  duası
اَللّهُمَّ افْتَحْ لِی فِیهِ أَبْوَابَ الْجِنَانِ وَ أَغْلِقْ عَنِّی فِیهِ أَبْوَابَ النِّیرَانِ وَ وَفِّقْنِی فِیهِ لِتِلاوَةِ الْقُرْآنِ یا مُنْزِلَ السَّکینَةِ فِی قُلُوبِ الْمُؤْمِنِینَ

Duanın oxunuşu:
Əllahumməftəh li fihi əbvabəl cinan, və əğliq ənni fihi əbvabən-niyran, və vəffiqni fihi litilavətil Qur`an, ya munziləs-səkinəti fi qulubil mu`minin.

Duanın tərcüməsi:
İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Bu gün məni Quran oxumağa müvəffəq et. Ey möminlərin qəlblərinə aramlıq göndərən!

  Ramazan ayının axır on gününün duaları və əməlləri

Hər gecə

oxunan dualar

  • Bu duanı oxumaq:

Əuzu bihəlali vəchikəl-kərim ən yənqəziyə ənni şəhru Rəməzanə əv yətluəl-fəcru min ləyləti həzihi və ləkə qibəli zənbun əv təbətun tuəddibuni əleyh.

  • Bu duanı oxumaq:

Allahummə innəkə qultə fi kitabikəl-munzəl şəhru Rəməzanəl-ləzi unzilə fihil-Quran hudən lin-nas...

Hər namazdan sonra oxunan dualar

Allahummə əddi ənna həqqə ma məza min şəhri Rəməzanə vəğfir ləna təqsirəna fihi və təsəlləmhu minna məqbula və la tuaxizna bi israfina əla ənfusina vəc-əlna minəl-mərhuminə və la təcəlna minəl-məhrumin.

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.1

  1. http://lib.eshia.ir/71423/1/352

Məqalənin hazırlanmasında wikishia.net saytının materiallarından istifadə edilmişdir
Hazırladı: Rəsul Mahmudzadə

Tags: DUA, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!