MÜBARƏK RAMAZAN AYININ 24-CÜ GÜNÜ

:

24 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 260-cı günüdür.

  • H.q 2: İslam dinin ən qəddar düşmənlərindən və İslam peyğəmbərinin (s) əmisi olan Əbu Ləhəbin ölümü.
  • H.q 65: Əhli-beyt (ə) düşmənlərindən və Əməvi hakimiyyətinin dördüncü xəlifəsi olan Mərvan ibn Həkəmin ölümü.

Bu gün üçün Ramazan ayının bütün günlərinin ümumi əməlləri ilə yanaşı, bəzi xüsusi dua və əməlləri də nəql edilmişdir.

  Ramazan ayının iyirmi dördüncü gününün xüsusi əməlləri və duaları
İyirmi dördüncü gecənin əməlləri
  • Bu duanı oxumaq:

Ya Faliqəl-isbahi və cailəl-ləyli səkənə...

Günün namazı
  • Səkkiz rükət namaz qılınmalıdır.(iki rəkət-iki rəkət) Hər rükətdə Həmd surəsindən sonra hər hansı bir surə oxuna bilər.
Günün duası
اَللّهُمَّ إِنِّی أَسْأَلُک فِیهِ مَا یُرْضِیکوَ أَعُوذُ بِک مِمَّا یؤْذِیک وَ أَسْأَلُک التَّوْفِیقَ فِیهِ لِأَنْ أُطِیعَک وَ لاأَعْصِیک یا جَوَادَ السَّائِلِینَ

Duanın oxunuşu:

Əllahummə inni əs`əlukə fihi ma yurzik, və əuzu bikə mim-ma yu`zik, və əs`əlukət təvfiqə fihi li ən utiəkə və la ə`siyək, ya cəvadəs sailin.

Duanın tərcüməsi:

İlahi, bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbləndirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, bu gün məni, Sənə itaət etməyə və günahdan çəkinməyə müvəffəq edəsən. Ey hacəti olanlara qarşı səxavətli Allah!

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.1

  Ramazan ayının axır on gününün duaları və əməlləri
Hər gecə oxunan dualar
  • Bu duanı oxumaq:

Əuzu bihəlali vəchikəl-kərim ən yənqəziyə ənni şəhru Rəməzanə əv yətluəl-fəcru min ləyləti həzihi və ləkə qibəli zənbun əv təbətun tuəddibuni əleyh.

  • Bu duanı oxumaq:

Allahummə innəkə qultə fi kitabikəl-munzəl şəhru Rəməzanəl-ləzi unzilə fihil-Quran hudən lin-nas...

Hər namazdan sonra oxunan dualar

Allahummə əddi ənna həqqə ma məza min şəhri Rəməzanə vəğfir ləna təqsirəna fihi və təsəlləmhu minna məqbula və la tuaxizna bi israfina əla ənfusina vəc-əlna minəl-mərhuminə və la təcəlna minəl-məhrumin.

  1. http://lib.eshia.ir/71423/1/388

Məqalənin hazırlanmasında wikishia.net saytının materiallarından istifadə edilmişdir
Hazırladı: Rəsul Mahmudzadə

Tags: DUA, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!