MÜBARƏK RAMAZAN AYININ 26-CI GÜNÜ
26 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 262-ci günüdür.
- H.q 542: Şiə şairi və lüğətşünası İbn Şəcərinin vəfatı
Bu gün üçün Ramazan ayının bütün günlərinin ümumi əməlləri ilə yanaşı, bəzi xüsusi dua və əməlləri də nəql edilmişdir.
Ramazan ayının iyirmi altıncı gününün xüsusi əməlləri və duaları | |
İyirmi altıncı gecənin əməlləri |
Ya cailəl-ləyli libasən vən-nəhari məaşa... |
Günün namazı |
|
Günün duası | اَللّهُمَّ اجْعَلْ سَعْیی فِیهِ مَشْکورا وَ ذَنْبِی فِیهِ مَغْفُورا وَ عَمَلِی فِیهِ مَقْبُولا وَ عَیبِی فِیهِ مَسْتُورا یا أَسْمَعَ السَّامِعِینَ Duanın oxunuşu: Əllahumməc`əl sə`yi fihi məşkura, və zənbi fihi məğfura, və əməli fihi məqbula, və əybi fihi məstura, ya əsməəs samiin. Duanın tərcüməsi: İlahi, bu gün mənim səyimi bəyənmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən yaxşı eşidəni! |
Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.
Ramazan ayının axır on gününün duaları və əməlləri | |
Hər gecə oxunan dualar |
Əuzu bihəlali vəchikəl-kərim ən yənqəziyə ənni şəhru Rəməzanə əv yətluəl-fəcru min ləyləti həzihi və ləkə qibəli zənbun əv təbətun tuəddibuni əleyh.
Allahummə innəkə qultə fi kitabikəl-munzəl şəhru Rəməzanəl-ləzi unzilə fihil-Quran hudən lin-nas... |
Hər namazdan sonra oxunan dualar |
Allahummə əddi ənna həqqə ma məza min şəhri Rəməzanə vəğfir ləna təqsirəna fihi və təsəlləmhu minna məqbula və la tuaxizna bi israfina əla ənfusina vəc-əlna minəl-mərhuminə və la təcəlna minəl-məhrumin. |
Məqalənin hazırlanmasında wikishia.net saytının materiallarından istifadə edilmişdir
Hazırladı: Rəsul Mahmudzadə